"Mançester Siti" yarımmüdafiəçisi Fil Fodenlə yeni müqavilə imzalamaq üzrədir. Stadium.Az xəbər verir ki, Fodenin "Siti" ilə 2024-cü ilə qədər müqaviləsi var.
Tərəflər artıq 1 ildən çoxdur ki, yeni müqavilə şərtləri üçün danışıqlar aparıllar. Rəsmi açıqlamanın yaxın günlərdə ediləcəyi gözlənilir.