Fariz Nəcəfov: “Artıq medal qazanmaq vaxtıdır”-MÜSAHİBƏ
rnrn
“Qəbələ” Futbol Klubunun vitse-prezidentirnFariz Nəcəfov “Qəbələ FK” qəzetinə ilk geniş müsahibəsində komandanın hazırkirndurumu və gələcək planlarla bağlı fikirlərini bildirib. Başa çatmaqda olanrnmövsümü dəyərləndirən klub rəsmisi yeni mövsümlə bağlı iddialı açıqlamaları ilərnyadda qalıb.
rnrnrnrn-rnArtıq çempionatın başa çatmasına bir neçə tur qalıb. Mövsümün yekunlarına dairrnfikirlərinizi bilmək istərdik.
rnrnrnrn- Bildiyiniz kimi, çempionata o qədər də uğurlu başlamadıq. Gözləmədiyimizrnhalda, ilk 4 matçda cəmi 1 xal toplaya bildik və təbii ki, bu nəticə komandaya pisrntəsir etdi. Lakin tezliklə toparlanaraq, iddiamızı ortaya qoyduq və həttarnmövsümün gedişində komandamız 12 məğlubiyyətsiz oyunlar seriyası əldə etdi.rnBununla belə, komandamızın növbəti uğursuz çıxışı çempionatın ən həlledici məqamınarntəsadüf etdi. Təəssüf ki, qış fasiləsindən sonra keçirilən ilk matçlarda futbolçularımız meydançada bacarıqlarını tamrnortaya qoya bilmədilər və nəticədə “ilk altılıq”dan kənarda qaldıq. Ammarndüşünmürəm ki, komandamız “ilk altılıq”da yer alan klublardan geri qalır.
rnrn-rnYəqin ki, komandanın çıxışı ilə bağlı baş məşqçi Toni Adamsla fikir mübadiləsirnaparılır...
rnrn- Təbii. Bizrnmövsüm başlamamışdan öncə Toni Adamsdan hər hansı nəticə istəməmişdik. Çünki,rnbaşa düşürük ki, Azərbaycan çempionatı ilə bağlı geniş təsəvvürləri olmayan birrnməşqçi komandamızın sükanı arxasındadır. Və belə olan halda Adamsdan çempionluqrnvə ya avrokuboklara vəsiqə qazanmağı tələb edə bilməzdik. Baş məşqçimiz də ilkrnmövsümdə futbolumuzla tanış olmaq istədiyini, ötən mövsümdən qalmış heyətirnciddi şəkildə dəyişdirməyi düşünmədiyini bildirmişdi. Əvəzində isərnavrokuboklarda ölkəmizi layiqli təmsil edəcək bir komandanın bünövrəsirnqoyulmalı idi. Eyni zamanda bizim üçün nəticə qədər önəmli olan digər bir məsələrndə klubumuzun, komandanın peşəkar şəkildə idarə olunmasıdır. Artıq əminliklərndemək olar ki, Toni Adamsın da təcrübəsindən yararlanaraq bu yolda çox ciddirnbir məsafə qət etmişik. Az öncə qeyd etdiyim kimi, bu mövsüm əsas hədəfimizrnnövbəti ildən avrokuboklara vəsiqə qazanan komanda yaratmaq idi və fikrimcə,rnartıq azarkeşlərimiz önümüzdəki çempionatda medallar uğrunda yarışacaq “Qəbələ”ninrnşahidi olacaqlar. Artıq 5 mövsümdür Premyer Liqada çıxış edən komandamızınrnmedal qazanmaq vaxtıdır.
rnrnrnrn
- Artıq bildiyimiz kimi,rnkomandamız heyətə yeni futbolçular cəlb etmək üçün fəaliyyətə başlayıb. Ümumiyyətlə,rnklubun transfer siyasəti barədə nə deyə bilərsiniz?
rnrn- Təəssüf ki, ölkəmiz səviyyəli futbolçularının çoxluğu ilə öyünərnbilməz. Bu da bizim işimizə maneə törədən amillərdən biridir. Çünki, çox istərdikrnki, komandamızda, ümumiyyətlə ölkə çempionatında yerli futbolçular əsas sözrnsahibi olsun. Düşünürəm ki, bunun üçün zamana ehtiyacımız var. “Qəbələ”ninrntransfer siyasətinə gəlincə, təbii ki, heyətə qatdığımız futbolçular məşqçilərrnkorpusunun istəyi ilə həyata keçirilir. Xüsusilə yerli futbolçularla bağlı bizrndə öz fikirlərimizi məşqçilər heyətinə bildiririk. Əcnəbilərə gəlincə, TonirnAdams komandamıza gələ biləcək potensial legionerləri daim diqqət mərkəzindərnsaxlayır və bu barədə bizə məlumat verir. Bəzi futbolçularla isə baş məşqçininrnistəyi ilə danışıqlar artıq başlanılıb.
rnrnrnrn
- “Qəbələ”rnartıq milli komandamızın üzvü Mahir Şükürovla müqavilə imzalayıb. Yığmamızınrndigər üzvləri də maraq dairəsindədirmi?
rnrnrnrn
- Ölkəmizin ən yaxşı futbolçularının millidə oynadığını nəzərə alsaq,rnsözsüz ki, hər bir yığma üzvü komandamızı gücləndirə bilər. Bu mənada digərrnklublarda çıxış edən seçmə komandamızın üzvləri ilə maraqlanırıq və yenilikrnolarsa, mətbuata bildirəcəyik. Mahir Şükürova gəlincə, onun keçidini komandamızrnüçün uğurlu hesab edirəm. Eyni zamanda Mahir də ona göstərilən etimadırndoğrultmalıdır. Hazırda ola bilsin ki, ideal formasından uzaqdır amma onunlarngörüşümüzdə də futbolçuya olan inamımızı bildirdik, hədəflərimizi açıqladıq.rnMahir da bizi əmin etdi ki, ona olan ümidləri doğruldacaq.
rnrnrnrn
- Gələn ay Toni Adamsın “Qəbələ”yərnbaş məşqçi təyin olunmasının bir ili tamam olur. Klub rəsmisi kimi, bu bir ildərnonun fəaliyyətinə necə qiymət verərdiniz?
rnrnrnrn
- Güman edirəm ki, Toni Adamsın işinin nəticəsini gələn mövsüm görəcəyik.rnBununla belə, Adams “Qəbələ” Futbol Klubunun inkişafında bu 1 ildə çox ciddi fəallıqrngöstərib. Klubumuz onun böyük futbol təcrübəsindən maksimum yararlanır. O özü dərnQəbələdə futbol işinin peşəkar səviyyədə qurulması üçün demək olar ki, fasiləsizrnçalışır.
rnrnrnrn
- Bu, Toni Adamsa əsasrnişinə mane olmur ki?
rnrnrnrn
- O, peşəkar məşqçidir, düşünmürəm ki, bu cəhətdən problem yaşasın.rnBizi sevindirən məqam Adamsın klubumuzun digər sahələrinində də yüksək səviyyəyərngəlməsində maraqlı olmasıdır.
rnrnrnrn
- Baş məşqçi köməkçisirnQari Stivens bizimlə söhbətində dedi ki, artıq gələn il onlardan nəticə tələbrnetmək olar. Klub rəsmisi kimi, deyə bilərsizmi, məşqçilərdən hansı nəticə tələbrnolunacaq?
rnrn- Sözsüz ki, çempionluq və ya kubok qazanmaq istəyindəyik. Ammarnkomandanın qarşısına qoyulan minimum vəzifə avrokubok yarışlarına vəsiqərnqazanmaqdır.
rnrn- Ötən il Toni Adamsın təqdimatırnzamanı klub üçün yeni stadion və bazanın tikiləcəyi elan edildi. Qeyd olunan idmanrnqurğularının inşası hansı mərhələdədir?
rnrnrnrn
- Yeni stadion və bazanın tikiləcəyi ərazi işə başlamaq üçün hazır vəziyyətərngətirilib. “Qəbələ” üçün stadion inşa edəcək şirkəti də müəyyənləşdirmişik. Ötənrnil elan etdiyimiz layihədə bir sıra dəyişikliklər edildiyindən, stadionunrntikintisi yubandı. Yəqin ki, ən yaxın vaxtda tikinti işlərinə başlanılacaq. İlkrnnövbədə akademiyamızın yerləşəcəyi inzibati bina və stadion təhvil veriləcək. Daharnsonra isə 13minlik tutumu olan əsas stadionun inşası başa çatacaq. Stadionunrnlayihələşdirilməsi, dizaynı və inşası ilə ayrı-ayrı şirkətlər məşğul olur.rnSeçdiyimiz şirkətlər “Çelsi”, “Everton”, “Mançester Yunayted” kimi dünyarnklubları ilə əməkdaşlıq edirlər. Eyni zamanda təbii ot örtüklü meydançalarımız hazırrnvəziyyətə gətirilir.
rnrnrnrn
- Sizcə, stadionun tutumurnbir qədər çox deyilmi?
rnrn- Bu gün üçün çox görsənə bilər. Amma unutmayın ki, biz stadionu,rnklubumuzda görülən fəaliyyətləri bu gün üçün yox gələcək üçün qururuq. Layihəyərnəsasən stadionun tutumunu bir qədər də artırmaq imkanı var və əminəm ki,rnkomandamızın göstərəcəyi nəticələrlə bu ehtiyac yaranacaq.
rnrnrnrn
- Tamaşaçılardan sözrndüşmüşkən, “Qəbələ” azarkeşlərinin sayını artırmaq üçün bu günlərdə yenirnaksiyaya da start verib...
rnrnrnrn
- Bəli, bir qədər əvvəl klubumuzun nümayəndələri təcrübə toplamaq məqsədilərnİngiltərənin “Şeffild Yunayted” Klubunda olublar. İngiltərə çempionatının ənrnböyük özəlliklərindən biri də budur ki, nəticədən asılı olmayaraq, matçlarrnzamanı azarkeş baxımından problem olmur. Klub nümayəndələrimiz bu ölkədə olarkənrnİngiltərə klublarının azarkeşlərlə iş prinsipləri ilə də tanış olublar və biz dərntədricən bu təcrübədən yararlanırıq. Artıq bu yöndə görülən işlərdən biri də “MəktəblirnFan Klubu”nun yaradılmasıdır və nəticələr bizi sevindirir.
rnrnrnrn
- Iki ildir fəaliyyətrngöstərən Qəbələ Futbol Akademiyası barədə nə deyə bilərsiz?
rnrnrnrn
- Qəbələdə yüksək səviyyəli Futbol Akademiyasının yaradılması klubrnprezidenti Tale Heydərovun şəxsi təşəbüssüdür. Bilirsiniz ki, akademiyaya tanınmışrnmütəxəssis Əli Yavaş rəhbərlik edir. Onun və başçılıq etdiyi məşqçilər korpusununrn gördüyü işlər bizi qane edir. Onlara güvənirikrnvə inanırıq ki, görülən işlər tezliklə bəhrəsini verəcək. Yeri gəlmişkən, bölgədərnfutbolun kütləviləşdirilməsi ilə bağlı ötən il bir layihəyə start vermiş vərnİngiltərədən iki mütəxəssis dəvət etmişik. Layihə uğurla fəaliyyət göstərir. Burnlayihə növbəti il daha geniş formada davam etdiriləcək.
rnrnrnrn
- Sonda başa çatmaqdarnolan çempionatla bağlı fikirlərinizi bildirərdiniz. Sizcə qızıl medalları hansırnkomanda qazanacaq?
rnrnrnrn- Hazırda “Neftçi”, “Xəzər-Lənkəran” və “Qarabağ” turnir cədvəlindərnilk üçlükdədir. Hər üçünün çempion olmaq şansı var. Təbii ki, rəqiblərini 6 xalrnqabaqlayan “Neftçi” çempionluğa daha yaxındır. Hansı komanda çempion olsa, özrnadımızdan onları səmimiyyətlə təbrik edəcəyik və ən önəmlisi Avropada layiqlirnçıxışını gözləyəcəyik.
Mənbə: Klubun mətbuat katibi Anar Hacıyev
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |