Roman Qriqorçuk: "Futbolçulara yalvarırdım ki..."
“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk PAOK-la sabah keçiriləcək qrup mərhələsinin oyunundan öncə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Yunan
klublarıyla oynamaq artıq adət halını alıb. Əvvəlki görüşlərlə bu oyun arasında
hansı fərq var?
- Motivasiyalar arasında fərq yoxdur. O zaman qrupa
düşmək üçün mübarizə aparırdıq, bu dəfə isə hər oyunda xal və xallar qazanıb
qrupdan çıxmaq üçün çalışırıq.
- Heyətlə
bağlı yeganə problem Rafael Santosdur?
- Bəli, Rafaeldən başqa bütün futbolçular yerindədir.
- Yeni
futbolçular nə yerdədir? Sabah oynaya bilərlər?
- Deməzdim ki, 100 faiz hazırdılar, amma hazırdılar. Meydana çıxmalarını da istisna etmirəm. Rəqibə baxdıq, deyə bilərik ki, hər şeyi bilirik. Bu komandada baş məşqçi yenidir. Onun oyuna baxışı və taktikası yenidir. Bütün olanları nəzərə almışıq. Ola biləcək hər şeyə özümüzü hazırlamışıq.
Avroliqadan əvvəl bizdə futbolçular var idi ki, onlar hazır deyildilər. Bunları hazırlamaq üçün vaxt laızm idi. Üstəlik, get gedə rəqiblər də çətinləşirdi. İndi isə çox yaxşı vəziyyətdəyik. Biz rəqibin sərgilədiyi futbolu neytrallaçıdırıb daha çox nəticə qazanmağa çalışmalıyıq.
- Avroliqada start baxımından "Qarabağ"ın bəxti gətirib, yoxsa "Qəbələ"nin?
- Hesab etmirəm ki, ilk oyunda hansı komandayla oynamaq önəmlidir. Bütün diqqətlər buna yönəlməlidir ki, “Borussiya” və “Tottenhem” kimi böyük klublar Azərbaycana gəlir. Bu, bütün futbolsevərlər üçün bayram olmalıdır.
- Ruslan
Abışovu yollamışdız, amma geri qaytardız. Futbolçu tapa bilmədiyinizdən onu
geri qaytardız?
- İki cəbhədə mübarizə aparan komandanın heyətində
4 mərkəz müdafiəçisi olmalıdır. Ruslan gələnə kimi isə 3 müdafiəçimiz vardı. Mən
son oyunda futbolçulara yalvarırdım ki, zədə və cəza almasınlar. Buna görə də
Ruslanı komandaya gətirdik. Başqa futbolçumuz da yox idi ki, mərkəzdə oynaya
bilsin.
- Abışov “Xəzər
Lənkəran”da olanda demişdi ki, siz ukraynalı müdafiəçi gətirmisiz, həmyerlinizi
qoyub heç vaxt Ruslanı oynatmarsız. Bu barədə onla danışığınız olub?
- Xeyir, bu barədə danışığımız olmayıb. Sabah biz PAOK-la oyun oynayırıq. Məncə bu yersiz sul oldu. Çünki o PAOK-la oyunda iştirak etməyəcək. Bu söhbətin bu gün açılması düzgün deyildi. Ruslana böyük hörmətim var. Digər “Qəbələ”li futbolçular kimi. Yəqin ki, Ruslan Abışov bu fikrinə görə indi peşmandır.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |