"Brentford"un futbolçusu Kristian Eriksen karyerasını "Tottenhem"də davam etdirə bilər. Stadium.Az xəbər verir ki, London təmsilçisi sabiq yarımmüdafiəçisini geri qaytarmağa qərar verib.
Onun indiki klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Kristian 2013-2020-ci illərdə "Tottenhem"in formasını geyinib.