Şəhriyar Əliyev: “Əlimdən gələn hər şeyi edəcəm” MÜSAHİBƏ
Ulduzu «Bakı»da parlayan, elə bu komandanın da
yetirməsi olan Şəhriyar Əliyev son zamanlar bəzxtsizlikdən əziyyət çəkir. İş
orasındadır ki, Bakıda keçirilən hərbiçilərin dünya çempionatında millimizin şərəfini
qoruyan Şəhriyarın ayağı sınmışdı. Uzun müddət zədəsini sağaldandan sonra U-21
milli komandamıza dəvət aldı. Elə oradaca Norveçlə oyunun son dəqiqələrində
yenidən zədələndi. Bu dəfə isə çiyni çıxdı. Əliyev zədəsini yenidən sağaldıb, məşqlərə
də başlayıb:
- Şükür Allaha, artıq məşqlərə başlamışam. 4
gündü komanda ilə çalışıram. Hazırkı vəziyyətə görə, hər şey yaxşıya doğru
gedir.
- Bəs nə vaxtdan oynaya biləcəksən?
- Komanda ilə məşqlərə yeni başlamışam. Buna
baxmayaraq, hələ biraz ağrılar hiss edirəm. İnşAllah qarşıdakı həftədə oynaya
biləcək vəziyyətə gələcəm.
- Pantiçlə söhbətin olubmu bu barədə?
- Bu barədə konkret söhbətimiz olmayıb. Ancaq
baş məşqçimiz mənim yenidən formaya düşməm üçün əlindən gələni edir.
- Səncə əsas heyətə qayıtmaq çox çətin olmayacaq?
- Düzünü desəm, əsas heyətdə güclü futbolçular
çoxdur. Hazırda zədəmin tam sağalmasını gözləyirəm. Həm də formaya düşmək üçün
ürəklə məşq edirəm. Bundan sonar baş məşqçimizdən mənə şans verməsini gözləyəcəm.
Meydana çıxıb əsas heyətdəki yerimi qaytarmaq üçün əlimdən gələn hər şeyi edəcəm.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |