Dias: "Azərbaycan çempionatı Portuqaliyadan maraqlıdır" - MÜSAHİBƏ
"Qarabağ"ın yarımmüdafiəçisi Danilo Diasın müsahibəsi:
- Öncə toplanışla bağlı fikirlərinizi bilmək istərdik...
- Bu toplanış ilk növbədə mənim üçün çox vacibdir. İki ay idi ki, zədə səbəbindən oynamırdım. Artıq yenidən sıraya dönmüşəm. Komanda ilə birgə məşq edirəm. Səbrsizliklə çempionatın startını gözləyirəm, komandama kömək etmək istəyirəm.
- Yəni, hazırda özünüzü yaxşı hiss edirsiniz?
- Tam. Bütün ağrılarım keçib, hər şey geridə qalıb. Topla oynamaşa başlamışam, əvvəlki inamımı geri qaytarmağa çalışıram.
- İsveçrə "Sürix"i (1:1) və Xorvatiya "Split"i (1:3) ilə oyunlar barədə nə deyə bilərsiniz?
- "Split"ə qarşı yaxşı oynaya bilmədik. İlk oyunumuz idi, həm də çoxlu yüklənmə vardı. "Sürix"lə oyunda isə hər şey fərqli alındı. Topa daha yaxşı nəzarət edirdik. Hətta məğlub durumda olarkən də rəqibdən yaxşı təsir bağışlayırdıq.
- Bu gün sizi sayca üçüncü yoxlama oyunu gözləyir - Bolqarıstan "Levski"si...
- Çətin oyun olacaq. Amma fikrimcə, bizə belə matçlar lazımdır.
- Mövsümün qalan hissəsindən nə gözləyirsiniz?
- Qarşıda çətin oyunlarımız çoxdur. Hamı "Qarabağ"dan qələbələr gözləyəcək. Amma biz bütün çətinliklərə hazırıq. Yenidən Premyer Liqanın qalibi olmaq istəyirik. Konsentrasiya da yüksək səviyyədədir.
- Sizcə, Danilo Dias ona bəslənilən ümidləri doğrulda bilir?
- Azarkeşlərin məndən daha artığını gözlədiyini bilirəm. Bütün bunları diqqətdə saxlayıram. Amma ümidləri doğrultmaq üçün üzərimdə daha çox çalışmağım lazımdır. Prinsipcə, mövsümə pis başlamamışdım. "Valleta"ya, "Zalsburq"a qol vurmuşdum. Amma sonradan zədələndim və gerilədim. Artıq xeyli vaxtı boşa vermişəm. Amma yenidən əvvəlki günlərimi geri qaytarmaq istəyirəm. Hamıya göstərmək istəyirəm ki, əslində Danilo Dias kimdir. Kiminsə haqqımda pis düşünməsini istəmirəm.
- Siz də Milan "İnter"i ilə xoşagəlməz aqibətlə başa çatan oyunu xatırlayırsınız?
- Mən də həmin oyuna görə çox məyusam. Başa düşə bilmirəm ki, bir adam milyonlarla insanın arzularını puç edə bilər. Aydın məsələdir ki, hər kəs səhv edə bilər, amma beləsi... Mənə elə gəlir ki, Allah bir qapını açanda, digərini açır. Kim bilir, bəlkə də növbəti mövsümdən Çempionlar Liqasında çıxış edəcəyik.
- Siz komandaya gələn son legionerlərdənsiniz. Reynaldo, Almeyda, Çumbinyo sizə bura alışmaqda nə dərəcədə yardımçı oldu?
- Hamı mənə qardaş kimi yanaşır. Sizin diliniz çətindir, amma yeməklər eynidir: Ət, balıq... Ola bilər ki, mədəniyyətlərimiz çox fərqlənir, amma mən sizin dininizə hörmətlə yanaşıram. Azərbaycanda da bizə hörmətlə yanaşırlar. Bakını çox sevirəm. Atam yanıma gəlmişdi, şəhər onun çox xoşuna gəldi. Azərbaycanlı dostlar da tapmışam. Bütün bunlar çox xoşdur. (azerisport.az)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |