Samir Abbasov: "Qarabağ"a çatmaq çətin görünür"

19.03.2022 | 4645 dəfə oxunub

"Futbolçularımı təbrik edirəm. Bu gün bizim üçün önəmli gün idi və qələbə qazanmaq istəyirdik. Yubileydə bu hesabla qalib gəlmək xoşdur". 

Stadium.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 20-ci turunda "Qəbələ"yə 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Müəyyən təşvişi çıxmaqla futbolçular hər şeyi düzgün etdi. Hesaba baxmayaraq, rəqib də yaxşı oyun nümayiş etdirdi, bizə çətinliklər törətdi. Seriyamızı davam etdirmək istəyirik. Millinin oyunları ilə əlaqədar yaranacaq fasilədə futbolçular da dincələr, zədəlilərimiz sağalar" - deyə o bildirib.

Abbasov deyib ki, əvvəlki illərlə müqayisədə budəfəki fasilədə milli komandalara çox oyunçu gedəcək: "Bu amil məşqlərimizə təsir edəcək. Onların oradan necə qayıdacağı da önəmlidir. Əsas odur ki, yüksək motivasiyanı qorumaq lazımdır".

"Neftçi"nin baş məşqçisi çempionatın əvvəlində çox problem yaşadıqlarını vurğulayıb: "Çempionatın əvvəlində nələr çəkdiyimizi heç kim bilmir. Çox problem yaşadıq. Bəzi əsas futbolçuların gedişi bizə pis təsir etdi. Yavaş-yavaş ayağa qalxmağa çalışırıq. Məni rotasiyalara görə qınayırlar. Amma limitə düşən uşaqlarımnız oturuşmuş komandann üzvləri deyillər. Məcbur olub 2-3 dəyişikliyə əl atırıq. Bu gənclər müəyyən müddətdən sonra komandanın əsas üzvü olacaqlar. Çox istərdim, çempionat yenidən başlasın. Sabir Buqrin, Mamadu Kane kimi futbolçuların gedişi bizə çətinlik yaratdı. Əminəm ki, bir yerə gəlib çıxacağıq".

Abasov sabah keçiriləcək "Zirə" - "Qarabağ" matçındakı istənilən nəticənin onların xeyrinə olacağını vurğulayıb: "Qarabağ"a çatmaq çətin görünür. Çünki bu mövsüm mükəmməl oynayırlar. Düzdür, xal itirsələr, intriqa hardasa qayıdar. Amma əsas məqsədimiz bugünkü qarşılaşmada qalib gəlmək idi ki, bunu da bacardıq. Biz bu gün digər komandaları "Qarabağ" kimi rahat uda bilmirik. Lakin bunu da bacaracağıq".

Samir Abasov lider "Qarabağ"a çatmaq şansları ilə bağlı sualı isə belə cavablandırıb: "Təkcə "Qarabağ"ın bizdən güclü olmasından söhbət getmir. Qlobal baxsaq, hər matçda rahat qələbə qazanırıqmı? Xeyr. Bunun da səbəblərini bildiyim üçün narahat deyiləm. "Səbail"ə qolları 70-ci dəqiqədən sonra, "Sumqayıt" üzərində qələbə topunu isə 84-cü dəqiqədə vurduq. Yəni "Qarabağ" kimi, digər komandaları rahat uda bilmirik. Bu, bir reallıqdır. Bir az əziyyət çəkirik. İnşallah, bunun da öhdəsindən gələcəyik".

"Neftçi"nin baş məşqçisi Samir Abasov komandanın futbolçusu Eddi İsrafilovun Azərbaycan Premyer Liqasının 20-ci turunda "Qəbələ" ilə matçda (4:0) dubl etməsinə münasibət bildirib.

O, komandanın digər oyunçularının çıxışlarını da xatırladıb:

"Necə oldu ki, "hesabdan silinən" Emin Azərbaycanın ən yaxşısı oldu? Necə oldu ki, Kane sıradan oyunçu idi, "Olimpiakos" kimi komandaya keçdi? Bu necələrin bir cavabı var. Biz həm Eddi, həm də digər oyunçularımızın yaxşı səviyyəyə çatmasına çalışırıq. Yusuf Laval nə qədər artırıb. Konkret bir oyunçunun üzərində dayanmaq istəmirəm. Eddi hələ mənim istədiyimin 30 faizidir. Yaxşı cəhəti odur ki, öyrənməyə can atır, həddən artıq çox danışır, çox soruşur. Bəlkə də, bunun nəticəsidir ki, get-gedə artırır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail