Əfran İsmayılov «Qarabağ»dan getmək istədiyini ilk dəfə Stadium.Az-a açıqladı – MÜSAHİBƏ
«Qarabağ»ın və milli komandanın gənc ulduzu Əfran İsmayılovun Stadium.Az saytına özəl müsahibəsi.
rnƏfran, arxada qalan mövsüm özün və komandan üçün necə keçdi?
rn- Mənim üçün yaxşı saymaq olmaz.Çünki elə mövsümün əvvəlində zədələnərək komandadan aralı düşdüm və hazırda ideal formada deyiləm. Amma komandam üçün yaxşı keçdiyini deyə bilərəm. Qarşımızda duran minumum vəzifə Avropa Liqasına vəsiqə qazanan idi ki, onu da bacardıq. Şükürlər olsun ki, indi özümə gəlməyə başlamışam. Və arzu edirəm ki, o anı bir də yaşayım. Düzü, o vaxt zədələnməyəyimə görə kimisə günahlandırmaq olmazdı. Sadəcə ardıcıl olaraq oyunlar oynayırdıq və ayağım «yüklənmişdi». Nəticədə də elə bir hadisə baş verdi. Hazırda oynadığın futboldan narazısan? - Düzünü desəm, indi formaya düşmək haqda fikirləşirəm. Altı ay oynamadım. İndi çalışıram ki, əvvəlki - UEFA-da oynadığım Əfran olum.
rnBəs o Əfranı bu ildə UEFA-da görə biləcəyik?
rn- İnşallah, olacaq, niyə olmur ki. Sağ olsun baş məşqçimiz Qurban Qurbanov, onun da köməkliyi ilə yenidən əvvəlki səviyyəyə dönəcəm. Zədəm sağalan kimi başlatdı məni oynatmağa, amma hər məşqçi bunu etməzdi.
rnİki mövsümdü pley-off-da dayanırsız. Səncə bu il necə olacaq?
rn- Bu il qarşımıza məqsəd qoymuşuq ki, qrupa düşək. Baxaq da necə olacaq.
rnÇempion da ola bilərdiz...
rn- Düzdü, ola bilərdik. Heç kim də mane olmadı, sadəcə özümüz uduzduq. «Neftçi»ylə son oyunda onları udsaydıq, elə biz də çempion olacaqdıq, amma alınmadı. O, final matçı kimi idi. Amma rəqibi də təbrik edirəm, layiqli çempion oldular.
rnSəncə layiqli çempion oldular?
rn- Əlbəttə, layiqli çempion oldular. Heç bir komanda boş yerdən çempion olmur. Mən razı deyiləm ki, «Neftçi»ni çempion etdilər, bu, ancaq boş-bekarçılıqdan yaranan söz-söhbətdir. Güclüydülər ki, çempion oldular.
rnBelə çıxır ki, «Neftçi» «Qarabağ»dan güclüdür?
rn- Biz, ən yaxşı futbol oynayan komandayıq.
rnNecə olur bəs, ən yaxşı futbol oynayan çempion olmur?
rn- Futboldu, belə şeylər olur.
rn«Qarabağ» ara-sıra qeyri stabil oynadı...
rn- Düzdü bu, zədəlilər imkan vermirdi. Rəşad, mən, Maksim və başqa futbolçular bir çox oyunlarda zədə ucbatından oynamadıq. Bu da nəticəyə təsir edirdi. Amma özümüzü toparlayıb avroliqaya gedə bildik.
rnÖtən mövsüm maraqlı idi çempionat, yoxsa indi?
rn- Məncə ötən mövsüm. Çünki bu il artıq bir neçə tur əvvəldən çempion məlum idi. Amma ötən mövsüm son saniyəyədək çempion bilinmirdi. Ümumiyyətlə, mən «altılıq» sistemindən narazıyam. Bu sistem olmasa daha yaxşı olar. Bilirsiz necədir, mən özümdən götürəcəm. İnanın ki, heç ikinci «altılıq»dakı komandaların oyunlarıyla maraqlanmıram, bilmirəm orada vəziyyət necədir. Amma deyirlər belədirsə, problem yoxdur, oynayacağıq.
rnDeyəsən «Qarabağ»dan gedə bilirsən?
rn- Getmək barədə düşünürəm. Formamı bərpa edim, bir az artırım, gələn mövsüm xaricdə oynamaq barədə düşünürəm. Məncə ölkə kənarına çıxmağın vaxtıdı artıq. Menecerlər ordan-burdan deyirlər. Məsələn, o günləri «Göztəpə»dən gəlmişdilər, amma ora getməkdənsə, «Qarabağ»da qalıb UEFA-da oynamaq daha yaxşıdır. «Qarabağ» rəhbərliyinin də razılığı olsa, UEFA-dan sonra gedərəm Türkiyəyə.
rn«Qarabağ» səni hansı şərtlər altında buraxacaq?
rn- Bu klubun pulunu ödəyib çıxmalıyam da. Çünki hələ klubumla müqaviləm var. Məni almaq istəyən klub «Qarabağ»ın haqqını ödəməlidir.
rnQarşıda millinin Qazaxıstanla vacib oyunu var...
rn- Bu oyunu mütləq udmalıyıq, ancaq qələbə barədə düşünürük. Belçika ilə görüşün nəticəsini ancaq bu yolla sığortalaya bilərik. Əgər Qazaxıstana uduzsaq, bu, bizim üçün faciə olacaq.
rn«Xəzər-Lənkəran»ın qapıçısı Kamran Ağayev bildirib ki, «Qarabağ» futbol oynadığı üçün sizin komandaya yazığı gəlir...
rn- Kamrandı da, öz uşağımızdı. Kamran çox danışır, hər gün bir qalmaqallı açıqlama verir. Yəqin, bununla «Neftçi»yə söz atır. Amma o bunu yaxşı mənada deyib.
rnSöhbətləşdi: Elnur QARACALI
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |