Güloğlan Cabbarov: " Mənimlə döyüşə çıxmağa belə cəsarət eləmirdilər" - MÜSAHİBƏ
Azrbaycan idman aləmində onun təqdimata ehtiyacı yoxdur. Güloğlan Cabbarov demək kifayət edər. Amma...
- 1976-cı il iyulun 14-də Naxçıvan
Muxtar Respublikasının Şərur rayonunun Düdəngə kəndində anadan olub.
- Bakı Dövlət Universitetinin Hüquq
fakultəsinin məzunudur.
- 3 dəfə kinq-boksda Azərbaycan
çempionu.
- 3 dəfə kinq-boksda dünya çempioni, 2 dəfə
finalçı
- 1 dəfə uşu-sandada dünya çempionu
- 1 dəfə uşu-sandada Azərbaycan çempionu
- 1 dəfə boksda Azərbaycan ikincisi
- 1 dəfə boks və kinq-boksda Rusiyada
keçirilən beynəlxalq turnirin qalibi
- 1 dəfə kinq-boksda avropa üçüncüsü
- Kinq-boks federasiyasında
vitse-prezident kimi Azərbaycan millisi ilə komanda hesabında dünya ikincisi.
- İdam direktoru kimi "Neftçi"
ilə Azərbaycan çempionu.
...bunları diqqətinizə çatdırmalı idik.
Qısası, "Maraqlıdır" rubrikasının
qonağı Kinq-Boks Federasiyasını vitse-prezidenti, "Neftçi" klubunun
idman direktoru Güloğlan Cabbarovdur.
- Məni lap əvvəl də, hamı Naxçıvanda
idmançı kimi tanıyırdı. Yəni uşaqlıqdan idmana marağım böyük olub. 1998-cı ildə
Bakıya gəldim. Buna kimi də həmişə əl və ayaq döyüş idman növləri ilə məşğul
olurdum. Yaxınlar da təkid edirdilər ki, buna peşəkar səviyyədə yanaşım,
yarışlara çıxım, özümü göstərim. Amma hər dəfə bir əngəl çıxırdı, yarışa çıxa
bilmirdim. Axırda 2000-ci ildə konkret qərara gəldim ki, Respublika
çempionatında çıxış edəcəm. 2000 - 2001-ci illərdə Respublika çempionatında
uğurlu çıxış elədim. O vaxtlar Rasim, Elnur vardı, dünya çempionu idi Rasim.
Soyadlarını unutmuşam, amma çox güclü idmançılar idi. Amma məndə böyük inam var
idi. Bu da özünü doğrultdu. Respublika çempionatındakı ilk yarışımda bütün
döyüşləri nokautla uddum. Həmin illər hamı mənim gücümü gördü, məndən danışmağa
başladılar və prestijim qalxdı.
- Bundan sonra kinq-boksda neçə dəfə ölkə
çempionu oldun?
- O döyüşdən sonra ard-arda 3 dəfə ölkədə
birinci oldum. 91 kq çəki dərəcəsində bütün rəqiblərim mənimlə döyüşməyə
ehtiyat edirdi. Hətta mənimlə döyüşə çıxmağa belə cəsarət eləmirdilər.
- Ölkədən kənardakı uğurların necə gəldi?
- Xaricdə ilk dəfə Rusiyada beynəlxalq
turnirdə iştirak elədim və ikinci oldum. Ardınca 2002-ci ildə Avstriyada
keçirilən dünya çempionatına getdim, orada da üçüncü oldum. Daha sonra kinq-boksda
bəzi problemlər çıxdı. Rəhbərliklə aramızda problemlər yaşandı və buna görə bu
idman növündən ayrılmalı oldum.
- Mən biləni, bundan sonra kinq-boksu
boksla əvəzlədin?
- Hə, elə oldu. Bir-iki il də burada
özümü sınadım, uğurum da oldu. Rusiyada beynəlxalq turnirin qalibi oldum.
Respublika çempionatında ikinci oldum. 2004-cü ildə Hərbiçilərin Olimpiadasına
qatıldım. Burada da zədə üzündən yarımfinalda döyüşə çıxa bilmədim.
Bundan sonra da Uşu Sandoya keçdim.
Burada 2007-ci ildə dünya çempionu oldum. 2008-ci ildə isə kinq-boksa yenidən
qayıtdım və dünya çempionu oldum. Daha sonra elə oldu ki, məsləhət gördülər, kinq-boks
federasiyasının vitse-prezidenti olum. Məndə razılaşdım. Çünki bütün titullara
sahib çıxmışdım, artıq gəncləri hazırlamağın vaxtı idi.
- Necə düşünürsən, kinq-boksda müəllim
olsan yaxşı olardı, yoxsa vitse-prezident yaxşıdı?
- Müəllimlik daha yaxşı olardı. Amma
burada bir məsələ var ki, kinq-boks Olmpiada idman növlərindən sayılmır. Buna
görə də, maraq azdır. Amma vitse-prezident olduğum müddətdə böyük uğurlar
qazandıq. Komanda hesabında dünyada ikinci sıraya qalxdıq, Avropa Çempionatını
Bakıda kemirməyə nail olduq. Yəni az uğurlar qazanmamışıq. Günü-gündən qabağa
getmişik.
- Peşəkar səviyyədə məşğul olduğun idman
növlərindən sənin üçün ən çətini hansı oldu?
- Hamısı döyüş növüdür, hamısı çətindir.
Fərq eləmir hansı idamn növündəsən, əsas odur ki, o idmanı sevəsən. Mən də bu
döyüş növlərini sevmişəm. Siz inanmayacaqsız, amma mən, lap əvvəl futbolçu idim.
Hətta Naxçıvan çempionu da olmuşam. Blakada olduğundan, 1994-95-ci illərdə
Türkiyəyə, İrana futbol yarışlarına getmişəm.
-
Avropada uğurun olmayıb?
- Avropada üçüncülüyüm var.
- Bu qədər uğur qazanmısan, bunlardan ən
yaddaqalanı hansı olub?
- 2007-ci ildə qazandığım uşu-sanda və
2008-ci ildə əldə elədiyim kinq boksda dünya çempionu olmağım mənim üçün ən
böyük uğur idi.
- Bəs səni ən çox üzən döyüş?
- 2009-cu ildəki dünya çempionatında
final döyüşüm. Yarımfinalla final döyüşü bir gündə keçirilirdi. Rəqib məndən əvvəl
döyüşmüşdü. Yarımfinalı uddum və sonra çoxlu maye qəbul elədim. Bir saatdan
sonra da döyüş idi. Bunlar bilmədən olmuşdu. Bu da mənə baha başa gəldi.
Finalda rəqibim üzərində böyük üstünlüyüm vardı, amma üçüncü raunddan sonra
yoruldum. Qəbul elədiyim həmin maye məni yordu. Düzdü, sona qədər döyüşdüm,
amma sonda xal hesabında uduzdum.
- Döyüş növlərində bu qədər uğur və
sonra futbola gəldin. Necə alındı?
- Mən BDU-nun hüquq fakultəsinin məzunuyam.
Elə oldu ki, il yarım əvvəl burada işləməyim ortaya çıxdı. İşimlə bağlı Sadıq
müəllimə müraciət etdim, dedim, öz sahəmdə çalışmağımda mənə kömək olsun. O
vaxt da klubda hüquq şöbəsi boş imiş. Sağ olsun, mənə dedi, qəbul etdim.
Futbola əsil işimlə başladım, hüquqla. Daha sonra isə idman direktoru vəzifəsinə
təyin olundum. İndi burada iki işi yerinə yetirirəm. Allaha şükürlər olsun ki,
gəldiyim gündən uğurlar qazanırıq.
- Hara gedirsən, çempion olursan...
- Yəqin ayağımız yüngüldür. Komanda şəklində
çempion olmaq üçün ailədə bir birlik olmalıdır. Bunsuz uğur qazanmaq mümkün
deyil. Məsələn, "Xəzər Lənkəran", "Qəbələ",
"Bakı", hər cür şəraitləri, potensialları var, amma uğur qazana
bilmirlər. Demək ki, orada bir hüzursuzluq, xoş olmayan işlər var.
- Sənə elə gəlmir ki, futbolda çempion
olmaq döyüş növlərində çempion olmaqdan çətindir?
- Həqiqətən elədir. Futbol böyük idman
növünə çevrilib. Bütün dünya futolla nəfəs alır, futbolla yatıb dururlar.
Futbol gözəl idman növü və xoşbəxtlikdir. Bu da bir idman növüdür.
- 4 idman növündə böyük uğurlar qazanmış
bir idmançı, döyüşçü və ya bir insan kimi gənclərə nəyi məsləhət görərdin?
- İndi televizoru açırıq kriminal, pis
işlər nə bilim, nələr görürük. Ölkədə tanınmış bir idmançı kimi bütün
qardaşlara məsləhət görərdim ki, yaxşı işlərlə məşğul olsunlar. İdmana, səmərəli
işlərlə yönəlsinlər ki, sağlam mühitdə böyüsünlər. Cənab prezidentə də bir daha
minnətdarlığımızı bildirirəm ki, gənclərə idmanla məşğul olmaq üçün hər cür şərait
yaradıb.
|
||||||||||||||||||||||||||||||||||||||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |