Elvin Əliyev: «Ruslan Abışovu cavanlığına bağışlayıram» - MÜSAHİBƏ
Ötən tur keçirilən AZAL - "Neftçi" qarşılaşması meydanda gedən mübarizə ilə yanaşı, ondan kənarda baş verənlərlə də yadda qaldı. Matçdan sonra Sadıq Sadıqovun hakimlərin otağına girməsi, Vaqif Qasımovun isə buna etiraz etməsi, Elvin Əliyevlə Ruslan Abışovun mübahisəsi gündəmə gələn əsas hadisələr oldu. Hesabın açılmadığı qarşılaşmada hakim səhvləri emosiyaları qızışdırdı desək, bizimlə razılaşarsız. Bir neçə epizodda olayların mərkəzinə düşən Elvin "Stadium.Az"a müsahibəsində barəsində deyilən fikirlərə münasibət bildirdi.
rn- Oyun çox gərgin mübarizə şəraitində keçdi. Adına görə bütün komandalar "Neftçi"yə qarşı güclü mübarizə aparırlar. heç kim onlara məğlub olmaq istəmir, çalışırlar ki, qələbə qazansınlar. Rəqib "Neftçi"dir deyə, bu oyuna psixoloji və fiziki cəhətdən əla hazırlaşmışdıq. Son oyunlarda yaxşı nəticələr qazandığımızdan, birinci yerə şansımız artıb. "Neftçi" ilə oyuna çempionluğa bir addım atmaq üçün çıxmışdıq. Oyundan qabaq da gözləyirdim ki, heç nə bizə asan olmayacaq, gərginlik son dəqiqəyədək davam edəcək. İlk dəqiqələrdən sərtlik vardı meydançada. Azarkeşlərin stadiona çox gəlməsi də bizi ruhlandırırdı. Tribunaları dolu görüb, özümüzü futbolçu kimi hiss edirdik. Mübarizliyinə görə "Neftçi" ilə oyun başqalarından azacıq da olsa, fərqlənir.
rn- Çox sərt və əsəbi təsir bağışladın bu qarşılaşmada...
rn- Avropa futbolunda o qədər belə sərt oyunlar olur ki! Ona qalsa, gərək hakimlər oyunun sonunadək meydançada bir futbolçunu da saxlamasınlar. Elçin Məmmədov elə "Neftçi"nin bir neçə futbolçusuna da "sarı" göstərməliydi, bizimkilərdən də alan olmalıydı. Adlarını çəkmək istəmirəm indi. Hər halda oyunu görmüsüz. Hər sərt oyuna görə futbolçuya vərəqə göstərməzlər. Bu oyun sərtliyi gərəkdirirdi, çünki hər iki komanda qalib gəlmək istəyirdi. Amma bunlar bilərəkdən, qəsdən deyildi ki, bir-birini vursunlar. Meydandan əliboş çıxmaq olmazdı. Əlidolu qayıtmaq üçün mübarizlik etmək lazım idi. Nə oldusa, buna görəydi. Ruslanla aramızda qısamüddətli mübahisə də bu səbəbdən yaşandı. Bundan başqa, bir-iki epizodda futbolçumuza qarşı kobudluq etmişdi. Mən də dözmədim və ona qarşı qaydanı pozdum. Ancaq oyundan sonra başqa heç nə olmayıb. Üç-dörd real qol imkanımız oldu. Qol vurmaq şansı "Neftçi"nin də varıydı. Qalib gəlməliydik. Amma 1 xal da bizim üçün yaxşı nəticədir. Məncə, "Neftçi" üçün də.
rn- Üç sarı vərəqən varıydı və ola bilməzdi ki, baş məşqçiniz Nazim Süleymanov sənə "bir qədər ehtiyatlı oyna, "İnter"lə matç da var" deməsin...
rn- Demişdi. Çox heyfslənirəm ki, "İnter"lə oyunu buraxıram. Oyunun son dəqiqələri gedirdi, o hərəkəti gərək eləməzdim. Mənə yaraşmayan hərəkətə oldu. Qələbə qazanmaq istədiymizdən, axıra yaxın beynim yorulmuşdu. O da gətirib əsəbiliyə çıxardı. Ruslan Abışovla Pemanın mübarizəsi olan epizodda əsəbiləşdim. Sonra da Elçin mənə "sarı" göstərdi, Ruslanla da əl verib, ayrıldıq. Ruslan millinin futbolçusudur, onunla aramda heç bir konflikt olmayıb, ola da bilməz. Yaxın oğlandır, mömin qardaşdır. Həmin insident də oyunun içində olan şeylərdir. Deyirlər ki, İqor Mitreskiyə kəllə atmışam, Bahodır Nasimovu təpiklə vurmuşam. Elə şey olmayıb. Televiziyaların kamerasına düşməyib, ondan əvvəl Nasimov yerə yıxılanda Aqil Nəbiyevi təpik atdı. Mən də ona dedim ki, bu, futbolçuya, centlimenliyə yaraşan hal deyil. Ani bir əsəbilik idi, keçdi getdi. Futbolun içindəkiləri mən kənara çıxarmıram.
rn- Ruslan Abışov mətbuata deyib ki, aranı sakitləşdirməsəydilər, Elvinlə söhbətim tamam başqa cür olacaqdı. Görəsən, o, bununla nə demək istəyir?
rn- Onun dediklərindən xəbərim var. Ruslanın sözlərini cavablandırmaq istəmirəm. Cavanlığına keçirəm. Yəqin, əsəbi olub. Ruslan Abışovu cavanlığına bağışlayıram.
rn- Qarşılaşmadan sonra hər hansı təzyiqlə üzləşmədin?
rn- Heç bir. Hakimlərlə sağollaşan kimi getdim "razdevalka"ya. Dəhlizdə 3-5 dəqiqə səs-küy düşdü, sonra sakitləşdi. Onda da içəridən bayıra çıxmadım.
rn- "İnter"lə keçiriləcək matçı buraxacaqsan. Yəqin ki, o lazımsız sarı vərəqəyə görə bu gün hamıdan çox sən üzgünsən?
rn- Bizim komandada əvəzedilməz futbolçu yoxdur. Güclü oyunçularımız var, yerimi hiss etdirməzlər. "İnter"i birinci dövrədə 5:0 udmuşduq. Ürəkdən inanıram ki, yenə qələbə qazanacağıq. "Altılığ"a düşmək üçün bizə 3 xal bəsdir. İlk 7 yerdə gedən komandanın da şansı var ki, ora vəsiqə qazansın. Əlbəttə, çox istərdim ki, bu il çempion biz olaq. Oyunumuzla da buna layiqik.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |