Con Pelu: "Çox gözəl ölkəniz var" - MÜSAHİBƏ
"Muğan"ın isveçli hücumçusu Con Pelunun klubun rəsmi saytına müsahibəsi - Son turlardakı oyunlarınızı necə xarakterizə edərdin? - "Gəncə" səfər oyunlar barədə nə deyə bilərsən? - MOİK-ə qarşı matçda son dəqiqələrdə vurduğun qolla komandaya qələbə qazandırdın. Bu matçla bağlı nə demək istərdin? - Komandaya son transfer mövsümündə qatılmısan. Komanda haqqındakı fikirlərini bilmək istərdik. - "Qəbələ" ilə oyunda hədəfiniz nədi? - "Muğan"da keçirdiyin ən yaddaqalan oyun hansı olub? - Kariyeranı "Muğan"da davam etdirmək istərdinmi? - Azərbaycan səndə hansı təəsüratları yaradıb?
- "Muğan" həqiqətən də son turlarda göstərdiyi stabil oyunla öz tərəfdarlarını yaxşı mənada sevindirir. Bunu oyun zamanı azarkeşlərin dəstəyindən hiss etmək mümkündü. İkinci "altılıq"da son oyunlarımızın hamısı kəskin mübarizə şəraitində keçib. Xüsusilə bu faktor son oyunlarımızda daha çox özünü biruzə verdi.
- İlk oyunumuzu səfərdə oynadıq. Hava şəraiti açıq futbol oynamağa imkan vermirdi. Topun küləyin təsirindən tez-tez öz istiqamətini dəyişməsi hər iki tərəfə problemlər yaradırdı. Ev oyunumuz daha maraqlı məcrada keçdi. Matçın müqəddəratını vurduğumuz erkən qollarla həll etdik. Oyunun ilk dəqiqələrində fərqlənmək imkanımız yarandı və daha bir qol vuraraq hesab arasında fərqi qoruya bildik.
- Bildiyiniz kimi bu oyuna gənc heyyətlə çıxmışdıq və buna baxmayaraq oyunda ərazi üstünlüyü bizim tərəfimizdə idi. Bu oyunda fərqləndiyim üçün şadam. Son dəqiqələrdə gələn qol həqiqətən komandamızı çox sevindirdi. MOİK açıq futbol oynayan komandadı və belə komandalara qarşı keçirilən oyunlar həmişə gərgin mübarizə şəraitində keçir.
- "Muğan"da həqiqətən çox mehriban kollektiv var. Komandanın bu tempdəki fəaliyyəti gələcək uğurlardan xəbər verir. Son oyunlara çox ciddi hazırlaşmışdıq və zəhmətimizin bəhrəsini gördük. Ümid edərəm ki, növbəti mövsümdə ilk altı komandadan biri olacağıq.
- Son oyunda hədəfimiz əlbəttə ki, qələbə olacaq. Bu qələbə bizi turnir cədvəlində 1 pillə irərilədə bilər. Bundan başqa mövsümə qələbə ilə yekun vurmaq istərdik. Son oyunda "Qəbələ"yə minimal hesabla məğlub olduq. Növbəti oyunun çox maraqlı olacağı düşünürəm. Ən azından hər iki komandanın meydana 3 xal üçün çıxacağını hiss etmək mümkündü.
- Məncə "Qəbələ"yə qarşı keçirdiyimiz oyunlar. İlk oyunda vurduğumuz erkən qolla hesabda önə keçdik və komanda çox aktiv oyun nümayiş etdirdi. İkinci oyundada ilk qol vuran tərəf biz olduq, lakin üstünlüyü qoruyub saxlaya bilmədik və bir neçə epizodda qol vurmağa yaxın tərəf idik. Düşünürəm ki, növbəti oyunda səhvsiz oynasaq qələbəni təmin edə bilərik. Komandamıza növbəti oyunda uğurlar arzu edirəm.
- Əlbəttə. Komandadan razıyam. Ancaq gələcək haqqında indidən nəsə demək düzgün olmaz. Müqaviləm bitənə qədər "Muğan"ın şərəfini qoruyacam. Əsas məqsədim komandaya faydalı bir oyunçu olmaqdı.
- İlk öncə qeyd edim ki, çox gözəl ölkəniz var. Burada özümü evimdəki kimi hiss edirəm. Buranın insanları çox qonaqpərvərdi və paytaxtınız çox gözəldi. Ailəm və mən burada qalmaqdan çox məmnunuq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |