CAS Nurlan İbrahimovla bağlı prosesi yenə təxirə saldı

21.03.2022 | 3858 dəfə oxunub

İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ"ın keçmiş mətbuat katibi Nurlan İbrahimovla bağlı məhkəməni növbəti dəfə təxirə salıb.

Stadium.Az xəbər verir ki, bu barədə İbrahimov özünün "Feysbuk" hesabında yazıb:  "Bu dəfə mayın 25-ə uzadıldı...Uzadılsın...

İdman və siyasət arasında cizginin itdiyi bugünlərdə il yarım bundan öncə olduğu kimi günahsız körpələrin qətliamına hayqırış sədası nə zamana nə də məkana bağlıdır...

Mən sənə inanıram, CAS! Ədaləti bərpa edəcəksən, təzyiqlərə dözəcəksən... Və bugün bütün dünyanı necə Ukraynadakı məzlumların naləsi bürüyübsə, bir gün mütləq məsum insanlarımızın da harayını qulağına pərçimləyəcək..."

44 günlük Vətən müharibəsi zamanı "Feysbuk" səhifəsində ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu UEFA futboldan ömürlük uzaqlaşdırıb. İdman Arbitraj Məhkəməsi (CAS) onun şikayəti ilə bağlı qərarı 2021-ci il dekabrın 22-də açıqlamalı idi. Lakin bu, ilk olaraq yanvarın 27-dək, sonra isə martın 22-dək uzadılmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail