Aleksandr Çertoqanov: “Qəbələ”nin iddiaları ilə mənim istəyim üst-üstə düşür” -MÜSAHİBƏ
rnrn
Son illərdə xeyli əcnəbi futbolçu milliləşdirilərəkrnAzərbaycan yığmasının formasını geyinməyə imkan tapıb. Ancaq onların heç dərnhamısı özünü təsdiq edə, yığmada yerini bərkidə bilməyib. Bu mənada,rnAleksandr Çertoqanov istisnadır.rnA.Çertoqanov nəinki özünü təsdiq etməyi bacarıb, hətta milli komandamızınrnəvəzedilməz futbolçularından birinə çevrilib. rn“Bakı”, “Neftçi” və “İnter”in uğurlarında böyük rolu olmuş bu yarımmüdafiəçi yeni mövsümdənrn“Qəbələ”nin şərəfini qoruyacaq.Çertoqanovun “Qəbələ” FK qəzetinı verdiyirnmüsahibəni sizə təqdim edirik.
Yeni kluba keçməyinizrnmünasibətilə Sizi təbrik edirik.
-Çox sağ olun.rnİnanıram ki, düzgün seçim etmişəm.
Son üç ildə Bakınınrn“İnter” klubunda top qovmusuz, neçə-neçə uğurlara imza atmısınız. Sizin üçün belə düşərli olan komandadan necərnayrıldınız?
-“İnter”dən xoş hisslərlə ayrıldım. Klub rəhbərliyi ilərnmünasibətlərim bu günə qədər də yaxşıdır. Bakı klubunda oynadığım 2 ilrnyaddaqalan olub. Bu, futbolçu üçün az müddət deyil. Klubla həm gözəl, həm dərnkədərli anlar yaşamışam. Bütün bunlara baxmayaraq, heç nəyə görərntəəssüflənmirəm.
Əvvəlki klubdarnKaxaber Tshadadze ilə çalışırdınız…
-O, yaddaşımda mənərnhəmişə etimad göstərən məşqçi kimi qalacaq. “Qəbələ”də isə Toni Adams kimirnadlı-sanlı sima ilə işləyəcəyəm. Ümidvaram ki, birgə işimiz səmərəli olacaq vərnkomandaya uğur gətirəcək. Bundan başqa “Qəbələ” həm də gözəl şəraiti olanrnkomandadır. Bu isə futbolçu üçün vacibrnamildir. Doğrudur, hələ infrastrukturun qurulması davam etdirilir, ammarninanıram ki, tezliklə gözəl bazamız və stadionumuz olacaq.
“İnter”dənrnayrılacağınız barədə söz-söhbət hələ mövsüm bitməmişdən dolaşırdı…
-Bildiyimə görə “Qəbələ” mənimlə çoxdan maraqlanıb, ammarnindiyədək konkret heç bir təklif rnalmamışdım. Avropa çempionatının seçmə oyunlarından sonra klublarndanışıqlarımız oldu və razılığa gəldik. Rəhbərliklə qörüş o gədər də uzunrnçəkmədi və 2 illik müqaviləyə imza atdım. Qarşıdakı mövsümlərin mənım və yenirnklubum üçün uğurlu olacağına inanıram.
Niyə məhz “Qəbələ”nirnseçdiniz?
-Bəlkə də kimsə fikirləşəcək ki, bu qərarım maliyyə məsələsirnilə bağlıdır, amma əsla, elə deyil. Əsas istəyim yaxşı komandaya keçmək idi ki, buna da nail oldum. Yenirnklubum çox ambisiyalıdır. Hər birrnfutbolçu istər ki, iddialı komandada çıxış etsin. Bu baxımdan komandanınrniddiaları ilə mənim istəyim üst-üstə düşür. Mənə göstərdiyi etimada görə, “Qəbələ” klubunun rəhbərliyinə təşəkkürümürnbildirirəm. Inanıram ki, uğurlu karyeramı burada da davam etdirəcəyəm.
“Qəbələ” son vaxtlar Azərbaycan millisinin birrnneçə üzvü ilə daha da güclənib. Deməli, növbəti mövsümdə çox iddialı komandarngörə biləcəyik.
-Bəli, yeni mövsümdə daha iddialı komandarngörəcəksiz. Saşa Yunisoğlu, Arif İsayev və rnMurad Hüseynov keçən mövsümdənrn“Qəbələ”də çıxış edir. Mahir Şükürov,rnVurğun Hüseynov və mən yeni transfer olunan futbolçularıq. Komandadarnmilli futbolçuların sayı artaraq 6 nəfərə çatıb. Bu, çox yaxşı göstəricidir. Deməli,rnklub rəhbərliyi yeni mövsümə iddialı başlamaqda və komandanın uğurlu çıxışrnedəcəyinə ümid bəsləməkdə haqlıdır. Adını çəkdiyim bu futbolçularla millirnkomandada oynamışam. Ona görə də yeni komandamda adaptasiya problemirnyaşamayacam.
Klub rəhbərliyi ilə yəqin ki, komandanın yaxınrnməqsədləri barədə də danışmısınız…
-Əlbəttə,rnqarşıdakı mövsümlə bağlı məqsədimiz biz futbolçular üçün tam aydındır. Hazırdarn“Neftçi”, “Xəzər-Lənkəran” və “Qarabağ” kimi komandalarla rəqabətə tab gətirərnbiləcək heyət formalaşdırılır. “Qəbələ” turnir cədvəlinin ön sıralarında yerrnalmaq uğrunda mübarizə aparacaq. Ən pis halda avrokuboklara düşmək üçünrnçalışmalıyıq. İnanıram ki, yenilənmiş rn“Qəbələ” bunu edə biləcək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |