Sadıq Sadıqov: "Neftçi" meydanda da təkdir, gücünə görə də təkdir" MÜSAHİBƏ
Premyer Liqanın son turunda mükəmməl futbol sərgiləyərək "İnter" üzərində inamlı qələbə qazanan "Neftçi"ni ilk təbrik edən klubun prezidenti Sadıq Sadıqov oldu. Klub rəhbəri komandasını təbrik etdikdən sonra oyunla bağlı əməkdaşımızın suallarını cavablandırıb:
- Oyun göz qabağındaydı. "İnter"in
öz yolu, öz oyun üslübü var. Baş məşqçiləri çox yaxşı mütəxəssisdir və neçə illərdir
ölkəmizdə çalışır. Yaxşı komanda yarada bilib, amma biz bu gün bütün konponentlərdə
"İnter"i üstələdik.
- "Neftçi"dən belə üstün futbol gözləyirdiz?
- Siz özünüz də keçmişə nəzər salsaz görəcəksiniz
ki, "Nefçi" həmişə səviyyəli komandalara qarşı səviyyəli futbol sərgiləyir.
Nəticə barədə əvvəlcədən bir söz deyə bilməzdim, amma komandamın gözəl futbol sərgiləyəcəyinə
əmin idim. Xüsusən də hər iki komandanın yüksək səviyyəli futbol sərgiləyəcəyinə
inanırdım, amma "İnter" məni yanıltdı. "İnter" tamamilə
müdafiə futboluna üstünlük verdi. Onlar hücum futbolu barədə düşünsəydilər, bəlkə
də başqa hesab qeydə alınardı.
- Həyacan varıydımı?
- Var idi də sözdü, həddən artıq çox idi. Özüm
də tez həyacanlanan insanam. Komandama minnətdaram ki, bu gün gözəl futbolla
layiqli nəticə qazanıb bütün azarkeşlərini sevindirdi. İndi
"Neftçi"nin adı haqsız yerə olaraq bəzi layiq olmadığı yerlərdə, məsələlərdə
hallanır. Böyükağa Hacıyevin sözünə qüvvət, "Neftçi" təkdir. Doğurdan
da "Neftçi" təkdir. Bu günkü oyunla "Neftçi" bir daha göstərdi,
onu istəməyənlərə, adına haqsız yerə söz çıxardanlara da sübut etdi ki, tək
olaraq da çempion olmağa layiqik və bunu bacaracağıq. "Neftçi" tək
olaraq çempion olacaq.
- "İnter" üzərindəki qələbə
çempionluq yolunda işinizi asanlaşdırdı deyə bilərik?
- Bunu bəribaşdan demək olmaz. İndi
"Turan"la oynayacağıq. Bu oyunda da qələbə qazanıb "altılığ"a
lider olaraq girmək istəyirik. Bunu bacarsaq yalnız bir xal üstünlüyümüz olacaq
ki, bu da böyük şans demək deyil. İnanıram ki, bu cür oyunla liderə qalib gəliriksə,
digər komandalara qarşı da layiqli oyun göstərə biləcəyik. Bu oyunda oynanılan
və əldə olunan nəticə qarşıdakı qarşılaşmalarda futbolçularımıza psixoloji cəhətdən
də böyük kömək edəcək.
- Bayaq dediz ki, "Neftçi" meydanda
tək mübarizə aparır, bəs gücünə görə də təkdir?
- Əlbəttə. "Neftçi" meydanda da təkdir,
gücünə görə də təkdir. Mən həmişə hər bir klubumuzun uğuruna sevinmişəm, sevinəcəm
də. Amma indi bir çoxları bizim uğurlarımıza qısqanclıqla yanaşır. Bunu isə heç
cür başa düşə bilmirəm. Mən Allahdan arzu edirəm ki, Avroliqada, Çempionlar
Liqasının qrup mərhələsində təmsilçimiz olsun. Şərt deyil ki, biz olaq, əsas
odur təmsilçimiz olsun. Bu gün isə meydanda hər şey göz qabağında idi.
"Neftçi" öz oyunuyla göstərir ki, öz oyununu oynayanda
qarşısıalınmazdır.
- Kanales yenə qol vurdu...
- Kanales birdir də. Azərbaycanda onun kimi
futbolçu - hücumçu görürsüz? Görürsüzsə siz mənə deyin.
- Komandanız artıq zirvədədir...
- Biz iki ildir ki, bu həyacanı yaşayırıq. Bunu başa düşmək üçün lider olmaq lazımdır. İnşAllah, Allah ömür versə, hələ üç il də bunu yaşayacağıq.
Söhbətləşdi: Şahin
|
||||||||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |