Naci Şensoy: "Azərbaycan millisini çalışdıracam" - MÜSAHİBƏ
"Turan" klubunun keçmiş baş məşqçisi, hazırda Albaniya çempionatında çıxış edən "Bylis"in çalışdırıcısı olan Naci Şensoyun "Stadium.az" saytına müsahibəsi
- Naci bəy salam. Necədir İşlər?
Çox sağolun, işlər yaxşıdır. Dünən Türkiyəyə gəlmişəm
və hazırda İstanbulda evimdə dincəlirəm. Çünki buna ehtiyacım var. Albaniya
liqasında çox çəkişməli və dinamik oyunlar oynanılır. Orada liqada 14 komanda
var, son iki komanda aşağı dəstəyə düşür, onların üstündə olan daha 3 komanda
isə pley-off oynayırlar. Mənim çalışdırdığım komanda "Bylis" çox
kiçik büdcə ilə liqanı 6-cı tamamladı. Bu da bu komanda üçün böyük uğur
sayılır. Çünki komandam iki ildir ki, əsas çempionatda çıxış edir.
- Orada özünüzü necə hiss edirsiz?
Albanlar burada məni çox yaxşı qəbul edirlər. Alban
dilini bilməyim də mənə daha çox kömək olur. Mən peşəkarlığa alışqan bir
adamam. Bu mənim çalışdığım 5-ci ölkə olur - Türkiyə, Azərbaycan, Bolqarıstan,
Serbiya və Albaniya. Burada çox qısa zamanda özümü göstərdim və Albaniya milli
komandasını çalışdırmağa əsas namizədlərdən biri idim, amma son anda olmadı,
italiyalı məşqçi ilə razılaşdılar. Olsun, milli komandaya namizəd olmaq özü mənim
üçün böyük qürurdur. Çünki türk futbol tarixində xarici ölkə millisini
çalışdıran hələ heç bir türk məşqçisi yoxdur.
- Albaniya
futbolu sizi sıxmır?
Yox, çünkü Albaniya futbolunun səviyyə baxımından Azərbaycana
yaxın olduğunu düşünürəm. Çempionatda 14 komanda olduğu üçün çox maraqlı
qarşılaşmaların şahidi oluruq. Azərbaycanla müqayisədə burada oyunlar daha sərt
keçir. Ölkə İtaliyaya yaxın olduğu üçün də müdafiə futboluna üstünlük verirlər.
Yuxarıda qeyd etdiyim kimi, oynanılan pley-off oyunları da çempionata böyük rəng
qatır. Bir şeyi unutmayın ki, Albaniya millisində oynayan bir neçə futbolçu
İtaliya A seriyasında çıxış edir, amma Azərbaycan yığmasının Avropada oynayan
futbolçusu yoxdur.
- Komandada böyük iddia yoxdur, bu amil işinizə necə təsir edir?
Çalışdırdığım "Bylis" komandası Azərbaycandakı
"Turan" klubuna çox oxşayır. Necə ki, o komandanı götürüb Premyer
Liqada saxladımsa, bunu da qəbul edib yüksək yerlərə daşıdım. Köhnədən bu
komandanın eyni "Turan" kimi uğurları olub və avrokuboklarda belə
oynamış, amma uzun zaman öncə əsas liqanı tərk ediblər. İki ildir Super
Liqadadırlar. Rəhbərlik məndən komandanı Super Liqada saxlamağı istədi, mən isə
6-cı etdim. Bundan sonra klub rəhbərliyi mənə 3 illik yeni müqavilə təklif etdi
ki, komandanın köhnə uğurlarını yenidən onlara yaşadım. Amma müqavilə bağlamağa
tələsmədim, bir az dincəlmək istədim. Ola bilsin ki, yeni mövsümdən də bu komandada işmi davam
etdirdim. Çünki məni orada çox sevirlər.
- Azərbaycan
futbolunu izləyirsizmi?
Azərbaycan futbolunu daimi olaraq internetdən izləyirəm.
Eləcə də dünya futbolunu. Azərbaycan çempionu "Neftçi" oldu, mövsüm
boyu çox stabil oyun nümayiş etdirdilər və məncə buna layiq idilər. Kubokun
finalında isə "Bakı" çox gözəl oyun göstərərək qələbə qazandı. Hər
iki komandanı təbrik edirəm və Avropada onlara uğurlar arzulayıram. "Bakı"ya
gəlincə, mən bu komandanı tanıyandan, onlar həmişə məşqçi seçimində səhv edirlər.
Buna görə də 2-3 ildir mövsümü boşuna yola verirlər. Mən "Qarabağ"ın
çıxışına üzüldüm, onlar uğurlu ola bilmədilər. Çox bəyəndiyim Qurban Qurbanov
ötən illərdəku uğuru bu dəfə təkrarlaya bilmədi. Demək ki, rəhbərliklə bir yerdə
planlamalarda səhv ediblər. Mənim fərqim budur. Naci Şensoy ötən mövsüm
"Turan"ı "Simurq"dan 9 xal öndə saxladı. Amma bu dəfə
onların vəziyyəti göz qabağında idi. Bir atalar sözü var: İcara olunun işin
danışdığı yerdə, kəlmələr susar.
-
"Neftçi"nin çempion olmasını necə qiymətləndirirsiz?
"Neftçi" Azərbaycan futbolunun
flaqmanıdır. Yuxarıda da qeyd etdiyim kimi, il böyu stabil oyun sərgilədilər.
Prezidentləri Sadıq Sadıqov günün 24 saatı komandanın uğuru üçün çalışdı. Tahir
Süleymanovun da nəyə qadir olduğunu çox yaxşı bilirəm. Birlikdə güclü komanda
yaratdılar, səviyyəli əcnəbi oyunçular gətirdilər və il boyu kluba yüksək səviyyədə
rəhbərlik etdilər. Xüsusən də Azərbaycan üçün böyük təcrübəsi olan məşqçi gətirdilər.
Nəticədə doğru görülən bu işlər komandanın çempion olması ilə başa çatdı.
- Azərbaycan
çempionatının
hazırkı səviyyəsi barədə
nə deyə bilərsiz?
- Azərbaycan futbolunda inkişaf yoxdur demək düzgün olmaz.
Özünüz də bilirsiz ki, Azərbaycanda çalışan ilk əcnəbiyəm. Düz 12 il əvvəl
"Turan"ı çalışdırmaq üçün ora getdim. O zaman Azərbaycan futbolu pis vəziyyətdəydi.
Meydançalar bərbad, bazalar yox idi, rəhbərlər pul xərcləməyə maraqlı deyildilər.
Amma prezidentiniz İlham Əliyevin futbola əl atması ilə hər şey dəyişdi. Əvvəlcə
güclü sponsorları futbola cəlb etdi. Bununla da hər şey yaxşılaşmağa başladı.
Yeni bazaların, stadionların inşasına başlanıldı, futbolçuların çalışma yerləri
normal vəziyyətə düşdü, əcnəbi məşqçi və futbolçular gəldi, səviyyə yüksəlməyə
başladı. Yoxsa Azərbaycan millisinin Türkiyəni yenməsini, "Qarabağ"ın
3 il dalbadal Avropa Liqasında "pley-off" oynamasını necə izah etmək
olardı? Unutmayın ki, 25 il əvvəl Türkiyə də sizin vəziyyətinizdəydi. Onlar
düzgün yatırımlar və səbirlə buraya gələ bildilər.
- Yenidən Azərbaycanda
işləmək barədə düşünürsüzmü?
Azərbaycanda ayrı-ayrı illər ərzində üç dəfə "Turan" klubunda çalışdım. Və Azərbaycan mənim ikinci vətənimdir. Rəhmətlik AFFA prezidenti Ramiz Mirzəyev mənim Azərbaycan millisini çalışdırmağımı çox istəyirdi, amma bunun üçün ömrü yetmədi. Təəssüflənmirəm, Azərbaycanı çox sevirəm, bir gün bu istəyimə nail olacam və Azərbaycan millisini çalışdıracam. Hazırda Albaniyada məndən çox razıdırlar və mənə uzun müddətli müqavilə təklif ediblər. Amma mən tələsmirəm, əgər Azərbaycandan yaxşı bir klubdan təklif alarsam, mütləq qəbul edərəm. Orada həmişə uğurlu çalışmışam, gedərsəm, yenə uğur qazanacağıma əminəm. Bundan heç kəsin şübhəsi olmasın. Çünki Azərbaycan futbolunu çox yaxşı bilirəm. Sonda Azərbaycan idman mediasını ürəkdən salamlayıram, Allaha emanet olun.
Söhbət etdi: Ümid BABA
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |