Vaqif Cavadov: «Niyə «Qəbələ»? Məgər başqa komanda olmaz ki…» - MÜSAHİBƏ
Ötən ilinrnəvvəlində «Qarabağ»dan Hollandiyayarnyollanan Vaqif Cavadovrn«Tvente»də qərarrntuta bilmədi. Baş məşqçi StivrnMaklarenin gedişi, özününrnisə ciddi zədələnərək əvəzedici heyətə göndərilməsi Avroparnxəyallarının üstündənrnxətt çəkdi. Əlirnətəyindənrnuzun vətənə qayıdan hücumçuya «Bakı»rnqucaq açaraq, carirnmövsümrnondan çox şeyrngözlədi. Ammarno,rnümidləri doğrultmadı. Komandada qalıb-qalmayacağına 10 gündənrnsonra baş məşqçirnAleksandrs Starkovs qərar verəcək. Belçika ilə matçdarnonun zəifrntəsir bağışlaması BertirnFoqtsu da qanernetməmiişdi. Almanrnmütəxəssis sonrnvaxtlar zəifrntəsir bağışlayan Cavadovurno ki var, tənqid eləmiş, həttarnqonorarını darnkəsdirmişdi. Yaranmış vəziyyətə aydınlıqrngətirməkrnüçün Vaqiflə görüşməyə dəfələrlə cəhdrngöstərsək də,rnmüxtəlifrnbəhanələr gətirənrnfutbolçu müsahibə verməkdənrnyayınmışdı.rnBu dəfərn«əlimizə keçdi».
rnrnMüsahibə verməkdən niyə çəkinirsən?
-rnOyundan sonra yorğun oluram,rnevə gedib dincəlməkrnistəyirəm. Həftəarası məşq, sonrarnda oyun - şəxsirnproblemlərlə məşğulrnolmağa vaxtrnqalmır. Bir də ki, niyə çəkinməliyəm? Hər şeyrnqaydasındadır.
rnrnKomandanız "altılıq"da ilk qələbəsini AZAL-la görüşdə qazandı.
rn- Bu oyunda qələbə qazanmaq vacib idi. Komanda uzun zaman idi çempionatda qələbə qazana bilmirdi. Uğursuz oyunlar keçirdik. Ancaq son 2rnmatçımızı qalib kimi tamamladıq. Komanda öz oyununu tapmağa başlayıb. Artıq qollar da vururuq. Yenə çalışmalı, gələn mövsümə hazırlaşmalıyıq. Hər şeyin qaydasına düşəcəyinə inanıram.
rn- Ancaq turnir cədvəli baxımından bu qələbənin heç bir dəyəri yox idi. Futbolçular bu qələbəyə sevinə bilirlərmi?
rn- Aydın məsələdir ki, turnir cədvəli baxımından bu qələbənin heç bir faydası yoxdur. Ancaq qələbə, qələbədir və biz hər oyuna bu istəklə çıxırıq. Əslində, bu oyunda 3 xal AZAL-a hava-su kimi lazım idi. Ancaq biz onlara sevinmək imkanı vermədik. Çoxları oyundan öncə "Bakı"nın uduzacağını düşünürdü.
rn Yəni, bu qələbə ilə klub ətrafında dolaşa biləcək xoşagəlməz söz-söhbətin qarşısını aldığını düşünürsən?
rn- Oyuna o məqsədlə çıxmamışdıq. Uduzsaydıq, müəyyən söz-söhbət yayılacaqdı. Çünki turnir cədvəli baxımından bu qələbənin "Bakı"ya heç bir faydası yoxdur. Ancaq biz klubun imicini qorumağa çalışdıq. İnşallah, bundan sonrakı oyunları da qələbə ilə başa vuracağıq.
rn
«Bakı»da özünü göstərə bilməməyinin səbəbi nədir?
rnrn- «Tvente»dən qayıdanda tam formada deyildim. Zədəm ciddi olduğu üçün bərpa prosesi bir qədər ləngidi. Əvvəlki formamı yığmağa vaxt lazım idi, əsas heyətə düşməkdə çətinlik çəkirdim. Artıq yavaş-yavaş özümə gəlirəm.
rnrnAleksandrs Starkovs, bildiyimizə görə, səndən narazıdır. Bu, o deməkdir ki, mövsümün sonunda «Bakı» ilə yollarını ayıracaqsan?
rnrn- Hələ qarşıda iki oyun var. Müqaviləm mövsümün sonunda başa çatır. Hansı komandaya keçməyimə «Tvente» razılıq verməlidir. Çünki müqavilə ilə hollandlara məxsusam. Gedib və ya qalacağıma hər iki tərəf razılıq verməlidir. Əgər razılığa gəlsələr, yenidən «Bakı»da oynamağa hazıram.
rnrnDeyirsən, «Tvente»yə də dönüşün mümkündür?
rnrn- Hər şey ola bilər. Hələ heç nə bilinmir. Mövsüm başa çatdıqdan sonra bu məsələyə qayıdacağıq. Hollandiyaya qayıtmaq ehtimalım azdır.
rnrn"Tvente"yə dönəcəyini deyirsən. Reallığı nəzərə alsaq, orda oynamaq şansın, demək olar, yoxdur. Belə olan təqdirdə yenidən Azərbaycan klublarından birini seçəcəksən...
rn- Bilmək olmaz. Klub hansı komandaya verəcək, artıq bu orda müəyyənləşəcək. Hər şey ola bilər, həyadır. Mövsümün sonunu gözləmək lazımdır. Başqa varintlar olsa, yəqin onlara üstünlük verəcəm.
Başqa variantlar deyəndə, «Qəbələ»ni nəzərdə tutursan?
Niyə «Qəbələ»? Məgər başqa komanda olmaz ki...
Çünki hazırda daha çox mətbuatda «Qəbələ»yə keçidin müzakirə olunur. Baş məşqçi Toni Adams «Qarabağ»la oyunda səni izləmək üçün Suraxanıdakı stadiona gəlib...
rnrn- Mövsümün sonunda belə söhbətlərin dolaşması gözləniləndir. Bəlkə Toni Adams məni deyil, başqasının oyununu izləməyə gəlib? Hər şey ola bilər. Açığı deyim ki, «Qəbələ» rəsmiləri ilə nə görüşmüşəm, nə də danışmışam. Hələ şifahi şəkildə söhbət də aramızda getməyib. Ona görə də tələsmək lazım deyil. Mövsümün sonunda hansı komandaya keçəcəyimi siz də biləcəksiz.
rnrn«Bakı» həm çempionatda, həm də kubokda nəticə əldə edə bilmədi. Halbuki bu qədər transferlərin qarşılığında mövsümü titulsuz başa vurmaqla yanaşı, avrokuboklara da vəsiqə qazanmadı. Bu uğursuzluğu nə ilə izah edə bilərsən? Belə bir iddialı komandanın avrokuboklarsız qalmasının nə demək olduğunu təsəvvür edirsən?
rnrn- Hamı kimi, mən də üzülürəm. «Bakı» həmişə iddialılar arasında yer alıb, çempionluq uğrunda mübarizə aparıb. İndi komandamızı mükafatçılar sırasında görməyəndə, pis oluram. Kubokda mübarizəni dayandırmağımız bizə ikiqat zərbə oldu. «Xəzər Lənkəran»a qalib gələ bilərdik. Hər iki oyunda üstünlük bizim tərəfdəydi. O qədər qol vurmaq şansımız oldu ki... Lənkəranda da bəxtimiz gətirmədi. «Bakı»nı mən də avrokuboksuz təsəvvürümə gətirmirəm. Necə oldu ki, biz mövsümü titulsuz başa vurduq?.. İnanılası deyil... Əlbəttə, millinin bir üzvü kimi mənə çox ağır gəlir bu. Yeni mövsümü düşünmək lazımdır.
rn
Millidən söz düşmüşkən, Belçika ilə oyundan sonra baş məşqçi Berti Foqts sənə bir neçə irad bildirdi. Zəif oynamağından nəticə çıxarmamağın, məğlub olduğun matçdan sonra gülümsəməyin barədə...
rnrn- Belçikaya qarşı tək mən deyil, hamı zəif oynadı. Baş məşqçinin iradlarını qəbul edirəm. Tam formada olmadığım üçün ola bilsin, oyunum zəif alınıb. O ki qaldı gülməyə, bu, mümkün deyil. Əksinə, oyunum alınmadığı üçün əsəbi idim. Ona görə, əvəzlənən kimi birbaşa paltardəyişmə otağına getdim. Belçikaya böyük hesabla məğlub olduğumuza görə üzülürəm. Amma qarşıda oyunlarımız var. Mənə elə gəlir ki, bu seçmə mərhələdə uğurlu çıxış edərək, qrupda daha çox xal toplaya bilərik.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |