Mahir Mədətov: "Mən "Portu"da qalmaq yox, "Barsa" və "Real"a keçmək haqda düşünürəm" MÜSAHİBƏ
Ölkə futbolunun ümumi və həll edilməsi çətin
görünən əsas problemi klubların aşağı yaş qruplarından əsas komandaya çox az
sayda futbolçunun çıxmasıdır. Ümumiyyətlə, elə komanda var ki, bu amil tamamən
məhrumdur. Amma "Bakı" klubu bu yöndə çox ciddi işlər görür. Klubun
prezidenti Hafiz Məmmədovun gördüyü işlər sayəsində bu komandadan bir neçə
azyaşlı təcrübə keçmək üçün "Atletiko", "Lans" və
"Portu"ya yollanaraq, oarada futbolun sirlərinə daha dərindən yiyələnəcək.
Bu arada isə "Portu" "Bakı"dan ilk transferini
reallaşdırdı. Bu isə "Bakı"nın 15 yaşı yarımmüdafiəçisi Mahir Mədətovdur.
Artıq "Portu"yla "Bakı" arasında bütün danışıqlar
yekunlaşıb və qalıb Mahirin Portuqaliyaya gedərək rəsmi müqaviləyə imza atması.
Mədətova uğurlar arzulayıb keçək müsahibəyə.
- Mahir salam, əvvəlcə səni
"Portu"ya keçdiyin üçün təbrik edirəm. Bu keçid necə alındı?
- Təbrikə görə təşəkkür. Bir müddət əvvəl
"Portu"nun skautları Bakıya gəlmişdilər. Onlar elə həmin vaxt mənim
oyunuma baxıb bəyənmişdilər. Sonra da təklif göndərdilər ki, o komandaya keçim. Bundan sonra danışıqlar oldu və
klubumuzun vitse-prezidenti Zeynal Məmmədov Portu şəhərinə gedərək orada
onlarla söhbət etdi. Elə orda danışıqlar başladı və müsbət nəticələndi.
- Hə, yəni bu keçid Zeynal müəllimin
Portuqaliyaya gedişindən sonra alındı?
- Əlbəttə. Mənim hələ o yaşım yoxdur ki, qarşı
tərəflə danışıqlar aparım. Özümdə razılıq verdim ki, söhbətimi məhz Zeynal müəllim
aparsın. Çünki ona inanıram və o, mənim üçün nəyin yaxşı, nəyin pis olduğunu
çox yaxşı bilir.
- Müqavilə neçə illik nəzərdə tutulub?
- Danışıqlar zamanı müqavilənin müddəti
konkret dəqiqləşməyib, amma bəribaşdan onu deyə bilərəm ki, böyük ehtimalla
uzun müddətli olmayacaq. Yaşım az olduğundan, uzun müddətli müqavilə bağlamaq
istəmirəm.
- Nə üçün belə yox?
- Çünki hər an daha yaxşı və nüfuzlu klubdan təklif
gələ bilər. Bundan sonra da daha yaxşı seçim imkanım olar, mən bunu qaçırtmaq
istəmirəm. Məhz bu səbəbdən də, istəyirəm müqavilə uzun müddətli olmasın.
- Axı "Portu" özüdə yaxşı klubdur?
- Bilirəmki yaxşı komandadır. Portuqaliyada ən
yaxşı sayılır və Avropada söz sahibi olan bir klubdur. Amma gəlin nəzərə alaq
ki, mən orda özümü yaxşı tərəfdən göstərə bilsəm, bəlkə daha sonra
"Real"dan, "Barselona"dan təklif aldım. O zaman isə "Portu" məni
havayı buraxmaz. Belə işləri də nəzərə alıram. Mən özümə inanıram və düşünrəm
ki, İspaniya və İngiltərə nəhənglərinin diqqət mərkəzinə düşmək üçün
"Portu" mənə trampilin rolunu oynaya bilər.
- Bu baxımdan səninlə razıyam, bəs
"Portu" buna razı olacaq?
- Məncə razılşşacaqlar. Çünki danışıqlar tamamilə yekunlaşıb, sadəcə müqaviilənin müddəti
qalıb və biz də onlara bildirmişik ki, bu, uzun müddətli olmayacaq. Bunu özləri artıq bilir. Böyük ehtimalla, ya
bir illik olacaq, ya da iki illik.
- İndi müqaviləyə imza atmaq üçün Portuya nə
vaxt səfər edəcəksən?
- Onu hələ dəqiq bilmirəm. Amma bu baş verməmişdən
əvvəl mən əsas komandanın təlim-məşq toplanışına qatılacam. Bir müddət buarada təcrübə qazanmaq istəyirəm.
Rəhbərlik də göstəriş verib ki, mən əsas komandaya cəlb olunum və orada məşqlərdə
iştirak edim.
- Bəlkə yeni gələcək baş məşqçi bunu istəmədi?
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |