"Real" futbolçusu Eden Hazardı icarəyə vermək istəyir. Stadium.Az xəbər verir ki, məşqçilər heyəti bu yolla belçikalı hücumameylli yarımmüdafiəçinin daha çox oyun praktikası qazanmasına çalışır.
Onlar hesab edirlər ki, bu, 31 yaşlı oyunçunun əvvəlki səviyyəsinə qayıtmasına kömək edə bilər. Təcrübəli futbolçu icarədə olduğu komandada öz oyununu tapa bilsə, "kral klubu" onu yaxşı qiymətə satmağı planlaşdırır.
Azarın özü də Madrid təmsilçisindən ayrılmağın əleyhinə deyil. O, 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı öncəsi idman formasını bərpa etmək niyyətindədir.