Əmrah Çəlikəl: "Qızıl dubl" haqda indidən danışmaq tezdir"
Azərbaycan Premyer Liqasının 34-cü turunda “Sumqayıt”a qalib gələrək (1:0) çempionluğunu rəsmiləşdirən “Qarabağ” klubunun direktoru Əmrah Çəlikəl oyundan sonra jurnalistlrin suallarını cavablandırıb. Stadium.az bu müsahibəni təqdim edir:
- Komandanız tarixində 3-cü dəfə Azərbaycan çempionu oldu. Hansı hissləri
keçirirsiniz?
- Çempionluq gözəl duyğudur. Sevinirik ki, əziyyətimiz hədər getmədi. Biz
çempionluğu çox istədik və bunun üçün xeyli işlədik. Başda Qurban
Qurbanov olmaqla bütün komandamızı təbrik edirəm.
- "Qızıl dubl" haqda düşünürsünüz?
- "Qızıl dubl" haqda indidən danışmaq tezdir. Sadəcə, kubokun
finalında sübut etməliyik ki, bu uğur təsadüfi deyil. Bunun üçün çalışmağımız
lazımdır. Mən "Qarabağ"ı ürəkdən dəstəkləyən hər kəsə təşəkkürümü
bildirir, təbriklərimi çatdırıram.
- Paralel oynanılan "Qəbələ" - "İnter" qarşılaşmasını da
izləyirdiniz?
- Əlbəttə, çox böyük həyəcan yaşadıq. Həqiqətən də bu gün yaşadığım həyəcanı
ötən il yaşamamışdım. Bir gözümüz Qəbələdə, biri də oyunda idi. Bilmirdik ki,
hansı matçı izləyək. Ürəyi "Qarabağ"la döyünən hər kəsi təbrik
edirəm.
- Çempionluqdan sonra komandanızda “Neftçi” ilə kubokun final matçında
hardasa rahatlıq yarana bilər...
- Bizim komandamızda böyük nizam-intizam, böyük sistem var. Baş məşqçimizə
bağlılıq var. Bu bağlılıq həm rəhbərlik, həm də futbolçular tərəfindəndir.
İnanıram ki, bu da öz bəhrəsini verəcək və "Neftçi" ilə oyunda
nəticəsini görəcəyik. Bu gün kubok oyunu haqda danışsam, böyük səhvə yol vermiş
olaram. Çünki biz bu gün çempion olmuşuq, hamımız cox xoşbəxtik. Sabahdan isə
kubokun final oyunu üçün hazırlaşan komanda olacağıq. Həmin oyundan sonra həm
kubokun, həm də çempionatın lideri olduğumuzu sübut edib, qələbəmizi qeyd
etməliyik.
- Bu il "Qarabağ"dan gözləntilər daha da artacaq. Hamı
avrokuboklarda ən azı ötənilki uğurunuzu təkrarlamağınızı istəyəcək.
- Biz bunu dərk edirik. Əlbəttə, uğurlarımızı təkrarlayıb daha da irəli getmək
bizim ən böyük istəyimizdir. Bunun üçün baş uğurlu transferlər etməyə və
komandanı daha da yaxşı vəziyyətə gətirməyə çalışacağıq. Məqsədimiz bizdən
gözləniləni artıqlaması ilə verməkdir.
- Bütün futbolçular deyir ki, keçənilki çempionluq daha şirin idi. Ancaq siz
bu il daha çox həyəcanlandığınızı dediniz.
- Ötən 21 illik fasilədən sonra gələn çempionluq idi. Futbolçular isə
“Qarabağ”da ilk çempionluğunu yaşayırdılar. Hər şeyin birincisinin dadı
başqadır. Necə deyərlər o, bizim səkkiz illik əməyimizin bəhrəsi idi. Biz
həmişə deyirdik ki, cəmi bir dəfə çempionluqla kifayətlənmək istəmirik. Biz elə
bir komanda yaratmaq istəyirik ki, həmişə çempion olsun. Bu il Qurban Qurbanov
düzgün yolda olduğumuzu sübut etdi. Ona inanmaqla düzgün qərar vermişik.
Bugünkü uğurumuzda əsas pay sahibi Qurban müəllim və onun komandasıdır.
Mən onları ürəkdən təbrik edir, bağrıma basıram. Kubokun finalında da biz
layiqli oyunla layiqli nəticə qazanıb, avrokuboklarda Azərbaycanı ən yüksək
səviyyədə təmsil edəcəyik.
- “Qarabağ” növbəti mövsüm Çempionlar Liqasında mübarizə aparacaq. Bununla
bağlı komandada hansısa tədbirlər görülür? Transferlərlə bağlı işlərə
başlamısınız?
- Bizdə həmişə iş gedir. Ən cətin məqamda da gələcəyə dair işlərimizi
buraxmırıq. Ancaq bunun mətbuata sızan və sızmayan hissəsi var. Qurban müəllim
çox işləyən, işini sevən insandır. Ancaq biz bunu bəlli bir proqrama daxil
etməliyik. Bu gün çempion olmaq istəyən yerdə transferlərimizdən
danışmamalıyıq. Ancaq bu o demək deyil ki, transferlərlə bağlı iş getmir.Artıq
çempionuq və Çempionlar liqasında daha yaxşı mübarizə aparmaq üçün
maraqlandığımız futbolçular var. Son qərar Qurban Qurbanovundur. Onun istədiyi
futbolçuları heyətimizə qatmağa çalışacağıq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |