"Bolton"un futbolçusu: "1.5 milyon versələr, "Xəzər Lənkəran"a gələrəm" EKSKLUZIV
“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizlinin “Bolton”da çıxış edən
Andre Mortizlə maraqlandığını xəbər vermişdik. Stadium.az Mortizi taparaq
bununla bağlı ondan müsahibə aldı.
- Salam. Andre, necəsən?
- Salam.
- Səni Azərbaycandan narahat edirik. Bir neçə sualımız olacaq, danışa
bilərik?
- Çox yaxşı, olar. Buyurun.
- Hazırda “Bolton”un futbolçususan, elədir?
- Bəli indi “Bolton”dayam (türk dilində danışır). İşlərim burada
qaydasındadı.
- Azərbaycandan təklif olsa gələrsən?
- Azərbaycana gəlmək? Mənə bu
yaxınlarda belə bir təklif edildi.
- Hansı klub idi, deyə bilərsən?
- Puluna baxır da. Yaxşı təklif olsa, niyə gəlməyim ki? Özü də, sizdə
Mustafa Dənizli kimi hoca çalışır. Onu yaxşı tnaıyıram. Mənə elə onun
komandasında oynamağı təklif etdilər. Mən Türkiyəyə bağlı biriyəm və özümü
türklərin arasında xoşbəxt hiss edirəm.
- Yəqin Azərbaycanla Türkiyənin yaxın olduğunu da bilirsən. Demək olar
ki, eyni dildə danışırıq…
- Azərbaycanla Türkiyənin yaxın olduğunu da bilirəm. Deyəsən, Mustafa hocaya
mən haqda deyiblər. Hələ mən “Kasımpaşa”da oynayanda o, məni öz komandasında
görmək istəyirdi. 2009/2010 mövsümündə “Kasımpaşa” forması ilə “Beşiktaş”a qol
vurdum və Mustafa Hoca həmin vaxtı məni gördü. Onların baş məqşçisi idi. Bir
neçə dəfə danışıq oldu, ancaq “Kasımpaşa” çox pul istədi, keçid alınmadı.
- Bayaq dedin ki, yaxşı pul versələr gələrsən. Məsələn nə qədər?
- Azərbaycana ən azı 1,5 milyon dollara gələrəm. Təbii ki, şərtlərim də
olacaq. Əgər alınsa, istəsələr gələrəm.
- Bəs hazırda “Bolton”da nə qədər qazanırsan?
- Burda müqaviləylə 750 min avro.
- Bəz Azərbaycana niyə belə baha gəlirsən?
- Çünki bura İngiltərədir. Səbə məncə çox sadədir. Hətta öyrənmişəm ki,
Mustafa Dənizlinin komandası paytaxtdan çox uzaqdadır.
- Elə də çox uzaq deyil…
- Amma paytaxtınız qədər qabağa getməyib. Mənə belə dedilər.
- Bu məlumatı hardan öyrənmisən?
- Mnecerimdən və Türkiyədə olan dostlarımdan.
- Son qərarın necə olacaq?
- Mənə bu barədə konkret təklif olmayıb. Sadəcə fikrimi soruşublar, sözümü demişəm. İstədiyim məbləği versələr, niyə də gəlməyim. Bu həm də, karyeramda yeni macəra olar. İndi son sözü Mustafa hoca deməlidir.
Söhbət etdi: Mirbağır CƏFƏRİ
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |