Şahin Diniyev "Rəvan"dan gedişinin əsl səbəbini açıqladı: "İstəklərim həyata keçmirsə..." - MÜSAHİBƏ
Gözlənilmədən
“Rəvan”dan ayrılan baş məşqçi Şahin Diniyevin Stadium.az saytına müsahibəsi:
- Şahin
müəllim, niyə istefa verdiz?
-
Demişəm və bir daha təkrar edirəm. Göstərdiyim nəticələr məni qane etmədi. Gələcəkdə
“Rəvan” klubunu irəli apara bilməyəcəyimi, iddialı duruma gətirə biməyəcəyim
üçün istefa verdim.
-
Amma siz komandada yenidənqurma işləri apardız axı...
-
Reallıq başqadır, işin içində olmaq başqadır Hiss etdim ki, komandaya xeyir verə
bilməyəcəm və “Rəvan”ın yolunda maneəyə də çevrilmək istəmədim. Klub qoy öz
yolun tutsun, daha da irəli getsin.
- Bəlkə
klub sizə verdiyi sözü tutmadı və bun görə komandanı iddialı edə bilməyəcəyini
görüb istefa verdiz?
-
Yox, indiyə kimi dəstək oldular. Onlara da təşəkkür edirəm ki, məni başa düşüb,
istefamı qəbul etdilər.
-
Maraqlı bir məqam da var. Siz istefa verməmişdən əvvəl “Rəvan”a baş məşqçi gələcək
Güvənç Kurtar Türkiyə mətbuatına açıqlama vermişdi ki, bu komandaya baş məşqçi
gəlir...
- Bilirəm,
mən 3 gün əvvəl, hətta bu günü də saysaq, 4 gün əvvəl kluba – vitse-prezident Bəhruz
Şirəliyevə müraciət etdim ki, istefa ərizəmi qəbul etsinlər. Sadəcə bu məsələ
dünən gecə saatlarında təsdiqini tapdı. Yəni mənim bu istəyimdən sonra hansısa
məşqçi ilə danışıq aparmaları normal haldır və bu, klubun daxili işidir. Biri
gedirsə, biri də gəlməlidir də.
- Ötən
gün günortadan sonra sizinlə əlaqə saxlamışdım. Bizim sayta açıqlamanızda
bildirdiz ki, komandadan 8 futbolçunun göndərilməsi, əvəzində də 8 oyunçunun gətirilməsi
barədə klub rəhbərliyinə siyahı təqdim etmisiz. Hətta gələnlərdən 4-nün əcnəbi,
4-nün isə legioner olduğunu bildirmişdiz. Əgər 4 gün əvvəl istefa vermişdizsə
bunlar nəyə lazım idi?
- Bu
söhbət klubla mənim aramda olan məsə idi ki, istəklərim bunlardan ibarətdir.
İstəklərim həyata keçmirsə, qalıb kreslodan yapışmağım düzgün deyil.
-
Bax, dolayı yolla təsdiq etdiz ki, sizin istədiklərinizi klub yerinə yetirməyib
və buna görə istefa vermisiz...
-
Yox, bacara bilmədim, həyata keçirə bilmədim.
- Nəyi
həyata keçirə bilmədiz, nəylə, kimlə bacara bilmədiz?
- Gəlin daha dərinə getməyək. Bu qədər bəs edər.
Vüsal BƏBİRLİ
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |