Böyükağa Hacıyev söz verdi - "NEFTÇİ"DƏN GEDİR! - MÜSAHİBƏ
Sabah Premyer Liqanın 24-cü turu çərçivəsində "Qarabağ"la qarşılaşacaq "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev bu gün jurnalistlər qapşısına çıxaraq KİV nümayəndələrinin sualların cavablandırıb:
- Komanda sabah sayılan
komandalardan birinə qarşı oynayacaq. Bax, “Böyük oyun” budur. Ola bilsin
vaxtilə “Xəzər Lənkəran”la “Neftçi”nin görüşləri də belə adlanırdı. Ancaq əsl
“Böyük oyun” budur. Qara Qarayev, Rəşad Sadıqov kimi yerli oyunçuları və başqa səviyyəli legionerləri var. Biz də rəqibdən
geri qalmırıq. Onlarda Reynaldo varsa, bizdə Flavinyo var, onlarda Şehiç varsa,
bizdə Stamenkoviç var, onlarda Qurban Qurbanov varsa, bizdə də Böyükağa Hacıyev
var. Sabah maraqlı qarşılaşma olacaq. İnşallah, kim güclüdürsə, o da qalib gələcək. Hələ
dünya futbol statistikasında belə şey olmamışdı. 4 qırmızı vərəqə müdafiəçilərə
göstərildi. Əgər Rəhim Həsənov başqa xətt oyunçularına qırmızı göstərsəydi, belə
olmazdı.
-
Kanalesdən sonra komandada “vuran ayaq” hiss olunmur. Bunu necə aradan
qaldıracaqsınız?
- Yadınızdan
çıxmasın, Kanalesi Kanales edən “Neftçi”dir. Biz oyunu Nforun üzərində
qurmuşduq. Ən böyük səhvimiz “Fənərbaxça” ilə görüşümüz idi. Orda biz
kartlarımızı açdıq. Hamı orda idi. Biz ilk oyunda “Simurq”u məğlub etdik.
Gördülər ki, “Neftçi” zarafat etmir. “Xəzər Lənkəran”la qarşılaşmada komplektləşdirdiyimiz
heyət parçalandı. Ruslan Qurbanov ötən tur qol vurdu. Kanalesə görə ağlamalı
deyilik.
- Səhvləri özünüzdə görürsünüz?
- Mən
"Sumqayıt"la oyunda etdiyim səhvləri bayaq dedim. Oyundan sonrakı mətbuat
konfransında da demişdim. Bunu danmıram.
- Cavid İmamverdiyevlə Bahodir Nasimov əvəzedici heyətə göndərilib?
- Onları əvəzedici
komandaya biz göndərməmişik. Cavidin cəzası vardı, əvəzedicilərdə oynadı. Bu,
praktika üçün idi. Əgər Flavinyo və ya Ramos da cəzalı olsaydı, biz onları əvəzedici
komandada praktika qazanmağa göndərəcəkdik. Biz onlara cəza verməmişik.
- Qışda transfer etməməyinizə görə peşman deyilsiniz?
- Niyə biz
transferdən yapışırıq? Biz Elvin Bədəlov, Samir Məsimovu gətirmişik. Yaxınlarda
Krasnoyarsk “Yenisey”indən azərbaycanlı futbolçu da gətirəcəyik. Legioner gətirmişik
də. Melvin Platye hələ də uyğunlaşa bilməyib. Bəxtimiz gətirib ki, Flavinyo,
Ramos kimi legionerlərimiz yaxşıdır. Legionerləri əvvəlcədən izləyib, sonra
alırıq. Biz legionerlərə olduqca ehtiyatlı yanaşırıq. Sizə bir söz deyim,
Kanales gələn mövsüm bizə gəlir. Flavinyonu göndərəcəyik, tutub qolundan gətirəcək.
- “Skenderbeu”nu keçə bilməyəcəyiniz təqdirdə istefa verəcəyinizi
demişdiniz. Sözünüzün üstündə də durdunuz. İndi çempion ola bilməsəniz, nə söz
verirsiniz?
- Çempion
olub-olmayacağımızdan asılı olmayaraq, “Neftçi”dən gedəcəyəm. Ölkəni tərk edəcəyəm.
|
||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |