"Şükürlər olsun ki, bütün problemləri əl-ələ verərək geridə qoya bildik" - MÜSAHİBƏ
“Bakı”nın uşaq futbol akademiyasının koordinatoru yerli mütəxəssis Məqsəd Yaqubəliyev klubun rəsmi saytına müsahibə verib.
- Avqustun əvvəllərindən növbəti mövsümün hazırlıqları başlayıb. Komandaların hazırkı vəziyyəti barədə məlumat verərdiniz?
- Son mövsüm klubda yaranan maliyyə problemləri akademiyanın işindən də yan keçmədi. Şükürlər olsun ki, bütün problemləri əl-ələ verərək geridə qoya bildik. Sıralarımızı həm məşqçilər həm də xeyli sayda futbolçu tərk etdi. Mövcud vəziyyətydə komandaları komplektləşdirmək nə qədər çətin olsa da, bunun öhdəsindən gəlməyi bacardıq. Bu həftə sifariş vərəqələrini AFFA-ya təqdim edəcəyik. Onu da qeyd edim ki, klubumuz bütün yaş qruplarında təmsil olunublar.
- Cari mövsümdə “Bakı” birinci divizionda akademiyanın yetirmələrindən təşkil olunmuş komanda ilə çıxış etməsinə münasibətiniz necədir?
- Bu gün nəinki “Bakı” öz yetirmələrindən ibarət komanda ilə çıxış edir, bütün Premyer Liqa komandalarında akademiyamızın yetirmələri kifayət qədərdir. “Bakı”nın akademiyası “konveyer”dir. Azərbaycan futbolu bu gün “Bakı”nın akademiyasının məhsullarından bəhrələnir. Bütün bunlar düzgün istiqamətdə çalışmağımızın nəticəsidir.
- Yeni mövsümdən akademiyada hansı yeniliklər olacaq?
- Bildiyiniz kimi, Respublikanın müxtəlif regionlarından seçilmiş istedadlı uşaqlar burada yaşayırlar. Ağır məşq prossesindən sonra, onların qidalanma və rahat istirahəti üçün hər cür şərait yaradılıb. Futbolçuların məşqlərə rahat gəliş gedişi üçün xüsusi avtobuslar ayrılıb. Yeniliklərimiz də az deyil. Bu mövsümdən həm müxtəlif mövqlerdə çıxış edən oyunçular, həm də qapıçılar üçün fərdi məşqlər təşkil olunub. Həftədə 3 dəfə bu məşqlərdə futbolçular texniki-taktiki çatışmazlıqlarını aradan qaldırmaq üçün çalışırlar.
- Gələn mövsümlərdə yeni Rəhman Hacıyevlər, Aqil Məmmədovlar, Namiq Ələsgərovlar, Nurlan Novruzovlar görə biləcəyikmi?
- Hazırda əsas heyətimizdə kifayət qədər yüksək istedada malik yeni adlar var. Yaxın illərdə onlar, özlərindən söz etdirəcəklər. Bu ənənə akademiyamızda bu gün də davam edir.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |