İbrahim Şehiç: “O, Azərbaycan çempionatınn səviyyəsin çox aşağı bilir” - MÜSAHİBƏ
“Qarabağ” klubunun Bosniya və Hersoqovinadan
olan qapıçısı İbrahim Şehiçin Stadium.Az saytınn Antalyaya ezam olunmuş əməkdaşına
müsahibəsi:
- İbo, hazırlıqların bu günə qədər olan zamanı necə keçib?
- Bura
(Antalyaya) biraz gec gəldik. Arxada qalan müddətdə də çox ağır oyunlar
keçirdik. Əvvəlki formaya düşmək üçün xeyli zamana ehtiyacımız olacaq.
- 5 oyun oynadız, necə dəyərləndirirsən?
- Bu 5 oyunda açıq futbol oynanıldı. Belə oyunlarda
fərqli nəticələr olur. Çünki nəticə düşünülmür. Komandalar necə oynamaq istədiklərinə
baxırlar. Biz əsasən çempionata hazır olmalıyıq, bunu düşünürük.
- Bəz fasilədən sonra ilk tura hazır ola biləcəksiz?
- Hazır olacağımızı deyə bilərəm. Hətta, bəlkə
də indi də azırıq. Bakıya getdikdən sonra bir həftə də orda vaxtımız olacaq. Məncə
bu zaman bizə çox yaxşı təsir edəcək.
- Çempionatda “Qarabağ”ın əsas rəqibi hansı
komandadır?
-
“Neftçi” və “İnter”. Azərbaycan çempionatında bütün komandaların yaxşı
oyunçuları var. Amma ən çox “İnter”ə diqqət etməliyik.
- Əvvəllər “Bakı” və “Xəzər Lənkəran” da
liderliyə oynayırdı. Artıq belə deyil. Səncə bu yaxşıdır, yoxsa pis?
- Bunun elə də bir önəmi yoxdur. Əsas məsələ
odur ki, biz öz oyunumuza baxaq. Çünki bizi əsas olaraq öz komandamız
düşündürür.
- Bəzi komanda yoldaşların “Qarabağ”ın çempion
olmasının çətin olduğun deyib. Sən necə düşünürsən?
- Çempion olacağıq, yoxsa olmayacağıq, bunu dəqiq
demək olmaz. Amma əminəm ki, hər oyuna istədiyimiz kimi konsentrasiya olsaq,
yenə çempion olmamızda heç bir problem olmayacaq. Əsas olan diqqətli olmaqdır.
- Özünün gələcəyin haqda nə deyə bilərsən.
Yaxşı təklif olsa getmək barədə düşünərsən?
- Mən “Qarabağ”da çox xoşbəxtəm və yaxşı, eləcə
də güclü bir komandadayam. Getmək barədə heç düşünmürəm. 3 illik müqaviləm var
hələ. Komandam çox iddialıdır. Həm ancaq çempionluğa oynayır, həm də Avropada
uğur qazanmaq istəyir. Bunlar məni qane edir.
- Yaxşı milli komandaların üzvü Azərbaycana gəlmirlər
ki, əsas komanaya dəvət almayacaqlar. Səndə elə millidən kənar qalmısan...
- Əsas problem odur ki, Azərbaycan
çempionatının izləmirlər. Ancaq Avropada oynadığımız oyunlara baxırlar. Burda
da ancaq boş tribunalar önündə oynayırıq. Sizin dediyiniz məsələyə bu məqamda
öz təsirin göstərir. Televiziyada az oyunlar yayımlanır. Bosniya və Hersoqovina
millisinin keçmiş baş məşqçisi Azərbaycan çempionatını aşağı səviyyədə
görürmüş. Buna görədə heç oyunlarımıza baxmırmış. Amma öyrəndiyimə görə, yeni
baş məşqçinin diqqətin cəlb etmişəm.
- Bakıda yaşayışından razısan?
- Komandada çoxlu dostlarım var. Tez-tez ailəm - bacım gəlir məni ziyarət edir. Elə bir sıxıntım yoxdur. Bakı çox super və modern şəhərdir. Az qala hər gün şəhərdə nələrsə dəyişir. Hər ay isə nəsə yeni bir şeylər açılır. Hər cür gələ bilirsən bura.
- Komandada kimlərlə dostsan?
- Vaxtımın çoxunu Muarem Muaremlə keçirirəm.
Amma komandada kimisə kimdənsə ayırmıram. Elə bizim də əsas üstünlüyümüz budur
ki, hər kəs bir-birinə çox yaxındır.
- Almeyda və Reynaldonun Azərbaycan millisinə
dəvət olunması müzakirə olunur. Sizcə yaxşı olar bu?
- Əvvəlcə onu deyim ki, bu iki futbolçu “Qarabağ” üçün çox önəmli oyunçulardır. Amma bilmirəm azarkeşlər onları Azərbaycan millisində necə qarşılayar. Ancaq tam dəqiq deyə bilərəm ki, bu baş tutarsa, Azərbaycan millisinin səviyyəsi qalxar. Mütləq şəkildə xeyir verə bilərlər.
Əbəlfəz ƏLİ
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |