İspaniya millisinin baş məşqçisi Luis Enrike "Mançester Yunayted"i çalışdırmağa hazırdır. Stadium.Az xəbər verir ki, 51 yaşlı mütəxəssis İngiltərə Premyer Liqasında çalışmaq istəyir.
Amma o, DÇ-2022-ci ilin oyunlarına qədər milli komandanı tərk etməyi düşünmür.
Enrikenin İspaniya Futbol Federasiyası ilə müqaviləsi 2022-ci il 31 dekabra qədərdir. O, "Mançester Yunayted"dən yaxşı təklif alsa, federasiya ilə müqaviləsini yeniləməyəcək.