Tuyqun Nadirov: "FİFA-nın bizə qarşı qərəzi var" - MÜSAHİBƏ
Bildiyiniz kimi, “Xəzər Lənkəran” klubu
FİFA-nın məlum cəzası üzündən yay transfer dövründə heyətə qatdığı futbolçuları
sifariş edə bilmir. Bu səbəbdən də, KİV-i maraqlandıran məsələlərə aydınlıq gətirmək
üçün “Xəzər Lənkəran” kluu mətbuat konfransı keçirdi. Klubun vitse-prezidenti
Tuyqun Nadirov qaranlıq məqamlara aydınlıq gətirdi:
- Bura gəldiyiniz üçün hər birinizə təşəkkür
edirik. Bu gün söhbət ondadır ki, “Xəzər Lənkəran” haqsızlıqla üzləşib. Bu da
müəyyən sanksiyalardan sonra olub. 2014-cü il avqustun 20-də qərar çıxıb və 21
oktyabrda bizə göndərilib ki, ardıcıl iki ytransfer dövründə biz transfer edə
bilmərik. Bu qadağa da bu ilin avqust ayında qüvvədən düşüb. Bununla da biz
yeni futbolçular heyətə cəlb edə bilək. Bütün bunlar da sizə verdiyimiz sənədlərdə
öz əksin tapıb. Sənədlərdən də görünür ki, bizə qarşı bir haqsızlıq tətbiq
edilir.
Buna görə də FİFA-ya müraciət etmişik.
Onlardan bizə məktub ünvanlanıb. Bizə açıq şəkildə bildirirlər ki, FİFA-nın məqsədi
bizə qarşı qərəzlidir və komandanın zəifləməsini istəyirlər. Biz istəyirik ki,
düzgün reqlament tətbiq edilsin. Buni isə etmirlər. Onlar bunu onunla əsaslandırırlar
ki, qadağa komandaya təsir etsin və “Xəzər Lənkəran” zəif çıxış etsin. Onlar
özləri də etiraf edirlər ki, bizə qarşı tətbiq etdikləri qərar heç bir qanuna əsaslanmır.
Biz buna görə də, İdman Arbitraj Məhkəməsinə (CAS)
şikayət edəcəyik. CAS özü 2012-ci ildə qayda tətbiq edib ki, biz buna uyğun
olaraq futbolçu sifariş edə bilək.
- Belə
olduğu halda yeni transferlərin taleyi necə olacaq?
- Biz bu transferləri həyata keçirəndə hem bir
qanun pozuntusuna yol verməmişik. Sənədlərə əsasən qərar çıxardılıb, biz də
buna uyğun hərəkət etmişik. Ancaq FİFA-nın qərəzli mövqeyi bizim komandanı zəiflədir.
Həmin futbolçularla da söhbət edək. Xaricdə də bu hal var. Futbolçu gəlir
komandaya, 6 ay gözləyir, cəza bitir, oynayırlar. Biz də həmin futbolçuları
başa düşürük. Aralarında milli komandanın üzvləri var. Onlarda oynayıb oyun
praktikası qazanmalıdırlar. Biz haqlı olduğumuzu bilirik və buna əminik. AFFA
da bu məsələdə bizi dəstəkləyir. Onlarda maraqlanıblar bu işlə. İndi AFFA da bu
məsələdə bizə haqq qazandırır. Avropa Klublar Asossiasiyası da bu məsələdə bizi
müdafiə edir və haqq qazandırır. Bir neçə il əvvəl 6 xal məsələsində də FİFA
bizə qərəzli qərar qəbul etmişdi və sonradan səhvlərini anladılar.
- Mətbuatda yazılmışdı ki, bu gün “Qarabağ”a
qarşı oynamasalar, Vüqar Nadirovla Ruslan Abışov “Neftçi”yə keçəcək.
- Mən bilmirəm bu məsələlər haradan
qaynaqlanır. Bizə də zaman lazımdır ki, bu işləri aradan qaldıraq. Dünən iş
saatının son dəqiqəsində bizə məktub ünvanlayıblar. Bu gün sabah da bizdə iş
günləri deyil. Bu məsələnin həll edilməsi 10 gün çəkəcək. Bu da hamı üçün çox çətindir
və ağır dönəmdir. Biz şikayətimizi vermişik. İstəyirik ki, CAS FİFA-nın bu məktubunu
yekun qərar kimi qəbul etsin.
- Bayaq dediz ki, FİFA-nın bizə qarşı qərəzi
var. Maraqlıdır, FİFA-nın sizə qarşı nə qərəzi ola bilər?
- Qanunda bildirilir ki, 31 avqustdan sonra biz futbolçu sifariş edə bilərik. Əgər bizdə qanunda olduğu kimi futbolçu sifariş edə bilmiriksə, demək, ortada nəsə qərəz var. Biz qanuna dayanırıq, qanunla hərəkət edirik.
- Qalin
İvanovla bağlı siz də CAS-a şikayət edəcəksiz? Yoxsa 57 min avronu ödəyəcəksiz?
- Sonradan bu məsələyə baxıldı və FİFA bu məbləği
bizə sərf edəcək qədər azaldıldı. Hardasa 200 min avroya qədər bu məbləğ
azaldılıb. O, noyabr və dekabr ayınd komandada olmaması, düşərgəni özbaşına tərk
etməsi nəzərə alınıb. Bu da bizi qane edir və CAS-a şikayət etməyəcəyik. Biz də
bununla bağlı futbolçu və onun vəkiliylə danışmışıq. Heç bir problem yoxdu. Müəyyən
mərhələlərlə biz bunu həll edəcəyik.
- Bəs Eder
Binfim?
- Həmin məsələdə FİFA Ederin fikrini tam qərar
qəbul etmişdi. Ancaq CAS bunu aşağı endirdi. Yaxın günlərdə bununla bağlı qərar
veriləcək.
- Azərbaycand 10 klub var. Niyə bütün problemlər sizinlə bağlı olur?
- Komanda son 10 ildə şikayətlərə görə ödədiyi cərimənin ümumi məbləğini götürsək, başqa komandaların ödədiyi cərimənin heç beşdə biri qədər də deyil. Bir çox məsələlər var ki, biz futbolçulardan şikayət etmişik. Azərbaycanda ilk dəfə olaraq əcnəbi futbolçudan təzminatı “Xəzər Lənkəran” alıb. Xorxe Dias adlı futbolçu vardı. 2006-cı ildə düşərgədən özbaşına getdiyi üçün ondan şikayət etdik və udduq. Hətta futbolçuya sanksiya da tətbiq edilib.
- Əgər bu məsələ öz həllini tapmasa, sizi
hansı problemlər gözləyir?
- Bizim komanda həmişə iddilı olub. Elə ötən
il də. Komandaya yeni baş məşqçi gətirildi. O, öz heyətini qurdu. Elə bu mövsüm
də. Biz iddialı çıxışımızı davam etdirmək istəyirik. Biz yenə də haqlı
olduğumuz halda haqsız duruma düşmüşük. Sizə təqdim edilən sənədlərdə də bu, öz
əksin tapır.
- Son zamanlar klubla bağlı mətbuatda çox xəbərlər
yayılır. Maaşların gecikdirilməsi, kluba maddiyatın azaldılması və.s. Bu məsələlərə
aydınlıq gətirərdiz.
- Hal hazırda elə bir futbolçu yoxdur ki, məvacibini
almadığı üçün komandadan gedib. 3 gün tez, 3 gün gec pullarını alırlar. Komanda
avqust ayının da əmək haqlarını alıblar. Komandanın avqust ayındakı çıxışını da
gördüz. Onlar necə can yandırırdılar. O ki qaldı fəxri prezidentə (Mübariz Mənsimov)
o, həmişə komandanın yanındadır. Komandada baş tutan istənilən işdə Mübariz müəllimin
xeyir-duası alınır. Komandada baş verən istənilən hadisədən ilk xəbər tutan iki şəxsdən biri Mübariz Mənsimovdur.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |