Hafiz Məmmədov: "Bakı"nın futbolçuları "Lans"dakılardan daha çox qazanır" - MÜSAHİBƏ
“Bakı” klubunun prezidenti Hafiz Məmmədovun “Stadium.az”
saytına müsahibəsi:
- Hafiz müəllim, əvvəlcə “Bakı”nın “Qarabağ”ı
məğlub etməsi barədə fikirlərinizi öyrənmək istərdik...
- Bu gün “Bakı”nın qələbə qazanacağına
inanırdım. Ümumiyyətlə, komandama inanıram. Məşqçini də tələsdirmək olmaz. Buna
baxmayaraq, liderdən də çox uzaq düşmək lazım deyil. Bu, hələ Pantiçin
komandası deyil. O, öz komandasın yaradandan sonra, onun futbolun görəcəyik.
Düzünü deyim ki, oyunun ilk yarısına baxdım. İlk yarı başa çatandan sonra
maşına minib stadiona gəldim, hesab da artıq 2:1 idi. Mən yolda olanda qollar
vurulmuşdu.
- Bəs komandanın ümumi vəziyyəti, çıxışı, əldə
etdiyi nəticələr sizi qane edir?
- Razıyam. Bir sıra futbolçularımızı bəzi
insanlar bəyənmirdi. “Lans” bizdən bir neçə futbolçu bəyənmişdi. Kamran
Ağayevi, Rauf Əliyevi, Əfran İsmayılovu və Cavid Hüseynovu. Onları buraxmadıq,
indi isə öz sözlərini deyirlər. Bu iki komanda – “Lans” və “Atletiko” bizə kömək
edəcək. “Lans” konkret olaraq Azərbaycan klubudur. “Atletiko”yla da əməkdaşlığımız
istənilən səviyyədədir. Pantiçi də bura onun üçün gətirmişik. “Bakı”da ispan
modeli olmalıdır. Bunun üçün isə işlər görülməkdədir. Komandaya bir menecer gətirəcəyik.
Bu menecer də rəhbərliyə kömək edəcək.
- “Lans” və ya “Atletiko”dan “Bakı”ya hansısa
futbolçuların keçidi gözlənilir?
- “Lans”da bizim görüşümüz oldu. İnanın 3-4
futbolçu özü dedi ki, “Bakı”ya gəlmək istəyirlər. “Bakı”ya ulduz futbolçunun gətirilməsi
planda yoxdur. Çünki ulduz futbolçu gəlib burada kimlə oynayacaq?! Səviyyəli
argentinalı oyunçu Fransada 400 minə oynamağa razıdır, amma bura bir milyona gəlmir.
Çünki Fransada yaşayır, orda oynayacaq. Mən “Lans”da futbolçuların qazancına
baxıram, 200-300 min avro qazanırlar. “Bakı”dakı oyunçular onlardan çox
qazanır.
- Hazırda Azərbaycanda alman modeli tətbiq
edilməkdədir. Siz konkret ispan modelinə üstünlük verəcəksiz?
- Yoxdu axı alman modeli, sadəcə metodika var. Azərbaycanda alman modelin tətbiq etmək üçün, futbolçular gedib orda yaşamalıdır, orda oynamalıdır. Biz indi idarə heyətin yaradırıq. Bu iş bir qədər vaxt aparan məsələdir, çünki tələsmək olmaz. Yalnız onu deyə bilərəm ki, Papen idarə heyətində olacaq və ispan mütəxəssis də burda yer alacaq.
- Hər şeyi öz gözləri ilə görmələri üçün Fransa və İspaniyaya azərbaycanlı jurnalistlərin səfərini təşkil etmək fikriniz var?
- Nə vaxt ürəyiniz istəsə, hazıram. “Atletiko” ilə də danışığımız olub. Hər oyunda nə qədər jurnalist getmək istəsə, buyura bilərlər. Özü də VİP sektorda 10-12 nəfərlik yerləri var. Üstəlik, Arda Turanı və digər futbolçuları görmək istəyirlərsə, uşaqlarınızı da apara bilərsiniz. Orada jurnalistlər arasında yarış keçirə bilərik. Ürəyiniz nə istəsə, hazırıq. Bu barədə hələ sponsorluq anlaşması imzaladığımız vaxt razılığa gəlmişdik. Sonradan pulu ödəyərkən, klubun səhmlərinə də sahib olmağa qərar verdik.
- Fransa mətbuatı sizdən müsahibə almışdı və tənqid
hədəfiniə çevirmişdi. Buna münasibətniz necə oldu?
- Məsələn nə?
- Konkret olaraq “Canal+” sizi tənqid hədəfi
seçmişdi...
- Bunu xalq etmir ki... Əsas məsələ odur ki,
Lansda hamı bizi sevir. Bu kanal məni anonsa çıxartmışdı ki, kimdir bu adam (gülür).
Onların etdikləri boş şeylərdir, belə məqamlara fikir verməyin.
- Sizcə niyə belə etdilər, bunun arxasında nə
dayanır?
- Təbii ki, erməni lobbisi. Bu, fransızın işi
deyildi. Onlar bura konkret olaraq məni hədəf alaraq gəlmişdilər. Hətta müsahibədən
öncə mənə Fransadan bildirmişdilər ki, belə də olacaq. Mən burda olmadığımdan,
həmin jurnalistlər 8 gün Bakıda qalmışdılar. Bizim uşaqlar isə onların
qulluğunda yaxşı durublar. Sizi inandırım, bu məqam hələ onları bir qədər
yumşaltmışdı, yoxsa daha çox böhtan atacaqdılar. Daha da sərt yazmalıydılar.
Sifarişləri belə idi. Bir adamlar ki, evimdə məni gizlincə kameraya çəksinlər,
daha onlardan nə gözləyəsən. Hələ müsahibəyə keçməmişdən əvvəl onlarla söhbət
edirik, kameranı qoyubar yerə, sən demə elə yerdən çəkirmişlər. Elə belə evdə gəzişirik,
əllərində də kamera yoxdur, amma verlişdə bunları da verirlər. Düyməli
kameradan istifadə ediblər. Mən onlarla müsaibədən əvvəl xoş niyyətlə bir çox məsələlərdən
danışdıq, amma bunlar başqa şey verir efirə.
- Onların bu verilişindən sonra Azərbaycanda
da bəzi qüvvələr bundan istifadə edib sizi tənqid etməyə başladılar...
- Məndə məhz bu insanları başa düşə bilmirəm.
Onlar erməninin istəyiylə belə edir, bəs bunlara nə olub, anlamaq olmur...
- Siz AFFA İcraiyyə Komitəsinin üzvüsüz. Milli
komanda da baş məşqçi Berti Foqtsun qalmasını istəyirsiz?
- Məncə qalmalıdır. Bilirəm, alınmır, yaxşı
işləmir, amma futbolçular dəyişməlidir.
- Sanki AFFA rəhbərliyindən sizə qarşı soyuq
münasibət də var. Çünki tədbirlərinizə yüskək vəzifəli şəxsləri qatılmır...
- Yox, mən elə düşünmürəm, sadəcə mənə arxayındırlar. Rövnəq Abdullayev çox yaxşı insandır. Bizlər bir-birilərimizə çox yaxın və bələd insanlarıq. Mənim AFFA-yla nə işim var axı, mənə klublar lazımdır. İndi 100 gənc futbolçu “Lans”a, 100 gənci də “Atletiko”ya yollamalıyıq, amma tapa bilmirik.
Söhbət etdi: Vüsal BƏBİRLİ
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |