Robert Prosineçki: "...yaxşı nəcitə qazanacağıq"
Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki "Avro-2016"nın seçmə mərhələsində bu Norveçlə qarşılaşacaqları Norveçlə oyundan əvvəl jurnalistlərin suallarını cavablandırıb. Stadium.az Xorvat mütəxəssisin müsahibəsin təqdim edir:
- Bildiyiniz kimi 8 gündür ki, tam heyətlə hazırlaşırıq. Kubokun final oyunu ilə əlaqədar "Qarabağ" və "Neftçi" düşərgəyə gec qoşulub. Yaxşı hazırlıq keçmişik. Rəqibə hörmətlə yanaşırıq, ancaq qorxmuruq. İnanıram yaxşı oynayacağıq. Hazırlıqğımızı nəzərə alaraq səfərdən yaxşı nəticəyə ilə qayıdacağımıza inanıram. Yoldaşlıq oyun keçirdik. Həmin oyundan razı qaldım.
- Serbiya ilə oyunda gördük ki, komanda standart vəziyyətlərdən çox qol buraxdı. Sabahkı rəqibimiz də əsasən atletik futbol nümayiş etdirir. Bunun qarşısını almaq üçün hansı tədbirlər görmüsünüz?
- Sebiya ilə oyundan sonra futbolçularla danışdım. Oyunu analiz etdik. Harada səhvlərə yol verdiyimizə baxdıq. Yenə də söhbətimiz olacaq. Rəqibimiz əsasən ucaboy futbolçulardan təşkil olunub və standart vəziyyətlərdən yaxşı oynayırlar. Fərdi olaraq inamlı oynasaq və matça düzgün köklənsək, yaxşı nəcitə qazanacağıq. Serbiya ilə oyunda ilk hissədə yaxşı oynadıq. Sabah da belə oynasaq, səfərdə uğurlu nəticə qazanacağıq.
- Dmitri Nazarov son oyunlarda qol vurması ilə diqqət çəkir. Vacib qollar vurub. Norveçlə oyunda da komandanın əsas qol ümidi Nazarov olacaq?
- Razıyam, Dmitri son oyunlarda yaxşı təsir bağışlayır. Malta və Serbiya ilə görüşlədə qollar vurub. Ümid edirəm ki, Nazarov sabah da qol vuracaq. Ancaq kimin qol vurmağı önəmli deyil. Əsas komandanın qələbə qazanmasıdır. Əsas qol vəziyyətləri yaratmaq və bundan maksimum yararlanmaqdır.
- Premyer Liqanın bombardiri Nurlan Novruzovun yığmaya dəvət olunmaması mətbuatda çox müzakirə olunur. Buna necə aydınlıq gətirərdiniz?
- Bu suala artıq bir neçə cavab vermişəm. Bunu yenə təkrarlamaq istəmirəm. Sözsüz ki, qol vuran futbolçu hər komanda üçün önəmlidir. Yenə deyirəm mənim sistemimə uyğun deyil.
- Prosineçki hər oyundan öncə start heyətini açıqlayır. Bu dəfə də belə olacaq?
- Siz istəyirsinizsə, açıqlaya bilərəm. Təbii ki, biz Norveç millisini analiz etdiyimiz kimi rəqib də bizi izləyib. Onlar haqda məlumatlarımız var. Ola bilsin ki, həm rəqibimizdə, həm də bizdə müəyyən dəyişikliklər olsun. Lakin sabahkı oyunun heyəti belədir: Kamran Ağayev, Arif Daşdəmirov, Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedyev, Qara Qarayev, Rahid Əmirquliyev, cavid Hüseynov, Əfran İsmayılov, Ruslan Qurbanov, Dmitri Nazarov.
- Rəqibin heyətində Martin Odeqora xüsusi diqqət olacaq?
- Rəqib zəif deyil. Almaniyada, "Seltik"də oynayan futbolçuları var. Martin Odeqor "Real"ın futbolçusudur. Madrid klubu onu heç nədən almayıb. Son oyunlarda təhlükəli vəziyyətləri elə Edeqor yaradıb. Lakin sabah təkcə ona yox, digər futbolçulara da diqqət yetirməliyik.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |