Ceyhun Sultanov yeni mövsümə hansı komandada başlayacaq? – MÜSAHİBƏ
8 MÜDAFİƏÇİ İLƏ OYNAYAN MİLLİ KOMANDADAN UĞUR GÖZLƏMƏYƏ DƏYMƏZ!
rnrn
Millirnkomandamızın keçmişrnoyunçusu, son mövsümürn«Gəncə»dərnkeçirən Ceyhun SultanovunrnStadium.Az saytınarnözəl müsahibəsi:
rnrn- Sənin üçün çempionat necə keçdi?
rnrn- Ötən ilkilərə baxanda, bu dəfə elə də maraqlı olmadı. Amma özüm üçün deyirəm bunu. Həmişə iddialı klublarda oynamışam, «altılıq»lar başlayandan sonra adama bir az maraqsız gəldi. İkinci «altılıq» başlayandan sonra adam çıxıb oynamaq istəmirdi heç.
rnrn- Bəlkə «Gəncə» ilk «altılıq»da yer almadığı üçün sənə maraqsız gəlib?
rnrn- Yox, təkcə ona görə deyil, ümumiyyətlə, maraqsız idi.
rnrn- «Gəncə» necə komandaydı?
rnrn- Pis oynamırdıq, hətta ilk «altılığ»a da düşə bilərdik. Bir-iki yaxşı oyunçumuz olsaydı, bunu bacarardıq.
rnrn- Amma qeyri-stabil oyun göstərirdiz...
rnrn- Futboldu da, heyət tam formalaşmamışdı deyə, belə alınırdı. Belə komandalar həmişə daimi oyun göstərə bilmir. Güclülərə qarşı toparlanıb oynayır, amma ortabab və zəiflərlə bunu bacara bilmir.
rnrn- Deyirdilər, «Neftçi»yə qarşı kubok və çempionat oyunlarını bilərəkdən uduzursuzmuş...
rnrn- Vallah mən futbolçu kimi bütün oyunlarda əlimdən gələni etmişəm. Komandanın içində olmuşam, belə şeylərdən də xəbərim olmayıb.
rnrn- Səncə Fuad İsmayılovun Mehman Allahverdiyevlə əvəzlənməsi lazım idi?
rnrn- Baş məşqçi dəyişikliyi ancaq klubun prezidentinin işidi, necə məsləhət bildi, elə də etdi. Mənim üçünsə heç bir dəyişikliyin fərqi yoxdur.
rnrn- İlk «altılıq»da necə keçirdi çempionat?
rnrn- Çempion son turda bilinsəydi, daha maraqlı olardı. Bir də ki, «Qarabağ»la «Xəzər-Lənkəran» yersiz yerə çox xal itirdilər. Yoxsa sonluq tamam başqa ola bilərdi. Əvvəlki çempionatlarla müqayisədə çox da maraqsız deyildi. Bir şeyi deyim ki, ən yaxşı futbolu «Qarabağ» oynayırdı. Legionerlərlə dolu olan komandalar heç nə edə bilmədi. «Xəzər-Lənkəran»dan çempionluq gözləyirdim düzü, amma əvvəlki turlardakı oyunlarını sona kimi davam etdirə bilmədilər. «Bakı»ya görə çox üzüldüm, adlarına layiq yerdə olmadılar. Gətirdikləri futbolçular komandaya heç bir xeyir vermədi. Baxmayaraq ki, rəhbərlik futbolçusu üçün hər bir şərait yaradıb «Bakı»da. Kuboku aldı «Xəzər-Lənkəran», amma o komanda oyunu penaltilər seriyasına kimi uzutmamalıydı.
rnrn- «Gəncə»ylə müqavilən bitib. Yeni mövsümə hansı komandada başlayacaqsan?
rnrn- Sözün düzü, hələ dəqiqləşməyib. Təkcə pulu fikirləşmirəm, amma mənə hansı klubun təklifi sərf eləsə, orada da qalacam. Daimi oynayacağım komandaya gedəcəm.
rnrn- «Gəncə»də qala bilərsən?
rnrn- Əlbəttə ki, qala bilərəm. Amma hələ oturub rəhbərliklə danışığımız olmayıb. Çünki o klubda hələ, gələcək mövsümün planları barədə qərar verilməyib.
rnrn- Başqa klublardan təklif almısan?
rnrn- Arada söhbət çoxdu, mənə deyənlər var ki, hansısa klublar mənimlə maraqlanırlar, amma ortada konkret bir söhbət yoxdu.
rnrn- Öz oyunun barədə nə deyə bilərsən? Əvvəlki Ceyhun ola bilmisən?
rnrn- Yox hələ, çünki mən arxada qalan mövsümdə heç bir yerdə toplanış keçmədim. Amma toparlanmaqdayam, artıq 31 yaşım var, inşallah yaxşı olacaq.
rnrn- Milli barədə fikirlərin maraqlıdır. Şahin Diniyevin vaxtında əsas oyunçu sən idin. İndiki millini necə görürsən? İndiki millidə oyun qurucusu yoxdu, özünün yerini görürsən seçmə komandada?
rnrn- Bu məsələyə toxunmaq istəmirdim, amma bu dəfə deyəcəm. Milli komanda 8 müdafiəçi, bir qapıçı və iki yarımmüdafiəçiylə meydana çıxırsa, o komandadan uğur gözləməyə dəyməz. Düşüncələri ancaq müdafiəni fikirləşməkdir. Amma bizim komanda həmişə topla oynamağı bacarıb. Nə qədər müdafiə olunsan belə, sonda qol buraxacaqsan, mümkün deyil. Bizdəysə hücum yoxdu, bunu duşunmək lazımdı.
rnrn- Qazaxıstanla oyundan nə gözləyirsən?
rnrn- Məncə eyni səviyyəli iki komandanın oyunudur. Uda da bilərik, uduza da. Bir məsələ var ki, heç vaxt onlara uduzmamışıq. Lap səfərdə udmuşuq da onları. Və daha bir məsələ, əgər Qazaxıstanı uda bilmiriksə, daha sonra kimi udacağıq? Bu oyunda qələbə qazanmaq uşaqlarda böyük ruh yüksəkliyi yarada bilər ki, sonrakı oyunlara da, bunun böyük xeyri dəyər.
rnrnVüsal BƏBİRLİ
|
||||||||||||||||||||||||||||||||||||||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |