Neslihan Darnel voleybolu futboldan ağır idman növü sayır - MÜSAHİBƏ
Qadın voleybolçuların Yaponiyada keçirilən dünya çempionatının qalibi finalda Braziliyaya 3:2rn(21:25, 25:17, 20:25, 25:14, 15:11) hesabı ilə qalib gələn Rusiya yığması oldu. Bu, reytinq cədvəlində 7-ci olan şimal qonşularımızın 2-ci, keçmiş SSRİ-ni də nəzərə alsaq, 7-ci çempionluğudur. Türkiyə komandası isə tarixində növbəti ilki rəsmiləşdirdi. 6-cı yeri tutan türklərdən bu nəticəni heç kim gözləməsə də, Neslihan Darnelin lideri olduğu milli söz etdirdi. Roberto Karlos, Sesk Fabreqas, Fernando Torres, Haluk Ulusoy, Savaş Menteş, Hadisə kimi çoxsaylı futbol və şou-biznes ulduzlarıyla görüşmələrimiz olub. Neslihanı da çoxdan «hədəfə götürmüşdük». Aradıq, dəfələrlə zəng vurduq, «gördüm» deyən olmadı. Gah hansısa yarışda oldu, gah istirahətə getdi. Axır ki, israrımız bəhrəsini verdi...
rnrnBilirsizrnyəqin, artıqrnAzərbaycanda da güclü klublar mövcuddur. «Rabitə», «Bakı», «Azerreyl» və «Lokomotiv» dünyada tanınmış ulduzlarla anlaşıb. SizrndərnkaryeranızırnAzərbaycanda davam etdirməkrnistərdiz?
rnrn-rnPeşəkar idmançı kimi, təbii, hər zaman dəvətə açığam. Həmişərngüclürnklublarda oynamışam və karyeramırnda başladığımrnkimi davam etdirməkrnistəyirəm. Azərbaycanrnçoxrnsevdiyim, yaxından tanıdığımrnbir ölkədir. Nədənrnolmasın? Azərbaycandarnçıxış etməkrnmənərndərnxoşrnolar.
rnrnBurnanarnqədərrnhərrnhansırndəvətrnolub?
rnrn-rnXeyr. Hələ heç bir təklifrnolmayıb. Bundanrnsonra nə olacağını isə zaman göstərəcək.
rnrnTürkiyərnvərnAzərbaycanrnmillilərinirnnecərnmüqayisərnedərdiz?
rnrn- Bir-birimizə yaxın komandalar olduğumuzu düşünürəm. Oyun üslubumuz belə bənzərdir. Azərbaycan millisi ilə, ümumiyyətlə, bir neçə dəfə üz-üzə gəlmişik. Güclü komandanız var. Biz yalnız son bir ildə çox ciddi məsafə qət etdik, deyə, fikirləşirəm. Komandamız daha da gücləndi, güclülər içərisində seçildi. Son dünya çempionatı da Türkiyə üçün uğurlu sayıldı. İlk dəfə dünya çempionatında 6-cı yer tutaraq, voleybolumuzun tarixində ən yaxşı nəticəni qazandıq.
rnrnİki qonşu ölkənin klub səviyyəsində müqayisəsini verə bilərsinizmi? Hər halda, son illərdə «Azərreyl» və «Rabitə» bir neçə dəfə türk həmkarları ilə üz-üzə gəlib.
rnrn- Türkiyə və Azərbaycan çempionatlarının müqayisəsi... Azərbaycan liqi yeni yarandığı üçün hələ bir fikir bildirmək tezdir. Mən sualınıza məhz bu aspektdən cavab verə bilərəm: klublarınızın çox səviyyəli əcnəbi oyunçuları transfer etməsi bir gerçəkdir. Bunu mən də eşitmişəm. Dünya çempionatlarında oynayan, öz ölkələrinin millilərində uğurlu karyera quranlar Azərbaycana gəlirsə, çempionatın səviyyəsini təxmin etmək olar. Güclü klublar nə qədər çox olsa, ümumi səviyyə də artar, rəqabət güclənər. Sözsüz ki, bu halda milli də beynəlxalq arenada uğurlu çıxış edəcək.
rnrnBir müddət əvvəl «Bakı» futbol klubunun rəsmi internet saytına verdiyiniz müsahibədə komandanın azarkeşi olduğunuzu demişdiz...
rnrn- «Bakı»nı Tunc Afşarın sayəsində tanıdım. Ondan eşitdiklərim əsasında, «Bakı»nı sevdim və tərəfdarı oldum. Bu klubla yenə də maraqlanıram. Ötən mövsümdə titul qazandıqlarını və Avropaya çıxdıqlarını bilirəm. Ümid edirəm ki, qarşıdakı illərdə daha da uğurlu olarlar. «Bakı» Azərbaycanda dəstəklədiyim yeganə futbol klubudur.
rnrnBu klubda xeyli sayda türk mütəxəssis çalışır. Onlardan daha kimsəni tanıyırsız?
rnrn- Təkcə Tunc Afşarı tanıyıram. «Bakı»da həmvətənlərimin çalışmasından məmnunluq hissi keçirirəm.
rnrnTürkiyə futbol millisi oktyabrda Bakıda Azərbaycana 0:1 hesabıyla yenildi. Bu nəticə, bilirik ki, bütün Türkiyəni şoka saldı. Yəqin siz də bundan xəbərdarsız. O anda hansı hisslər keçirdiz?
rnrn- Nəticədən xəbərdaram. Futbolda hər şey olur. Azərbaycan millisini təkrar təbrik etmək istərdim.
rnrnHazırda Superliqada bir həmvətənimiz forma geyinir. Əvvəllər «Kayserispor» və «Kocaelispor»un heyətində çıxış etmiş Rəşad Sadıqov bu mövsümdən «Əskişəhərspor»un şərəfini qoruyur...
rnrn- Rəşadın adını eşitmişəm. Şəxsən tanımasam da, «Əskişəhərspor»da forma geyindiyini bilirəm. Axı mən də əskişəhərliyəm...
rnrn- Demək olar, bütün türkiyəlilər futbol azarkeşidir və ayrı-ayrı böyük klubların fanatıdır. Sizi də onlardan biri saymaq olar?
rnrn- Bir nömrəli komandam «Əskişəhərspor»dur. Bütün əskişəhərlilər «Əskişəhərspor»ludur (gülür). İstanbulda yaşadığım üçün İstanbul klublarıyla da yaxından maraqlanıram. Sualınızın ikinci hissəsinə gəlincə, qoy, onun cavabı məndə qalsın (gülür).
rnrnAzərbaycanda bir neçə türk futbolçu legioner həyatı yaşayır, bilirsiz?
rnrn- Yox, ölkənizdə kimlərin oynamasından xəbərim yoxdur.
rnrnHərənin bir fikri var. Futbolu idmanın «şah»ı hesab edənlər əksəriyyət təşkil edir. Sizcə, futbol, yoxsa voleybol daha çətin idman növüdür?
rnrn- Məncə, əlbəttə, voleybol! Futbol güclü zərbələrdən çoxlu istifadəyə görə hər nə qədər çətin görünsə də, səhvləri aradan qaldıran idman növüdür. Voleybolun hər anı isə bir saniyə içində görüb, düşünüb, qərar verib, atdığınız addımlarla doludur. Voleybolda güzəşt və xətaya yer yoxdur, hər an hər şey ola bilər.
rnrn- Bizə demək istədiyiniz son söz...
rnrn- Mənimlə maraqlandığınız üçün təşəkkür edirəm. Azərbaycanda olan bütün sevənlərimə salamlarımı çatdırın!
rnrn****
rnrn1983-cü ildə Əskişəhərdə anadan olub. Voleybola 1995-ci ildə Əskişəhər DSİ«Bentspor»da başlayıb. 1998-də «Yeşilyurt İstanbul»a transfer olub. Dörd il burada forma geyindikdən sonra 2002-də «Vakıfbank Güneş Sığorta»ya keçib. Bu klubla 2 çempionluq, 1 «Top Komandalar Kuboku» qazanıb və 2006-da Kannda Çempionlar Liqasının final oyunlarında forma geyinərək, növbəti mövsümdə İspaniyaya üz tutub. «Spar Tenerife Marişal»la 4-illik müqavilə bağlayıb. Maliyyə böhranı Neslihana Pireney yarımadasında 2 ildən artıq qalmağa imkan verməyincə, təkrar ölkəsinə dönüb. «Vakıfbank»da 1 mövsüm forma geyinib, son mövsümdə «Eczaçıbaşı»nın heyətində meydana çıxdı. Milli karyerasına 14 yaşında başlayan Neslihan yeniyetmələr və gənclərdən ibarət komandalara çağırılıb. Əsas seçmədə debütü 16 yaşında olub. Yaponiyada keçirilən son dünya çempionatının bombardiri adını qazanıb.
rnrn***
rnrnOndan eşitdiklərim əsasında, «Bakı»nı sevdim və tərəfdarı oldum. Bu klubla yenə də maraqlanıram. Ötən mövsümdə titul qazandıqlarını və Avropaya çıxdıqlarını bilirəm. Ümid edirəm ki, qarşıdakı illərdə daha da uğurlu olarlar. «Bakı» Azərbaycanda dəstəklədiyim yeganə futbol klubudur.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |