Qurban Qurbanov: "Onlara "bravo" deyirəm" MÜSAHİBƏ
"Qarabağ"ın baş məşqçisi Qurban
Qurbanovun Stadium.az saytına müsahibəsi:
- Arxada qalan dörd turu komandanız üçün necə qiymətləndirmək olar?
- Ümumi götürəndə, komandamızın çıxışından
razıyam. 4 oyunda qazandığımız 8 xal yaxşı göstərici sayılmalıdır. Çünki rəqiblərimiz
arasında "İnter" və "Neftçi" kimi güclü klublar da var.
Yaxşı oyunlar oldu. Ən azından yuxarı yerlərdə qərarlaşmışıq. Düzdü, biz "Rəvan"la
oyundan da 3 xalla ayrılacağımızı düşünürdük, amma bu, alınmadı. Oyun
başlayandan yaxşı qol imkanlarımız oldu, amma yararlana bilmədik. Belə
komandalara qarşı oyunlarda isə bunu dəyərləndirmək lazımdı. Buna baxmayaraq, yenə xallarımızın üzərinə bir xal da əlavə olundu, amma unutmamaq lazımdır ki,
bizdən əvvəl "Xəzər Lənkəran" və "Bakı" kimi komandalar da "Rəvan"ı
uda bilməmişdi.
- Yəqin ki, "Rəvan"la oyundan sonra
həmin görüşün videoyazısına baxdız. Nə gördüz, komandanın zəif cəhəti nədə idi?
- Belə deyək də, komandamda realizasiya və
ustalıq səviyyəsi çatmadı. Xüsusən də ön xətdə. Bəzi oyunçularımız - Əfran
İsmayılov, Vüqar Nadirov bu oyunda düşündüklərimizdən aşağı səviyyədə
oynadılar. Qara Qarayevin olmaması da öz sözünü dedi. Muarremi ortada oynatdım,
onun oyunu orada alınmadı. Çünki rəqib bizi yaxşı analiz etmişdi, ortanı yaxşı
bağlaya bildilər ki, bu da bizim oyun planımızı pozdu. Çatışmazlıqlarımız oldu,
amma çoxlu qol vəziyyətlərimiz də vardı, sadəcə yararlana bilmədik.
- Oyunun son bölümlərində Rəşad Sadıqovu
pleymeyker kimi oynatdız, amma bu onda alınmadı. Bunu bir daha yenə sınayacaqsız?
- Hər oyunda belə dəyişikliklər, yerdəyişmələr
ola bilər. Elnur Abdulov tez yoruldu, oyuna qoşula bilmədi. Sona yaxın gənc
futbolçu Kamili meydana buraxdım, Rəşadı təcrübəsinə görə önə çəkdik, hətta qol
da vura bilərdi. Belə şeylər yenə baş verə bilər.
- Oyun qurucusundan söz düşmüşkən, komandadan
gedən Rəşad Sadiqovun yeri görünür?
- Biz Rəşaddan başqa cür istifadə edirdik,
indi "Neftçi" ondan başqa cür yararlanır. Sadiqov çox yaxşı
futbolçudu, burada yaxşı günləri keçib. Elə "Neftçi"də də belə günləri
davam edir. Mən keçmişlə yaşayan məşqçi deyiləm, indi əlimizdə nə varsa, ondan
istifadə etməliyik.
- Həmişə millinin oyunundan sonra "Qarabağ"
çətin vəziyyətə düşür. Futbolçular özlərinə gec gəlirlər. Sizcə bu dəfə necə
olacaq?
- Bütün dünyada komandalar milliyə futbolçu
verir. Mənim üçün daha yaxşı olar ki, futbolçularım əlimin altında olsun və istədiyim
rəqibə istədiyim kimi hazırlaşım. Futbolçular millidən qayıtdıqdan sonra 3-4
gün vaxtımız olacaq. Çalışacağıq ki, bu vaxtan yaxşı yararlanıb, oyunlara istədiyimiz
kimi hazırlaşaq. Həm də AZAL-a qarşı oynayacağıq, çox ciddi rəqibdir. Mən
düşünmürəm ki, komandamda fiziki baxımdan problem olsun, sadəcə oyun quruculuğu
cəhətdən axsaqlarımız ola bilər.
- "Neftçi"nin tarixi uğuru barədə nə
deyə bilərsiz?
- Əlbəttə ki, "Neftçi" hamımızı
sevindirdi, onlara "bravo" deyirəm. Neçə il idi bu olmalı idi. Son
anda ya həddindən artıq güclü rəqibə qarşı düşürdük, ya nəsə başqa problemlər
ortaya çıxırdı və qrupa düşmək olmurdu. Həm də çempion olmağın üstünlüyü budur.
Qrupa düşmək üçün iki şansın olur, ən azından birindən yararlana bilsən, bəs
edir. Bu şansdan da "Neftçi" gözəl istifadə etdi. Mən baxdığım bütün
oyunlarda "Neftçi" çox gözəl oyun göstərib. "Neftçi"nin bu
göstəricisi Azərbaycan futbolu üçün böyük təkan olacaq. Həm milli, həm də digər
klublar üçün. Mən azarkeşlərin də bundan sonra stadiona daha çox gələcəyini
düşünürəm. Nadir hallarda Azərbaycana adlı-sanlı klublar gəlir, amma indi
"İnter" gələcək.
- Bakıda APOEL-lə 1:1 oynayan "Neftçi"dən
səfərdə belə oyun gözləyirdiz?
- Mən inanırdım. Məni tanıyan bir neçə insana
da demişdim ki, "Neftçi" səfərdə turu keçən tərəf olacaq. Çünki ilk
oyunda göründü ki, "Neftçi" rəqibini yaxşı analiz edib, oyununu tutub.
- Ən azından bir mütəxxəssis kimi fikrinizi
bilmək maraqlı olardı. Avropa Liqasının qrup mərhələsinə düşən "Neftçi"dən
əsas milliyə cəmi bir futbolçu dəvət olunub...
- Məncə mən bu işə qarışmasam, yaxşıdı. Nəzərə almaq lazımdır ki, "Neftçi"də ikən milliyə çağrılan Ruslan Abışov, Rail Məlikov komandadan ayrıldı. Məncə digər futbolçuları da çağıracaq, qarşıdakı müddətdə dəyişikliklər olacaq.
Ümid BABA
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |