Raab Samir Abdulovu niyə oynatmır?

21.03.2012 | 6016 dəfə oxunub

Onusuz da vəziyyəti ağır olan “Sumqayıt” klubunun Premyer Liqanın qış fasiləsindən sonrakı durumu lap reanimasiyaya düşən xəstənin durumunu xatırladır. Ard-arda gələn ağır məğlubiyyətlər göstərir ki, girdirmə yollarla yaradılan “Sumqayıt” klubu hələlik Premyer Liqada oynamaq iqtidarında deyil. Heyəti gənc futbolçulardan təşkil olunan Sumqayıt təmsilmisinin bu futbolçularla yalnız sonuncu pillədə olacağı aydın məsələdir. Başqa bir maraqlı məqam da var. Komandanın alman baş məşqçisi Bernhard Raab qış fasiləsindən əvvəlki heyətdə uğursuz dəyişikliklər etdi ki, fasilədən sonra da bu, özünü doğrultmadı. Götürək elə Samir Abdulovu. “Sumqayıt”a Premyer Liqada ilk qələbəsini qazandıran Abdulov niyə oynadılmır? Səbəbi məlum deyil. Son zamanlarda oyun səviyyəsini artıran bir futbolçunu yüksəliş dövründə ehtiyatda oturmağa məcbur etməyi ancaq “Sumqayıt” klubunun rəhbərliyi və baş məşqçisi bacarar.

Səriştəsiz klub rəhbərliyi bunu Raabdan soruşa bilmir? Yoxsa “Bizim əsas məqsədimiz milli futbolçuları oynatmaqdı” cavabı ciblərində yox, dillərindədi?

Görünən odur ki, “Sumqayıt” qeyri-peşəkar yollarla irəliləmək niyyətindədir. Yoldaşlar, atınızı dağa-daşa yox, düz yolla sürsəz məsləhətli olar?



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail