Maksim Medvedev: "Berti Foqts çox şey danışa bilər" - MÜSAHİBƏ
Azərbaycan yığmasının və Ağdamın "Qarabağ" klubunun müdafiəçisi Maksim Medvedevin müsahibəsi:
- Zədədən sonra bərpa prosesinə başlamısınız. III tur çərçivəsində Gəncədə "Kəpəz"ə qarşı keçiriləcək oyunda iştirak edə biləcəksinizmi?
- Məşqlərə başlasam da, intensiv şəkildə hazırlaşmıram. Trenajor zalında hazırlaşmaq və qaçmaqla kifayətlənirəm. Odur ki, "Kəpəz"lə görüşdə meydançaya çıxa bilməyəcəyəm.
- Komandanıza dəstək olmaq üçün Gəncəyə gedəcəksiniz?
- Bilirəm ki, Gəncə təmsilçisi ilə qarşılaşma çətin keçəcək. Çünki rəqibin təcrübəli və döyüşkən kollektivi var. İstərdim ki, həmin matçda meydançaya çıxıb mübarizə aparım. Amma mümkün olmadı. Məncə, səfərdə oynamağımıza baxmayaraq, kifayət qədər azarkeş bizi dəstəkləyəcək. Bu səbəbdən də uzun yol qət etmək istəmirəm. Gəncəyə getməyəcəyəm.
- Çempionatın əvvəlində zədələnmək sizə əsas heyətdəki yerinizi itirmək bahasına başa gələ bilərmi?
- Təəssüflənirəm ki, çempionatın əvvəlində zədələndim. Bu vəziyyətlə üzləşmək istəməzdim. Gənc olmağıma baxmayaraq, artıq neçənci dəfədir zədələnirəm. Bu, oyunlarda və məşqlərdə həvəslə, ürəkdən işləməyimlə bağlıdır. Amma zədəni sağaltmağı və əvvəlki formaya düşməyin də yolunu bilirəm. Belə imtahanlardan çox keçmişəm. Odur ki, zədəni özümə dərd etmək fikrim yoxdur. Bayaq söylədiyim kimi, yüngül məşqlərə başlamışam və yaxın gələcəkdə oynamaq iqtidarında olacağam. İnanmıram ki, yerimi uzunmüddətli itirim. Çünki oynamaq və "Qarabağ"ın uğurların pay sahibi olmaq arzusundayam.
- Sizinlə yanaşı, daha 4-5 əsas heyət oyunçusu zədələnib. Amma "Qarabağ" "İnter"lə matçda yoxluğunuzu hiss etdirməyib qələbə qazandı. Sizcə, bu, nəyin hesabına mümkün oldu?
- Bizim komandanın Avropa yarışlarında təcrübəsi var. Yəni, istənilən pis vəziyyətdən çıxa bilirik. "İnter"lə oyundan öncə komandada ciddi problemlər vardı. Mənimlə yanaşı, daha 4-5 futbolçu oynaya bilmirdi. Amma "Qarabağ" növbəti dəfə güclü kollektivə malik olduğunu nümayiş etdirib, ilk oyununda qələbə qazandı. Həqiqətən də, bizi əvəzləyənlər yoxluğumuzu hiss etdirmədilər. "Qarabağ"da əsas və əvəzedici futbolçu anlayışı yoxdur. Bir də baş məşqçi Qurban Qurbanovun oyundan öncə elədiyi söhbətlər insanı mübarizə aparmağa kökləyir, hətta deyərdim ki, məcbur edir.
- Rəhbərlik komandanın qarşısına çempionluq məqsədinin qoyulduğunu söyləyib. Sizcə, elə də geniş olmayan heyət bu arzunu həyata keçirməyə qadirdirmi?
- Fikrimcə, yaxşı istəkdir. Çünki komanda son illər yaxşı təsir bağışlayır və 2010/11-ci illər mövsümünü medalla bitirib. Bunun məntiqi sonluğu kimi, çempionluq gəlməlidir. Mən komandanı buna layiq görürəm. Amma sizinlə razıyam ki, bizim geniş heyətimiz yoxdur. Təəssüf ki, zədəlilərin sayı günü-gündən çoxalır. Çempionatın gedişində də belə halla üzləşsək, çempionluq arzusu həyata keçməyə bilər. Əgər zədələr və yersiz cəzalar olmasa, fikrimcə, bu heyət çempionluğu qazanmağa qadirdir. "Qarabağ" ancaq bu yolla çempion ola bilər. Amma təəssüf ki, hər zaman ideal heyətlə mübarizə aparmaq olmur. Var qüvvəmizlə çalışırıq ki, təyin olunan vaxtlardan daha tez qayıdıb, komandamıza kömək edək. Çempionatın əvvəlində qazanılan qələbələr gələcəkdə bizə çox lazım olacaq.
- Ötənilki Avropa oyunlarından sonra "Qarabağ"da tam başqa vəziyyət hökm sürürdü. Belə ki, bir neçə futbolçuya, hətta sizə də Avropa klublarından dəvətlər gəlirdi. Bu il necə, analoji təkliflər almısınızmı?
- O vaxt oyunumuzu izləyib bəyənmişdilər. Dəvətlər olsa da, konkret danışığa gələn yox idi. Düzdür, bizə ortabab klubların nümayəndələri həmişə zəng edirdilər. Amma "Qarabağ" rəhbərliyi futbolçusunun daha iddialı bir klubda oynamasının tərəfdarıdır. Ona görə də, biz hər gələn dəvəti dəyərləndirə bilmərik. Bu il də bəzi söhbətlər çıxmışdı. Amma buna fikir vermədim. "Qarabağ"la hələ 2 illik müqaviləm qüvvədədir. Düzdür, bunu nəzərə alıb, gözlərimi bağlamıram. İnkişaf etmək üçün mütləq və mütləq Avropaya yollanmaq lazımdır. Bu, həm bizim "artırmağı"mıza, həm də milli komandanın daha yaxşı nəticələr qazanmasına səbəb olar.
- Milli komanda mövzusunda bizi qabaqladınız. Baş məşqçi Berti Foqts sizdən çox narazıdır. Onun "Maksim günü-gündən geriyə gedir" fikrinə münasibətiniz necədir?
- Foqts çox şey danışa bilər. Onun öz düşüncəsi və sərbəst fikri var. Mənim ona müdaxilə etmək niyyətim yoxdur. Amma mən heç də geriləmirəm. Sadəcə, Foqtsun istədiyi futbolu oynamıram. Çünki klubumda məndən tamam başqa taktika və üslubda oynamaq tələb olunur. Yəqin ki, Avropa Liqasındakı oyunlarıma baxıb və onun dediyi tərzdə oynamadığımı gördüyündən mənə dəvət göndərməyib. Mən həmişə irəliyə baxan və zirvələrə can atan insanam. Düzdür, indi zədəliyəm və oynaya bilmirəm. Çox qısa zamanda bu xırda problemləri aradan qaldırıb yenə özümü göstərəcəyəm.
- Belə çıxır ki, siz bir müddət yığmadan kənarda qalmağınızla barışmısınız?
- Yığma komandanın formasını geyinmək mənim üçün böyük şərəfdir. Amma baş məşqçi dəvət göndərməsə, təbii ki, oynamayacağam. Foqts məni çağıra da bilər, çağırmaya da. Onun şəxsi fikridir. Vaxtilə milli komandanın əsas futbolçuları sayılanların bəziləri indi kənarda qalıblar. Yəni, hər məşqçi bir futbolçu barədə eyni düşünə bilməz. Amma yenə həvəsdən düşmürəm. Milli komandada yerimi qaytarmaq üçün çalışacağam.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |