Bruno Bertuççi Böyükağa Hacıyevə qarşı çıxdı - MÜSAHİBƏ
"Neftçi"nin müdafiəçisi Bruno Bertuççinin "Stadium.Az" saytına müsahibəsi:
- Əvvəlcə "Neftçi"nin
Belqradda "Partizan"la oyununu dəyərləndirsən yaxşı olar...
-
Yaxşı oyun oldu. Avrokubokların qrup mərhələsində Azərbaycan futbol tarixi üçün
birinci oyun idi. Nəzərə almaq lazımdır ki, həm də evdə oynamırdıq. Bu oyuna
çox həvəsli idik.
- Baş
məşqçi oyundan sonra bildirdi ki, bu görüşdə siz iki xal itirdiz, bəs sən necə
düşünürsən?
- Mən
belə düşünmürəm. Çünki Avroliqada - özü də birinci oyunda oynamaq çox çətindir.
Düzdü, uda bilərdik və udmaq istəyirdik, amma bir xal da yaxşı nəticə
sayılmalıdır. Mən sevinirəm ki, səfərdə bir xal qazana bildik.
-
"Partizan"la oyunda hücuma daha az dəstək verdin, amma əvvəlki görüşlərdə
tam əksi idi...
-
Oyundan oyuna fərq var. Bu, oyundan aslıdır. Elə olur bunun üçün imkan yaranır,
elə olur yaranmır.
- Oyundan
qabaq "Partizan"ı analiz etmişdiz. Gözlədiyinizdən güclü çıxdılar,
yoxsa zəif göründülər?
- Məncə
rəqib biz düşündüyümüzdən daha güclü idi. Çox surətli oynayırlar, əvvəldən
axıra kimi təzyiq göstərdilər. Qısaca onu deyə bilərəm ki, çox ağır oyun oldu.
-
Qrupdan çıxmaq şansınızı necə dəyərləndirirsən?
-
Yalnız onu deyə bilərəm ki, qrupdan çıxmaq şansımız var. İkinci oyunumuz "İnter"ə
qarşı olacaq. Rəqib çox güclü və böyük komandadır. Bu oyundada hər şey ola bilər.
"İnter"i Bakıda uda bilsək, bəlkə də qrupdan çıxarıq.
-
"İnter" daha əvvəlki "İnter" deyil. Bu məqam sizə üstünlük
verir ki, rəqibi məğlub edəsiz?
-
Düzdü, Mourinyonun gedişindən sonra komandada düşüş var, amma bu komanda həmişə
güclüdür və Avropanın ən güclü klublarından biridir. Buna baxmayaraq, biz məsuliyyət
daşıyırıq, rəqibin adından çəkinməyərək qələbə qazanmaq üçün oynayacağıq.
-
Sizin üçün daha çətin rəqib "İnter"dir, yoxsa "Rubin"?
- Bilmirəm.
-
Amma "İnter" öz yerində "Rubin"i uda bilmədi...
- Sadəcə
onu deyə bilərəm ki, "Rubin" də çox güclü komandadır.
-
"Neftçi"yə gələndə Avroliqaya düşəcəyinizi düşünmüşdün heç?
- Bu,
mənim üçün bir məqsəd idi. Bura gələndə də bunu düşünürdüm. Buna da nail olduq
və daha artığını düşünməliyik.
-
Klubla 3 illik müqavilən var. Bu müddəti "Neftçi"də başa vuracaqsan,
yoxsa daha yaxşı təklif olsa düşünəcəksən?
-
Futbolda hər şey ola bilər.
-
Çempionatdakı durumunuz isə heç də yaxşı deyil...
- Məncə
hələ heç nə itirilməyib, çempionat yeni başlayıb. Sadəcə Avroliqadan sonra
yerli oyunları oynamaq, motivasiya olmaq həmişə bir qədər çətinlik yaradır.
-
"Neftçi"nin "Qarabağ"a uduzmasından sonra Ağdam klubunun
AZAL-a 6:2 hesabıyla məğlubiyyətini necə qarşıladın?
- Biz o qədər də güclü olmayan "Hapoel"ə 4:0 uduzmuşduq, futbolda belə olur. Daha məğlubiyyətləri düşünmək lazım deyil, ancaq qələbəyə köklənməliyik!
Vüsal BƏBİRLİ
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |