Rəşad Sadiqov: “Bakı” heç vaxt adi komanda olmayıb" - MÜSAHİBƏ

24.03.2012 | 6208 dəfə oxunub

“Qarabağ”ın kapitanı Rəşad Sadiqovun müsahibəsi: 
 
- Sabah sizi “Bakı” ilə oyun gözləyir. Bu rəqib barədə nə deyə bilərsiz?
- “Bakı” 2012-ci ilin ilk oyununda çox da yaxşı təsir bağışlamamışdı. Amma sonrada özlərinə gəldilər. Aleksandr Starkovun komandasını necə qoyub getməsindən xəbərim yoxdu. “Bakı” heç vaxt adi komanda olmayıb. Bizi kifayət qədər çətin oyun gözləyir.
 
- Son turda “zolaqlılar”ın səfərdə “Xəzər Lənkəran”a qalib gəlməsinə təəccübləndiniz?
- Fikrimcə, bu qələbə onlar üçün heç də asanlıqla başa gəlmədi. Əlbəttə, bu oyundan cəmi iki gün öncə “Xəzər Lənkəran”ın baş məşqçi postunda edilən dəyişiklik də öz sözünü deməyə bilməzdi. Amma “Bakı” elə rəqibdi ki, istənilən rəqibə uduza və qalib gələ bilər.
 
- Zədəniz nə yerdədi?
- Xoşagəlməz zədə almışdım. Amma demək olar ki, sağalıb. Sadəcə, “Qəbələ” ilə oyunun sonlarında ayağımda yenə ağrı hiss etdim. Çalışıram ki, qarşıdakı oyuna tam hazır olum. İstənilən halda “Bakı”ya qarşı oynamağa hazıram.
 
- “Bakı” ilə oyundan cəmi 3 gün sonra sizi “Qəbələ” ilə kubok qarşılaşması da gözləyir. Qorxmursuz ki, yorğunluq öz sözünü deyə bilər?
- Əlbəttə, yorğunluq ola bilər. Amma bir məqam var ki, rəqiblərimiz də bizimlə eyni şərtlər altında çıxış edirlər. “Qəbələ” də bizdən öncə çempionat oyununda meydana çıxacaq.
 
- Yeri gəlmişkən, “Qəbələ” ilə son oyununuzda yenə qələbə qazana bilmədiniz...
- Biz bu oyunda qələbə qazanmaq istəyirdik. Çünki liderlərdən çox geri qalmaq istəmirik. Birinci hissəyə çox yaxşı başlamışdıq. Hardasa, 6-7 qol epizodu yaratdıq. Amma ilk qolu qapısında görən də biz olduq. Xoşbəxtlikdən sonda cavab qolunu vura bildik.
 
- Maraqlıdı ki, kubokun ilk oyununda da bu komandaya məğlubiyyətdən son dəqiqələrdə qurtula bildiniz...
- “Qəbələ” yaxşı komandadı. Hücum xəttindəki sürətli üçlük – Dodo, Yannik Kamana və Viktor Mendi çox təhlükəli oyunçulardı. Hələ onların heyətində Deon Barton yox idi. Özü də demək olar ki, tam heyətlə müdafiə olunurlar. Mənim fikrimcə, “Qəbələ” hazırda çempionatın ən cəld, sürətli komandasıdı.
 
- “Qəbələ” ilə oyunlarınız çətin alınır. Bu mövsümkü dörd oyundan birində uduzub, qalanlarında heç-heçəyə razılaşmısız...
- Biz çalışacağıq ki, nəhayət bu vəziyyəti dəyişək. Amma hər halda daha önəmli olan yekun nəticədi. Daha doğrusu kubokun cavab oyununda bizi qolsuz və ya 1:1 hesablı heç-heçə də qane edəcək. Əsas odu ki, növbəti mərhələyə məhz biz adlayaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail