Qurban Qurbanov Böyükağa Hacıyevin onu aldatdığını etiraf etdi MÜSAHİBƏ
"Qarabağ" mövsümü titulsuz başa vurdu. Ağdam təmsilçisi həm Premyer Liqada həlledici oyunda, həm də ölkə kubokunda "Neftçi"yə uduzaraq mövsümü titulsuz başa vurdu. İndi isə yayılan xəbərlərdə komandanın əsas futbolçularından olan Əfran İsmayılov "Bakı"ya keçir. Elə bu məsələlərdən danışmaq üçün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla danışdıq.
- Necə keçdi çempionat?
- İlk dövrədə hardasa bəzi çatışmazlıqlarımız
oldu. Yanvara kimi bəzi problemlərimiz oldu, oyun baxımından. Amma düşünürəm
ki, yanvardan sonra komandamız normal çıxış etdi, uğurlu mövsüm keçirdik. Yaxşı
oyun göstərdik, yaxşı da nəticələr əldə etdik.
- Çempionluq üçün nə çatmadı?
-
Çempionluq üçün deməzdim nəsə çatmadı. Sadəcə bəzi oyunlarda itirdiyimiz
yersiz xallar buna əngəl oldu. Bəzi anlarda oyunumuz alınmadı, bəzi oyunlarda
isə zədəlilərimiz çox oldu.
- Demək olar ki, əvvəlcə barıtın az qoyduz?
- Mövsümün əvvəlində bir neçə transfer etmək
istəyirdik, amma alınmadı. Bəziləriylə danışığımız alınmadı ki, bəzilərinin də
klublarıyla müqavilələri vardı. Dediyim kimi çatışmazlıqlarımız oldu, amma
sonradan hər şey qaydasına düşməyə başladı.
- Reynaldo Dos Santosun oyununu gec tapması da buna əngəl oldu, deyilmi?
- Mən elə düşünmürəm, amma düzdü, ilk günlərdə
bəzi adaptasiya prosesində çatışmazlıqlar oldu, ancaq tezliklə oyununu tapdı və
komandaya xeyir verməyə başladı. Komandaya uyğunlaşdı və istədiyimiz oyunu sərgilədi.
- Qışt ransferlərindən sonra kifayət qədər tənqid
olunduz. Çünki belə səhvlər edən deyildi axı. Bunlar sizdə problem yaratmırdı?
- Bizim almaq istədiyimiz futbolçular vardı,
amma alınmadı. Nəticədə biz 500 min dollarlıq futbolçular almadıq. Boş qalan
yerləri doldurmaq üçün Subaşiçi, Oparanı komandaya dəvət etdik. Və ən azından
onlar komandada böyük rəqabət yaratdılar və düşərgədə ab-hava tamamilə dəyişdi.
Onlar komandada boş oturmadılar, əldə etdiyimiz bir çox qələbələrdə, uğurlarda
bizə böyük xeyirləri də dəydi. Altı aylıq transfer siyasətimizə baxdıqda, biz
aldığımız futbolçulardan lazımınca yararlandıq.
- Çempionatda 3 dəfə "Neftçi"yə
qalib gəldiz, amma ən vacib oyunda uduzduz. Niyə bacara bilmədiz?
- Məncə artıq bu barədə deyiləcək, danışılacaq
bir şey yoxdur. Həmin oyuda məğlub olduq, amma futbolçularımdan tam razı
qaldım. Mən görürdüm ki, futbolçularım komandada bu oyundan qabaq necə həyacan
keçirirdilər. Mən deyərdim ki, "Neftçi" son oyuna sadəcə ustalığından
istifadə edərək vacib qələbə qazandı. Mən məğlub olduğum oyundan da razı
qaldım.
- Bir fikrim var: məncə udduğunuz üç oyunda
"Neftçi" daha yaxşı futbol sərgiləmişdi, amma udduqları oyunda zəif təsir
bağışlasalar da, qələbə qazandılar...
- "Neftçi" oynamadı desək düzgün
çıxmaz.
- Yəni siz onlardan daha yaxşı oynadız, amma uduzduz...
- Biz onlardan daha açıq oyun gözləyirdik.
Qarşılaşmanın nəticəsi bizim üçün daha çox vacib idi. Biz açıq futbol sərgiləsək
də, onlar birbaşa nəticəyə hesablanan futbol oynadılar və istədiklərini
aldılar.
- Böyükağa Hacıyev həmişə sizə açıq futbol təklif
edib, amma bu dəfə sizin də dediyiniz kimi, belə olmadı. Demək olar ki, Hacıyev
bu dəfə sizi aldatdı?
- Düzünə qalsa biz onlardan elə bunu gözləyirdik
də. Çempionatda və kubokda da bizə qarşı belə oynamışdılar. Komandamız bu cür
oyuna tam hazır idi. Belə olmasaydı, yarımmüdafiə xətti olduqca güclü olan
komandaya qarşı bu qədər real qol şansları yarada bilməzdik. Yaratdıq da, amma
istifadə edə bilmədik. Hrdasa düzgün də alınmışdı, sadəcə bəzi epizodlarda bəxtimiz
gətirmədi.
- Əfran İsmayılovun futbolçu kimi araya-ərsəyə gəlməsində sizin birbaşa rolunuz olub. İndi Əfran yəqin ki, "Qarabağ"dan "Bakı"ya keçəcək və artıq iki illik müqavilə də bağlayıb. Düzdümü bu?
- Deməzdim ki, artıq iki illik müqavilə
bağlayıb. Ola bilər danışıqlar və razılıq olub, amma müqavilə bağladığını
düşünmürəm. Buna baxmayaraq, Əfranla müqaviləni uzatmayacağıq.
- Bunun sırf maddi məsələylə bağlı olduğunu
demək olar?
- Bununla bağlamaq da olar, bağlamamaq da.
- Qarşıdakı planlarınız nədir?
- Hələlik bir dəyişikliklə bağlı planımız yoxdur. Bəzi oyunçularla danışığımız davam edir və onları komandaya dəvət edəcəyik. Yəqin ki, iki və ya üç futbolçu alacağıq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |