Qurban Qurbanov rəqibin nəyindən çəkinir? MÜSAHİBƏ
Sabah baş tutacaq “Metallurq”la Avroliqanın I təsnifat mərhələsinin cavab oyunu ilə bağlı b gün keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
- İstərdik ki, iki oyunun qalibi biz olaq. Ancaq rəqibin güclü olduğunu bilirik. İlk oyunda bunu hiss etdik. Bəlkə də, rəqib bizi daha yaxşı analiz edib. Çünki "Metallurq"a nisbətən biz daha çox Avropada çıxış etmişik.
İlk oyun bizim üçün asan olmadı. Cavab oyunun da çətin olacağını deyə bilərəm. Çalışacağıq ki, ikinci mərhələyə biz adlayaq.
- Daha çox standart vəziyyətləri məşq etdiniz. Bu nə ilə bağlı idi?
- Rəqib çempionatda standart vəziyyətlərdən daha çox qol vurub. Buna görə də, bunları daha çox məşq etdik.
- “Qarabağ” rəsmiləri və siz düşünürsünüzmü artıq “Qarabağ” Avroliqanın qrup mərhələsinə düşməlidir?
- İndidən özümüzü yükləməliyik. Çalışırıq ki, ildən-ilə daha yaxşı nəticələr əldə edək, daha sütəli futbol oynayaq. Hazırda fikrimizi sabahkı oyuna yönəltmişik. Nəticə tədricən özü gələcək.
- Futbolçuların durumu necədir? Admir Telinin məşq zamanıədələndiyini gördük.
- Tam istədiyimiz formada deyilik. Admir Telinin əl barağı zədələndi. Dırnağı ətdən qopdu. Sabah onun vəziyyəti haqda dəqiq biləcəyik.
- Sabah yəqin ki, rəqib daha çox hücum edəcək. Siz necə, daha çox müdafiədən oynayacaqsınız, yoxsa doğma meydanımızda hücum futbolu nümayiş etdirəcksiniz?
- Sabahkı oyuna rahat çıxmayacağıq. Başlıcası odur ki, hücumda olduğumuz anda müdafiə olunmağı da bacarmalıyıq. Rəqib bir qol vursa, daha rahat oynayacaq.
- Əvvəlki “Metallurq” indiki arasında nə kimi fərq var?
- Ən azından baş məşqçi dəyişikliyi var. Həm də oyun üslubu yaxşılaşıb. Təcrübələri artıb. Son 13 oyunda çempionatlarında məğlub olmayıblar və meydanı qolsuz tərk etməyiblər.
- “Qarabağ”da namaz qılan, oruc tutanların sayı çoxdur. Bu, sabahkı oyunda problem yaratmayacaq?
- Son vaxtlar Azərbaycanda namaz qılanlların sayı artıb. "Qarabağ"da isə azalıb. Son vaxtlar havalar çox da isti keçmir. Ona görə də, futbolçularımız üçün çətin olamayacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |