Tahir Süleymanov: "Kubok bu dəfə "Neftçi"nin olacaq" MÜSAHİBƏ
Sabah Azərbaycan Kubokunun final oyunu keçiriləcək. Həqiqətən finala layiq oyun olmalıdır. Çünki tamaşanın baş rolunda ölkənin iki prinsipial tərəfidi - "Neftçi" - "Xəzər Lənkəran". Elə kubok oyunuyla bağlı fikirlərini öyrənmək üçün "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanovla danışdıq. Süleymanov da əminliklə bildirdi ki, kuboku bu dəfə əldən verməyəcəklər.
- Finalın adı bəllidir. Elə bu məqam oyuna
böyük maraq yaradır. Biz özümüz də "Xəzər Lənkəran"la oynamaq üçün
darıxmışıq. Yəqin ki, azarkeşlərimiz də darıxıb və futbol ictimaiyyəti də bu
oyunu maraqla gözləyir.
- 9 ildir "Neftçi" kuboka həsrət
qalıb. Bu məqam sizin komandada bir əngəl yaratmır?
- Söhbət təkcə kubokdan getmir. Biz kluba gələndə
"Neftçi" artıq 6 il idi çempion ola bilmirdi, yəqin ki, kuboku
almağın da vədəsi yetişib. Yəqin ki, biz buna da son qoyacağıq.
- Belə bir söhbət var ki, rəhbərlik
futbolçular qarşısında konkret şərt qoyub ki, nə olur olsun, kubok alınmalıdır.
Bu amil onları sıxa bilər?
- Bu fikirlə razılaşmıram. Təbii ki, hədəflər
bəllidir, amma bizdə elə bir ab-hava yoxdu. Bunu süni şəkildə yaratmağa
çalışırlar. Söhbət təkcə daxili çempionatdan da getmir. Biz Avropada da nəticə
qazandıq, amma heç kim inanmırdı ki, komandamız gedib qrupa düşəcək. Hazırkı
"Neftçi" elə səviyyədə formalaşıb ki, bu komandada stres deyilən bir
anlayış yoxdur. Bizim bu komanda tale yüklü bütün oyunlardan başıuca çıxa
bilib. Məncə artıq kubok oyununda da bu amil öz sözün deyəcək. Mühüm oyunları
necə oynamaq lazımdır, bu klub bunu yaxşı bilir.
- "Qızıl dubl"a söz verirsiz?
- Təbi ki, kubok bizim olacaq. Buna inanmasaq,
burada olmazdıq ki.
- Belə bir söhbət də var ki, "Xəzər Lənkəran"
"İkinci altılıq"dakı çempionat oyunlarında bilərəkdən zəif təsir
bağışlayıb, "Neftçi"ni aldatmaq üçün. İnanırsız buna?
- Heç bir klub "Neftçi"ni aldada
bilməz. Xüsusən də "Xəzər Lənkəran" kimi bir klubun belə hərəkət edəcəyinə
heç inanmıram. "Xəzər Lənkəran" bilərəkdən "firtınalar
meydanında" "Rəvan"a, AZAL-a uduzmağı özünə yaraşdırmaz məncə. Bəlkədə
məğlubiyyətlərə psixoloji cəhətdən bəraət qazandırmaq istəyirlər. Fərqi yoxdur,
hansı komanda qalib gələcəksə, qazanan Azərbaycan futbolu olsun. Təbi ki, biz
kuboku qazanaraq "qızıl dubl" etmək istəyirik. Amma əsas uğuru
Avropada qazanmaq lazımdır. Onsuz da hər iki komanda Avrokuboklara vəsiqəni təmin
edib, əsas iş orada görülməlidir. Nən öz komandamızla yanaşı, "Xəzər Lənkəran",
"Qarabağ" və "İnter"ə də Avrokuboklarda uğurlar
arzulayıram.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |