"Neftçi" və "Qarabağ" üçün yubiley turu

23.03.2012 | 5954 dəfə oxunub

Premyer Liqanın XXV turu Azərbaycan çempionatının nəhəngləri - “Neftçi” və “Qarabağ” üçün yubileylə əlamətdar olacaq. Stadium.az xəbər verir ki, ölkə birinciliklərinin hamısının iştirakçısı olan 3 komandadan ikisi özləri üçün yubiley matçına çıxacaqlar. İndiyədək Premyer Liqada hamıdan çox – 549 matç keçirən “Neftçi” və “Qarabağ” 550-ci çempionat matçında qüvvəsini sınayacaq.

Hər 2 komanda yubiley oyununda prinsipial qarşılaşmaya çıxır. “Neftçi” “Xəzər Lənkəran”la “Böyük oyun”da, “Qarabağ” isə “Bakı” ilə çətin səfər oyununda yubiley qeyd edəcək.

Maraqlıdır ki, hər 2 komanda indiyədək hesabında olan 59 qarşılaşmadan 21-də texniki nəticə ilə kifayətlənib. Komandaların nəticələrinə gəlincə isə “Neftçi” “Qarabağ”dan daha uğurlu çıxış edib. Bakılılar 335, ağdamlılar 290 qələbə qazanıb. “Neftçi” 121, “Qarabağ” 127 heç-heçə edib. Paytaxt təmsilçisi cəmi 93 dəfə uduzubsa əyalət klubu 132 dəfə xalsız qalıb.

mövsüm“Neftçi”“Qarabağ”
199236 (I mərhələ - 24, II mərhələ - 12)36 (I mərhələ - 24, II mərhələ - 12)
19931820 (əsas mərhələ - 18, pley-ooff – 2)
1993/943030
1994/952424
1995/9630 (I mərhələ - 20, II mərhələ - 10)30 (I mərhələ - 20, II mərhələ - 10)
1996/973030
1997/982626
1998/9936 (I mərhələ - 26, II mərhələ - 10)36 (I mərhələ - 26, II mərhələ - 10)
1999/20002222
2000/0121 (əsas mərhələ - 20, Qızıl pyun - 1)20
2001/0225 (I mərhələ - 22, II mərhələ - 3)25 (I mərhələ - 22, II mərhələ - 3)
2003/042626
2004/0535 (əsas mərhələ - 34, Qızıl oyun – 1)34
2005/062626
2006/072424
2007/082626
2008/092626
2009/1032 (təsnifat mərhələsi – 22, final mərhələsi - 10)32 (təsnifat mərhələsi – 22, final mərhələsi - 10)
2010/1132 (təsnifat mərhələsi – 22, final mərhələsi - 10)32 (təsnifat mərhələsi – 22, final mərhələsi - 10)
2011/1224 (təsnifat mərhələsi – 22, final mərhələsi - 2)24 (təsnifat mərhələsi – 22, final mərhələsi - 2)
Cəmi549549



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail