"Yuventus"un hücumçusu Paulo Dibala mövsümün sonu klubu tərk edəcək. Stadium.Az xəbər verir ki, Turin klubu argentinalı futbolçunun əvəzinə yeni hücumçu axtarışındadır.
Əsas namizədlərdən biri isə PSJ-nin hücumçusu Anxel Di Mariya sayılır. "Yuve" argentinalı ulduzla yaxından maraqlanır.
Di Mariyanın PSJ ilə müqaviləsi bu yay başa çatır və o "Yuventus"a azad agent kimi transfer oluna bilər.