Qurban Qurbanov: "Reynaldo barədə tam fikir bildirə bilmərik"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Zirə"ni 4:1 hesabıyla məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:
- Beş qolun vurulduğu görüş azarkeşlər üçün maraqlı alındı. Rəqibimiz “Zirə” hər keçən tur daha yaxşı oynayır, optimal formasını yığır. Rəqib bizə 90 dəqiqə problem yaşatdı. Azarkeşlər üçün maraqlı, bolqollu qarşılaşma izlədik. "Zirə" pis oynamadı. Oyuna yaxşı hazırlaşmışdıq. Hər şey istədiyimiz kimi alındı, bəzi səhvləri çıxmaq şərtiylə.
- Zədəlilərlə bağlı vəziyyət nə yerdədi?
- Mövsümün bu dövrü futbolçuların yükləndiyi vaxdı. Reynaldo barədə tam fikir bildirə bilmərik. Həkimlərin müayinəsindən sonra konkret fikir bildirə bilərik. Maksim artıq məşqlərə başlayıb. Cavidin isə bir həftəyə 10 günə məşqlərə başlayacağı güman olunur. İlqarın zədəsiylə bağlı konkret məlumatım yoxdu.
- Məşqçiliyə yeni başlayanda sizə təzyiq çox olsa da, klub sizin arxanızda dayandı. Ancaq son vaxtlarda Azərbaycan klublarında ardıcıl istefalar başladı. Sizcə, bu nə ilə bağlıdı?
- Məşqçilik elə peşədi ki, burda mütləq klub rəhbərliyi ilə dialoqda olmalısan. Düzünü desəm, onları inandırmağı bacarmalısan. Bəzən olur ki, çempion olan məşqçilər belə klubu tərk edir. Bunun da səbəbi rəhbərliklə məşqçi arasında fikir ayrılığıdı. Mən öz yerimə danışa bilərəm. Mənim klub rəhbərliyi ilə dialoqum alınır. Məncə bu, həmin məşqçilər üçün yaxşı təcrübə oldu. Uğursuzluq həmişə ola bilər. Mourinyo da son vaxtlar uğursuzluqla üzləşir.
- Penalti barədə nə deyə bilərsiz?
- Penalti var idi ki, verildi. Keçən oyunda penalti qərarına şübhə ilə yanaşmışdım.
- Yeganə məğlubiyyətsiz komandasız. Bu komandada arxayınçılıq yarada bilər?
- Arxayınçılıqdan qaçmaq mümkün deyil. Ancaq maksimum çalışırıq ki, bu olmasın. Qarşıda "Monako"yla oyun var. Hər halda, biz də nə vaxtsa məğlub olacağıq.
- Səmimi deyin, "Qəbələ"dən başqa kimisə çempionluq uğrunda mübarizədə rəqib kimi görürsüz?
- "Qəbələ" ən real namizəddi. Ancaq futbolda hər şey ola bilər. Çempion olmaq üçün hər oyunda qalib gəlməliyik.
- "Sent-Etyen"lə "Monako"nu müqayisə edərdiz...
- Bu komandaları müqayisə etmək istəməzdim. "Monako" tam fərqli oyun sərgiləyir. Onların hər an oyunun taleyini dəyişəcək oyunçuları var. Məncə, hamısı eyni səviyyəli komandalardı. Ola bilsin, bəzi komponentlərdə hansısa üstünlüyü ola bilər.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |