Syomin "Qəbələ"dən əsas nə tələb edib? MÜSAHİBƏ
"Qəbələ"nin baş meneceri Zaur Əzizovun Stadium.az saytına müsahibəsi:
- Mövsüm "Qəbələ" üçün daha əvvəlcədən
bitmişdi. Bu dəfə də titul qazana bilmədiz...
- Bizim üçün çox-çox uğursuz mövsüm oldu. Çox
böyük ümidlərə başlamışdıq. Erkən baş məşqçi dəyişikliyinə getməli olduq, əslində
bundan sonra da işlər yaxşı getməyə başlamışdı. Yəqin ki, bir şeylər düzgün
getmədi deyə komanda uğursuzluğa düçar oldu. Bu uğursuzluqdan sonra da Ramiz Məmmədov
komandada qalmaq istəmədi. Bəlkədə fikirləşdi ki, nəyisə dəyişmək ya mümkün
olmayacaq, ya da gecdir. Klub rəhbərliyi də onun istefasını qəbul etdi. Həmişəki
kimi yenə də ümid növbəti mövsümədir.
- Futbol üçün hər şey edirsiz, amma baş məşqçi
seçimində hər dəfə yanılırsız...
- (gülür) Ümid edirəm ki, bu dəfə düzgün seçim
olacaq.
- Gəlin razılaşaq ki, indiyə kimi gətirdiyiniz
məşqçilər komandanı böyük uğurlara daşıyacaq mütəxəssislər olmayıb?
- Qazanacaq deyəndə, indiyədək bizdə işləyən məşqçilərə
böyük ümidlər bəsləmişik.
- Yuri Syominin qarşısına konkret hansı məqsəd
qoyulub?
- Komanda heç vaxt nə çempion olub, nə
Avrokuboklara vəsiqə qazanıb. Təbii ki, Syomini çempion olmaq üçün gətirmişik,
amma mövsümün gedişindən aslı olaraq Avrokuboklara vəsiqə qazansaq, bunun özü də
"Qəbələ" üçün yeni tarix olacaq.
- Heyətdə çox dəyişiklik olacaq?
- Bunu daha əvvəlki baş məşqçilərimiz də təsdiqləyə
bilərlər ki, həmişə futbolçu seçimi onların əlində olub. Biz klub rəsmiləri
ancaq icraçılar olmuşuq. İşimiz onlara dəstək vermək, kömək etmək olub. Yeni
baş məşqçiylə də bağlı heç nə dəyişməyəcək.
- Syomin komandanı görüb. Çox futbolçu
yollayacaq?
- Bizə bildirdi ki, ciddi dəyişiliklər olacaq.
Bizə bildirdi ki, uğur qazanmaq üçün bunlar olmalıdır. Amma Syomin bizə raport
verməyib. Qarşıdakı günlərdə məlum olacaq ki, kimlər gedəcək.
- Ceyhun Sultanov da gecədək?
- Ceyhun Syomin görmədiyi futbolçulardan
biridir. Yəqin ki, onunla bağlı yerli köməkçiləriylə danışacaq.
- İddianız böyükdür. Vladimir Levin bu
komandaya lazım idi?
- Belə deyim də, Vladimir Levinin 29 yaşı var.
Millinin əsas futbolçularından biridir. Bizim komandadan fərqli olaraq "İnter"
çempion da olub, Avrokuboklara vəsiqə də qazanıb və bu uğurların hamısınd
Levinin böyük əməyi olub. Və bu
komandanın kaöitanı olub. Hər mövsüm ən azı 30 oyun oynayır və medalla başa
vurur. Milli komandada Rəşad Sadıqovdan sonra əsas mərkəz müdafiəçisi də Levin
sayılır, amma ictimaiyyət onun keçidini uğursuz hesab edir. Əgər belədirsə,
onda bu bizim yox, ölkə futbolunun problemidir. Çünki biz millinin ikinci ən
yaxşı mərkəz müdafiəçisini transfer edirik və tənqid olunursa, deməli, ölkədə
yaxşı futbolçu yoxdur.
- Səbuhi Səfiyarlını da komandaya gətirmisiz.
Onun işi konkret nə olacaq?
- Səbuhi uzun illərdir ölkə futbolunun içindədir.
Biz onu hələ "Neftçi"dən yaxşı tanıyırıq. O, komandada menecer kimi fəaliyyət
göstərəcək. Və Səfiyarlının da köməyindən, təcrübəsindən istifadə etməyə
çalışacağıq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |