Rəşad Sadiqov: "Bizə yeni qoşulan futbolçulara vaxt lazımdı" - MÜSAHİBƏ
"Neftçi"nin yarımmüdafiəçisi Rəşad Sadiqov dünən Avstriyada keçirilən Buxarest "Dinamo"su ilə oyundan sonra Stadium.az saytının əməkdaşına müsahibə verib.
- Reşad
salam, "Neftçi"nin Avstriya toplanışı necə keçir?
- Toplanışımız çox yaxşı keçir. Şükürlər olsun ki, hələlik heç bir problemimiz yoxdur, hər şey öz qaydasında davam edir.
- Ümumi
götürəndə düşərgədə ab-hava necədir?
- Ab-hava həqiqətən çox yaxşıdır. Hamı bir-birinə qarşı çox mehriban davranır. Tam səmimi deyə bilərəm ki, olduqca mehriban kollektivimiz var.
-
Keçirdiyiniz yoxlama oyunlarda heç də yaxşı nəticələr əldə etmirsiz?
- Bilirsiz necədir, yoldaşlıq oyunlarında hər bir nəticə qeydə alına bilər. Qalib də gəlmişik, məğlub da olmuşuq. Əsas odur ki, rəsmi oyunlarda uğurlu nəticələr qeydə alınsın.
- Hazırlıq
oyununda "Kuban"a uduzduz...
- "Kuban"a məğlub olmağımız həmin qarşılaşmada heç də pis oynamağımızla bağlı deyildi. Həmin matçın birinci hissəsində biz daha yaxşı oynadıq. Qol vurmaq üçün də bir çox şanslarımız oldu, amma yararlana bilmədik. İkinci hissəyə isə baş məşqçimiz 6 əvəzləmə ilə başladı. Fasilədən sonra meydanda əsasən gənc futbolçular vardı. Bu da istər-istəməz oyun planında axsamalara gətirib çıxardı. Nəticədə məğlubiyyətdən qaçmaq mümkün olmadı. Bu da oyunun gedişinə görə normal haldır.
- Bəs yeni
gələn futbolçular necə təsir bağışlayır?
- Bizə yeni qoşulan futbolçulara vaxt lazımdı. Onlar burada adaptasiya prosesini tam başa vurduqdan sonra hər şey əla olacaq. Çünki hamısı yaxşı futbolçulardır.
- Səncə
komanda Çempionlar Liqasına hazırdı?
- Məncə hazırdır.
- "Zestafon"ini keçə
biləcəksiz?
- İnşallah "Zestafoni" səddini keçərik. Onlara zəif gözüylə baxmaq lazım deyil, kifayət qədər ciddi komandadırlar. Hər şeyə ayın 24-ü aydınlıq gələcək. Ümid edirəm ki, o zaman sevinən tərəf biz olacağıq.
- Avroliqada
ilk oyunları keçirən "Bakı", "Xəzər Lənkəran" və
"İnter"in əldə etdiyi nəticələr barədə nə deyə bilərsən?
- Mən Avroliqada çıxış edən hər üç klubumuza inanıram. Ümid edirəm ki, hər üçü turu keçəcək. Düzdü, "İnter" işi bitirib, qalıb digər iki klubumuz. Onlar da səfərdə yaxşı nəticə qazanıb turu keçərlər.
- İlk
oyunlardan fərqli olaraq Buxarest "Dinamo"su kimi güclü klubu iki
cavabsız qolla məğlub etdiz...
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |