Tuyğun Nadirov: "Bu, baş məşqçinin qərarıdı..."-MÜSAHİBƏ
"Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyğun Nadirovun müsahibəsi - “Xəzər Lənkəran”ın bu mövsümkü çıxışı klub rəhbərliyini nə dərəcədə qane etdi? - Rednik mövsümün gedişində bir sıra riskli addımlar atdı, xeyli futbolçunu heyətdən kənarlaşdırdı. Baş məşqçi bu barədə sizə raportlar təqdim edəndə onu icra etməkdən narahat deyildiniz? - 8 futbolçudan əlavə, yenə heyətdən kənarlaşdıracağınız oyunçular olacaq? - Heyətinizdə saxladığınız rumıniyalı legionerlərdən bəziləri, məsələn, Adrian Skarlatake və Andrey Mureşan “Xəzər Lənkəran”a 6 aylıq icarəyə götürülənlərdi. Onlarla yeni müqavilə bağlanılacaq? - Müqavilə müddətini uzatmadığınız Hristu Kyaku və transferə çıxardığınız Elvin Beqiri demək olar ki, sabit oynayırdılar. Onların göndərilməsi barədə baş məşqçinin verdiyi raport klub rəhbərliyi üçün gözlənilməz olmadı? - Komandaya kuboku alması qarşılığında fantastik məbləğdə, yəni 500 min dollar mükafat vəd olunmuşdu... - Avropa Liqasındakı hədəfiniz nədən ibarət olacaq? - Buna nail ola biləcəksiniz? - Yay transfer dövründə heyətinizə daha səviyyəli, ulduz futbolçular transfer edəcəksiniz? - Baş məşqçinizlə müqaviləyə yenidən baxılacaq? - Avropa Liqasına hazırlıq prosesinə nə vaxt başlayacaqsınız və təlim-məşq toplantısını harada keçirəcəksiniz? Mənbə: Lent.az
- Klub prezidenti qarşımızda həm çempionluq, həm də kuboku qazanmaq məqsədini qoymuşdu. Fikrimcə, komandamız bu tapşırığın öhdəsindən qismən də olsa, gəlməyi bacardı. Çempionatın gümüş medalını və ölkə kubokunu qazandıq. Bu da özünə görə bir nailiyyətdi. Nəzərə alsaq ki, baş məşqçimiz Mirça Rednik komandada yeni idi, bir il ərzində heyətdə ciddi islahatlar aparılmışdı, demək, komandamız istədiyinə nail oldu.
- Həmin islahatların nəticəsidi ki, “Xəzər Lənkəran” həm çempionat boyunca, həm də kubok oyunlarında gözəl, baxımlı oyun nümayiş etdirir, uğurlu nəticə əldə edir, azarkeşlərini sevindirirdi. Transfer siyasəti də uğurlu alındı. Bu mövsüm “Xəzər Lənkəran”a dəvət olunan futbolçular, demək olar ki, özlərini doğrultdular. Klubumuz qış transfer dövründə eksperimentə əl atdı. Heyətə bir neçə oyunçunu müvəqqəti dəvət etdik. Onlardan bizi qane edənlərlə müqavilə bağladıq. Mövsüm başa çatdıqdan sonra komandamızdan 8 legioner ayrıldı. Qeyd etdiyim kimi, əslində bir qisminin müqaviləsi müvəqqəti idi, yəni, onlarla yayadək bağlanmışdı. Saxlamalı olsaydıq, gərək uzun müddətə yeni anlaşma əldə edəydik. Yəni, bu baxımdan, bizə həm maddi, həm də digər anlamda ziyan olmadı.
- Hazırda yox. Peşəkarlıq baxımından, bu qərar mövsümün axırıncı oyunundan sonra açıqlanmalı idi. Onların hər biri ilə görüşdük, minnətdarlığımızı bildirdik və özlərinə klub tapmağı tövsiyə etdik. Bir qismi ilə müqaviləsi başa çatdığı üçün, bir qismi ilə də qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq.
- Qışda heyətimizə cəlb etdiyimiz legionerlərin heç biri ilə uzunmüddətli müqavilə bağlamamışdıq. Bu da futbolçular üçün bir motivasiya idi. Yəni, yayadək özlərini göstərsinlər, hansı layiqli olsa, onunla müqavilə uzadılsın. Əlbəttə, komandada saxladığımız futbolçularla yeni müqavilə imzalanacaq və onlar “Xəzər Lənkəran”ın tam hüquqlu üzvü olacaqlar.
- Bu, baş məşqçinin qərarıdı və biz də onun işinə qarışmırıq. Əgər Rednik belə qərar veribsə, demək, həmin oyunçular onun istəyinə uyğun gəlməyib.
- Bilirsiniz, öz tərəfimizdən mükafatın məbləğini ictimaiyyətə açıqlamaq həm etik baxımdan, həm də futbolçularla bağlanılan müqaviləyə əsasən düzgün deyil. Onlara klub tərəfindən ödənilən məbləğ konfidensial olmalıdı. Əlbəttə, klub prezidenti komandanı mükafata layiq görüb. Mətbuatda bəzi rəqəmlər səslənir. Bunlar reallığı əks etdirmir. Klubumuzda bir sistem, bir mexanizm var. Bu, neçə illərin mexanizmidi. Futbolçunu stimullaşdırma, motivasiya etmə kimi məsələlər mövcuddu. Amma burada konkret hansısa məbləği açıqlamaq olmaz.
- Ən böyük arzumuz Avroliqada Azərbaycanı layiqincə təmsil etmək, gözəl nəticələr əldə etmək, yeni nailiyyətlərlə tarix yazmaqdı. Məqsədimiz Avropa Liqasının qrup mərhələsinə düşməkdi. Bu vəzifə klub rəhbərliyi tərəfindən komandanın qarşısına qoyulub.
- Məncə, bu gün klubumuzda yetərincə səviyyəli oyunçular, güclü məşqçi heyətimiz var. Bu tapşırıq üzərində işləyib-çalışsaq, hər şey mümkündü.
- Hər bir transfer dövründə səviyyəli transferlər edirik. Ötən yay komandamıza Uinston Parks kimi futbolçu gəldi. Qışda Culius Vobayı transfer etdik. Yenə də səviyyəli futbolçu transferi üzərində işləyəcəyik. Transfer məsələsi elədi ki, bunun üzərində ilboyu iş gedir, analizlər aparılır.
- Mirça Redniklə hələ bir il müqaviləmiz var. Rumıniya mətbuatında onun adından bir sıra həqiqətə uyğun olmayan fikirlər dərc olunur. Guya 250 min mükafat alıb, Avropa Liqasının qrup mərhələsinə vəsiqə təqdirində 1 milyon da alacaq. Onu deyə bilərəm ki, Rednik gələrkən, “Xəzər Lənkəran”la 2 illik müqavilə bağlayıb. Aydın məsələdi, həmin müqavilənin özünəməxsus şərtləri var. Klubumuzun prezidenti Rednikin fəaliyyətindən çox razıdı. Hətta, bir müddət öncə bu barədə söhbət olmuşdu, orada da bildirilmişdi. Biz növbəti qələbələri əldə etmək üçün Redniklə davam edəcəyik.
- Çox güman ki, toplanışımız iyunun 16-dan sonra başlayacaq. Hər il olduğu kimi, Avropa ölkələrinə üz tutacağıq. 2005-ci ildən “Xəzər Lənkəran” Avropa kuboklarına “köhnə qitə”də hazırlaşır. Ora həm legionerlərin gəlməsi, həm də yoldaşlıq oyunları üçün münasibdi. Yəqin ki, toplanışı ya Avstriyada, ya da Almaniyada keçirəcəyik.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |