Asif Məmmədov "İnter"dən gedir - MÜSAHİBƏ
"İnter" klubunun yarımmüdafiəçisi Asif Məmmədovun müsahibəsi:
- Bir neçə müddətdir zədədən əziyyət çəkirdin. İndi vəziyyət necədi?
- Zədəm sağalıb. Dünəndən etibarən komanda ilə məşqlərə başlamışam.
- Səni AZAL-la görüşdə görə biləcəyik?
- Məşqçinin seçimidir. Oynasam əlimdən gələni edəcəm ki, komanda qalib gəlsin. Oynamasam da pis olmaram, çünki zədədən yeni qayıtmışam.
- "İnter"lə müqavilən nə vaxt başa çatır?
- Müqaviləm 2015-ci ilin mayında bitir.
- Hansısa klubdan təklif almısan?
- Bəli. Premyer Liqanın bir neçə aparıcı klubu məni heyətində görmək istəyir. Amma mən "İnter"də qalmaq istəyirəm. Heç bir yerə getmək fikrim yoxdu.
- Cari mövsüm oyunların birində ehtiyatdan meydana daxil oldun, 10 dəqiqə sonra baş məşqçi səni əvəzlədi. Bundan sonar sanki səndə eniş başladı. O zamandan da səni meydanda çox az-az görürük…
- Axırıncı üç oyunu çıxmaq şərti ilə demək olar ki, ilk on birlikdə olmuşam. Üç-dörd oyun isə sonrada meydana daxil olmuşam. Əgər məşqçi məni əvəzləyirsə deməli, yaxşı oynamamışam. Normal qəbul edirəm. Baş məşqşi ilə aramda heç bir problem yoxdu.
- Millinin yeni baş məşqçisi xorvatiyalı mütəxəssis Robert Prosineçki oldu. Necə düşünürsən, bu səfər milliyə dəvət olunacaqsan?
- Foqts dönəmi başa çatdı. Mən elə gəlir ki, hər şey özümdən asılıdır. Düşünürəm ki, yaxşı oynasam, milliyə dəvət alacam.
- "İnter" hal-hazırda yaxşı futbol sərgiləyir. Çempion ola biləcəksiz?
- İndidən heç nə demək olmaz. Çünki hələ sona 20-dən çox oyun var. Lap 10 xal qabaqda da olsaq, mən deyə bilmərəm ki, bu mövsüm çempion olacağıq. İstəyirik mövsümü ilk pillədə başa vuraq. Neçə ildi çempion ola bilmirik. Hər şeyi zaman göstərəcək. (goal.az)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |