Rail Məlikov: "Neftçi"də kapitan olmağı ağlıma gətirmirdim" - MÜSAHİBƏ FOTOLENT
Stadium.az saytında "Ekstra Taym" rubrikasının ikinci qonağı "Neftçi"nin kapitanı Rail Məlikovdur. Milli komandanın da şərəfini qoruyan Məlikovla səmimi söhbəti diqqətinizə çatdırırıq:
(TƏŞKİLATİ DƏSTƏK DİALOQ VƏ İNKİŞAF FONDUNA MƏXSUSDUR)
- Rail Məlikov kimdir?
- Rail Məlikov sadə insandır. Hamı kimi sadə,
özündən razı olmayan bir insan.
- Futbola olan marağınız necə yarandı?
- Böyük qardaşım var, Allah bütün qardaşları
saxlasın. Mən uşaq olanda onlar futbola gedirdi, hər gün futbolla məşğul
olurdular. Mən də həmişə onların məşqlərinə gedib baxırdım. Beləliklə məndə də
həvəs yarandı və 11 yaşımda futbola getməyə başladım.
- Ailəniz sizin futbola başlama və davam
etdirməyinizə dəstək oldumu?
- Təzə-təzə gedəndə dəstək olmurdular. Mən
7-ci sinifə kimi əlaçı olmuşam. Rüb qiymətlərimdə həmişə 2 dənə 4 olardı,
qalanları 5. Futbola başladıqdan sonra 8-ci sinifdə o dördlər üçlə əvəz olundu,
beşlər dördlə. Həm də o vaxtlar vəziyyət çox çətin idi. Yol uzaq idi, gedib gəlmək
elə də asan deyildi. Bu səbəblərə görə evdəkilər razı deyildilər. Bir təhər, axırda
onları razı saldım.
- "Neftçi"də futbol
karyeranız necə davam edir?
- Allaha şükür, hər şey yaxşıdı. Bura
gələndən sonra çempion olmağı çox arzulayırdım ki, buna da nail oldum.
- "Neftçi" Azərbaycanın ən böyük və
köklü futbol klubudur. Bu komandada futbol oynamaq və kapitan olmaq necə bir
duyğudur?
- Uşaqlıqda hamının arzusu bir gün "Neftçi"də
oynamaq olub. Mən də bu arzu ilə böyümüşəm. Belə bir klubda kapitan olmaq çox şərəfli
bir vəzifədir. "Neftçi"də oynamağı həmişə arzulamışam, amma kapitan
olmağı heç vaxt gözləmirdim. Məni bu yerə layiq görənlər çox sağolsun.
- "Neftçi" klubunda ən sevdiyiniz
futbolçu kimdir?
- Hamını çox istəyirəm. Biz sadəcə komanda
deyil, həmçinin bir ailəyik. Başqa bir
klubda oynasaydım, "Neftçi"də
sevdiyim birinin adını çəkə bilərdim, amma indi hamı bir biri ilə qardaşdır.
Birinə deyib, o birinə deməmək olmaz. Çünki adam birini, o birindən daha çox
sevir. Bu suala tam cavab verə bilmərəm.
-
Futbol karyeranız boyu başınıza gələn ən maraqlı və unuda bilmədiyiniz hansı
hadisə var?
- Uşaqlıqda başıma gələn bir hadisəni
xatırlayıram, hələ də. Rəşad Sadiqovla bir yerdə böyümüşük, indi də çox
yaxınıq. Gəncə-Bakı qatarında olarkən, biletlərimiz şüşənin arxasına düşmüşdü.
Biletlərimizi itirmişdik. Biletləri tapmasaydıq qatara minə bilməyəcəkdik.
Axırda dəmirləri əyib biletləri oradan çıxara bilmişdik. Ancaq dörd biletdən
ikisini çıxara bilmişdik. Mən və Rəşadın biletlərini çıxartdıq, o birilər
başladı ağlamağa. Amma bir təhər pulla yola verdik. Əsas o idi ki, Rəşadla mənim
biletimi çıxara bilmişdik.
- Hamının
bildiyi kimi, müdafiəçisiniz. Bəs hansısa başqa bir mövqedə oynamaq istəyərdinizmi?
- Qardaşım kimi mən də futbola qapıçı kimi
başlamışam. Böyük qardaşım qapıçı, ortancıl qardaşım isə sağ cinah müdafiəçisi
idi. Qapıçı kimi pis oynamamışam. Ancaq bir ara futbolu atdım, sonra yenidən
başladım və bu dəfə hücumçu idim. Yenə də hücumçu olmaq istəyərdim.
- Futboldan başqa ən yaxşı bacarığınız nədir?
- Futboldan başqa maşın həvəskarıyam. Digər idman
növlərindən isə tenis, basketbol, üzgüçülük ilə də məşğulam.
- Gənc yaşlarınızda özünüzə örnək götürdüyünüz
bir müdafiəçi var idi?
- Uşaqlıqdan Maldini azarkeşiyəm. Həm
komandanın lideri kimi, həm də bir müdafiəçi kimi.
- Siz həmçinin
Azərbaycan millisinin də futbolçusunuz və 40-dan çox oyunda iştirak etmisiniz.
İlk dəfə nə vaxt və necə yığma komandaya çağrıldınız?
- Bir müddət Olimpiya yığmasının heyyətinə
çağrılmadım. O vaxtlar baş məşqçi Vaqif Sadıqov idi. Daha sonra, "Bakı"
klubunda çıxış etdiyim vaxtlarda yığmamızın baş məşqçisi Karlos Alberto Torres
o vaxt məni görən kimi, birbaşa yığmaya çağırdı. Olimpiya yığmasına dəvət
olunmamağıma baxmayaraq, birbaşa milli yığmaya çağrıldım.
- Azərbaycan yığma komandasında oynamaq necə
bir hissdir, ilk dəfə yığma komandaya çağrıldığınızda nə hisslər keçirdiniz?
- Əvvəllər cavan olarkən başqa hisslərlə
gedirdik yığmaya. Cavan olduğumuza görə nəzarət də ciddi idi. Hər etdiyimiz hərəkətə
fikir verməli idik. İlk vaxtlar çox çəkinirdim, yığma ilə məşqlərə çıxarkən.
Qorxu hissləri də olurdu. Çünkü bizdən yaşca böyük futbolçularla ilk dəfə məşq
edirdik. İndiki yığma komanda ilə keçmiş yığma komandalar müqayisə olunmazdır.
Bəlkə də, indi biraz yaşlanmışan deyə belə fikirləşirəm. Amma indi də məsulliyətliyəm.
- Futboldan kənar hansı məşğuliyyətləriniz
var? Hobbiləriniz nələrdir?
- Hobbilərim yenə də maşın, dostlarımla oturub
komputer oyunları oynamaq, dəniz kənarında dincəlmək. Daha çox dostlarla olmaq.
- Əcdadlarınız əslən Anadoludan gələn türklərdir.
Bu haqda nə deyə bilərsiniz?
- Bəli İzmirdən gələn müsəlmanlardır. O vaxt
erməni-müsəlman davasında əcdadlarımız Azərbaycana köç ediblər. İzmirlə indi əlaqəmiz
yoxdur. Ana tərəfim də doğma Bakılıdır, İçərişəhərdəndirlər. Amma atamın əsli
İzmirdən gəlib.
- İstəklər olanda xəyallar gerçəkləşirmi? İstəklərinizə
necə çatdınız?
- Başqalarını deyə bilmərəm, amma məndə belədir.
Nə arzulamışamsa, demək olar ki, Allahın köməkliyi ilə hamısı gerçəkləşib.
Atalar demişkən, “səndən hərəkət, məndən bərəkət”. Öz əziyyətlərimlə bu yerlərə
gəlib çatmışam.
- Hansı
janrda mahnılar dinləyirsiniz?
- Bu, mənim əhval ruhiyyəmdən asılıdır. Sükan
arxasında olarkən pop və rok janrında mahnılar dinləyirəm. Amma ən sevdiyim
mahnılar, həzin mahnılardır.
- Ömür
boyu futbol oynamaq mümkün bir şey deyil. Siz futbol kariyeranızı başa
vurduqdan sonra hansı sahədə çalışmaq istərdiniz? Baş məşqçi olaraq futbolun
içindəmi qalardınız, yoxsa futboldan uzaq bir sahəyəmi keçərdiniz?
- Bu haqda indidən bir şey demək mümkün deyil.
Bir çox futbolçu dostum indidən öz gələciyini qurub. Amma ən böyük arzum AFFA-nın
prezidenti olmaqdır. Məşqçi kimi özümü təsəvvür edə bilmirəm.
- Unuda
bilmədiyiniz hansısa bir oyun varmı?
- Yığma komandada 2-ci oyunum olub, bu oyun.
İngiltərəyə qarşı səfərdə oynadığımız qarşılaşmanı nəzərdə tuturam. İngiltərənin
heyyətindən bütün ulduzlar var idi. Bekhem, Ferdinand, Cerrard, Ouen, Lempard,
Runi. 2-0 uduzmağımıza baxmayaraq, yaxşı oynamışdıq.
- "Neftçi"
forması ilə gələcəkdəki hədəfləriniz nələrdir? Bütün futbolsevərlərin tək
arzusu klublarımızdan birinin Avrokuboklarda qrup mərhələlərinə qatılmasıdır.
Belə bir söz verə bilərsinizmi?
- Niyə də olmasın... Əsas hədəfimiz liqa
çempionu olmaqdır. Çempion olduqdan sonra bunu fikirləşmək lazımdır. Məncə hamının
tək istədiyi də budur ki, hansısa bir klubumuzu Avropa liqalarında görək. Şəxsən
məndə qısqanclıq yoxdur. Mənim üçün hansı klubumuzun Avropada yaxşı çıxış etməsinin
heç bir fərqi yoxdur.
- Hansı
baş məşqçi ilə işləməyi daha çox sevirsiniz?
- Mənim üçün fərqi yoxdur. Kiminlə işləmişəmsə
mənim üçün rahat olub, bir neçə nəfəri çıxmaqla.
- Almaniyaya vurduğunuz qolu sizin üçün ən
yaddaqalan qol saymaq olar?
- O qolu Vaqifin adına yazdılar, məncə. Amma
bu haqda mübahisə də etmərəm. Qolu kimin vurduğunun mənim üçün fərqi yoxdur.
Yenə də mənim adıma yazılıbsa, əlbəttə,
yaddaqalandır.
-
Futbolçu karyeranızı nə vaxt bitirmək fikrindəsiniz?
- İnşallah, üç ildən sonra.
- Qız
dostlarınız çoxdur?
- Yox!
- Həyatda
ən yaxın dostlarınız kimdir?
- Həyatda ən yaxın dostum atamdır. Bir də
Eldar adında dostum var. Uşaqlıqdan bir yerdə böyümüşük. İndi Sankt Peterburq şəhərində
yaşayır.
– Bəs jurnalistlərdən?
- Jurnalist dostlarım elə də çox deyil. Bir
neçə nəfərdi, onlar da Vüsal Gözəlov və Həbib Aslanovdur ki, yaxın
dostlarımdandır.
- Bir müdafiəçi kimi Azərbaycanda hansı
futbolçudan xoşunuz gəlmir?
- “Qızbibi” kimi oynayan futbolçulardan xoşum
gəlmir. Sumulyasiya edən futbolçudan xoşum gəlmir. Əvvəllər “Bakı”da oynayan
Jabadan da bu hərəkətlərinə görə xoşum gəlmirdi. Vurmamış yıxılırdı.
- Bizə vaxt ayırdığınız üçün təşəkkürlər.
Sonda gənc futbolçulara, əsasən də müdəfiəçilərə demək istədiyiniz bir şey
varmı? Sizin kimi karyeraya sahib olmaq üçün nələr etməlidirlər?
- İndiki cavanlar kiminsə məsləhətini özlərinə
rəva bilməzlər. Çünki indiki cavanlarda xoşa gəlməyən bir çox xüsusiyyət var .
İndi oynayan cavanlara məsləhətim, səbrli olsunlar və çox çalışsınlar. Məşqlərdən
sonra qalıb əlavə məşq etsinlər. Bu qədər.
Söhbətləşdi: İntiqam İsmayılov
(Fotolar Rüfət Mustafayevə aiddir)
Stadium.az (Rüfət Mustafayev)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |