"Azərbaycanda yüksək səviyyəli futbolçular yetişəcək" - MÜSAHİBƏ
“Qəbələ”nin əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Deril Villardın “Qəbələ FK”ya verdiyi müsahibə -Ötən mövsümün bürünc mükafatçısı xeyli vaxtdır üçüncü pillədə qərarlaşıb. Hazırkı vəziyyət sizi qane edir? -Amma hər halda, komanda qarşısında hansısa vəzifə olmamış deyil... -Deyirsiniz ki, üzərinizə düşən vəzifələrdən biri də əsas komandaya layiqli futbolçular yetişdirməkdi. Bu mənada işlər necə gedir? - Yeri gəlmişkən, mayın 13-də Qəbələ Futbol Akademiyasının ilk buraxılışı olacaq. Akademiyanın bu mövsümdəki işini necə dəyərləndirirsiz? -Bu yaxınlarda Toni Adams bildirib ki, əvəzedicilərin heyəti akademiyanın üzvləri hesabına komplektləşdirilməlidi... - Mövsümün sonunda hansı dəyişikliklər olacaq? -Gələn mövsümdə neçə oyunçunuz əsas komandaya cəlb edilə bilər? -Deməli, onlar səviyyəli yerli və əcnəbi futbolçularla rəqabətə tab gətirə bilməyəcəklər? - Yerli gənclərlə işləmək sizə çətin gəlmir? - Deməli, gələcəyə ümüdlə baxmağına dəyər ?
- Əsas komandadan fərqli olaraq, “Qəbələ”nin əvəzedici heyəti birinci altılıqda mübarizəni davam etdirir...
- Mənim üçün bunun elə də böyük əhəmiyyəti yoxdu. Əsas məqsədimiz birinci komanda üçün yaxşı futbolçu hazırlamaqdı. Əvəzedicilərdən ibarət heyət Qəbələ Futbol Akademiyası ilə əsas heyət arasında əlaqələndirici rol oynayır. Futbolçularımız bu mövsümdə də özlərini yaxşı göstərə bildilər. Turnir cədvəlində üçüncü olmağımız futbolçularımızın məşqlərə və oyunlara peşəkar yanaşmasının nəticəsidi. Təbii ki, birinci altılıqda daha güclü futbolçulardan formalaşdırılmış komandalar oynayır. Bu baxımdan, ilk sıralarda olmaq bizim xeyrimizədi.
-Digər klublarla müqayisədə “Qəbələ”, ümümiyyətlə, başqa istiqamətdə inkişaf yolunu tutub. Komanda kimi birinci olmağa can atmırıq. Biz başqa komandalardan çox fərqlənirik. Ona görə də mənim üçün heç bir fərqi yoxdu komanda birinci yerdə gedir, yoxsa sonuncu.
- Mənim işim ondan ibarətdi ki, gənc fubolçulara texniki, taktiki və fiziki cəhətdən yaxşı hazırlıq keçim. Inanıram ki, növbəti mövsümlərdə əsas komandada yaxşı futbolçular görəcəyik.
-Artıq 10 aydı Qəbələdə işləyirəm. Birinci mövsüm mənim üçün daha çox tanışlıq xarakteri daşıyıb. Azərbaycan futbolu haqda bacardıqca çox informasiya toplamağa çalışmışam. Buna artıq nail olmuşam. Qəbələ Futbol Akademiyası ildən-ilə güclənir. Akademiya həm əvəzedici, həm də əsas komandaya güclü yerli futbolçular yetişdirib verəcək. Bu, gəlişi gözəl sözlər deyil. Bunu yaxın illərdə görəcəksiniz.
- Ümumiyyətlə, yaxşı nəticələr əldə etmək üçün bir qədər gözləmək lazımdır. Qəbələ Futbol Klubunda yaradılan struktur və görülən işlər yaxın gələcəkdə daha yaxşı futbolçu yetişdirəcəyimizə zəmanət verir. Akademiyamızın böyük potensialı var. Sadəcə, bir qədər səbrli olmaq lazımdı.
-Əslində, belə də olmalıdı. Heyətin qalan hissəsi isə əsas komandaya düşməyənlərdən və zədədən sonra oyun praktikasının yoxluğundan əziyyət çəkənlərdən təşkil olundu. Bu, ən düzgün variantdı. Növbəti mövsümda bu yolla getməyi planlaşdırırıq.
-Dəyişikliklər olacaq: 8-9 futbolçu ilə yollarımızı ayıracağıq. Daha yaxşı futbolçularla güclənəcəyik. Əlbəttə ki, akademiyamızın yetirmələrinin hesabına.
-Bu mövsümdə Tərzin Cahangirov və Fərid Haqverdiyev əsas komandaya cəlb edilib. Sərəncamımızda olan gənc futbolçular 2-3 ildən sonra əsas komandanın heyətinə düşə bilər.
- İndiki əvəzedici komandanın oyunçuları futbola daha erkən yaşlarından başlamalıydılar. Onlar düzgün futbol dərsi alsaydılar, indi rəqabətə davam gətirərdilər. Ona görə də bizi qarşıda xeyli çətin iş gözləyir.
- Yox. Çox tərbiyəli və böyük-kiçik yerini bilən futbolçularımız var. Öyrənməyə meyllidilər və potensiallarından maksimum faydalanmaq istəyirlər. Bu da çox vacibdi. Azərbaycan futbolunun yaxın gələcəyi indi futbol məktəblərində oynayan gənclərin əlindədi.
- Ölkədə kifayət qədər səviyyəli əcnəbi mütəxəssislər çalışır. Hər bir məşqçi ümumi işə öz töhfəsini verərsə, Azərbaycanda yüksək səviyyəli futbolçular yetişəcək. Bu, uzunmüddətli strategiyadı. Yaxın 10 ilə nəticəsini görə bilərik. Bunun üçün hər kəs inkişafa hazır olmalı və bir məqsəd üçün işləməlidi.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |