"Sumqayıt Kuboku"na yekun vuruldu

16.03.2012 | 3622 dəfə oxunub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci ilin ölkəmizdə “İdman İli” elan edilməsinə dair 2012-ci il yanvarın 16-da imzaladığı sərəncamı ilə əlaqədar olaraq, respublikamızda idmanın inkişaf etdirilməsi, gənclərin müntəzəm şəkildə idmana cəlb olunması, əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzinin formalaşdırılması məqsədi ilə “Sumqayıt” Futbol Klubunun 1998-1999,  2000-2001 və 2002-2003-ci il təvəllüdlü futbolçular arasında təşkil etdiyi “Sumqayıt Kuboku”na yekun vurub.

“Sumqayıt Kuboku”nda 32 məktəbin 62 komandası qalib adı uğrunda mübarizə aparıb. Turnirdə ümumilikdə 600-dən artıq futbolçu iştirak edib.

Əvvəlcə 2002-2003-cü il təvəllüdlü futbolçuların final oyunu keçirilib. 7 saylı orta məktəbin komandasını 3:1 hesabı ilə məğlub edən 11 saylı orta məktəbin komandası turnirin qalibi adını qazanıb.

Daha sonra 2000-2001-ci il təvəllüdlü futbolçular arasında həlledici oyun baş tutub. 3 saylı orta məktəbin komandası 2 saylı orta məktəbin komandasını ilə qarşılaşmadan 4:3 hesablı qələbə ilə ayrılıb.

1998-1999-cu il təvəllüdlü futbolçuların yarışında isə 5 saylı orta məktəbin komandası finalda 36 saylı orta məktəbin komandasına 1:0 hesabı ilə qalib gəlib.

“Sumqayıt Kuboku”nun final oyunları yekunlaşdıqdan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. “Azərikimya” İstehsalat Birliyinin akt zalında baş tutan tədbiri açılış sözü ilə “Sumqayıt” Futbol Klubunun prezidenti Kamran Quliyev açıb. Mərasim iştirakçılarını salamlayan klub rəhbəri fürsətdən istifadə edib bütün Azərbaycan xalqının qarşıdan gələn Novruz Bayramı münasibəti ilə təbrik edib. Qonaqlara və yarış iştirakçılarına “Sumqayıt” Futbol Klubu haqqında məlumat verən Quliyev daha sonra sözü “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Millət Vəkili Muxtar Babayevə verib:“İlk növbədə hamınızın qarşıdan gələn Novruz Bayramını təbrik edirəm. Ölkə başçısı İlham Əliyevin 2012-ci ili “İdman İli” elan etməsi ilə əlaqədar olaraq, Sumqayıtda xeyli idman yarışı keçirilməkdədir. Bu gün “Sumqayıt” Futbol Klubunun təşkil etdiyi “Sumqayıt Kuboku”na yekun vurulub. Ümid edirəm ki, gələcəkdə bu uşaqlar arasından ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil edəcək idmançılar çıxacaq. Hamınıza uğurlar arzulayıram”.

Muxtar Babayevin çıxışından sonra Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov da yarış iştirakçılarını salamlayaraq onlara gələcək yarışlarda uğurlar arzulayıb.

“Sumqayıt Kuboku”nun mükafatlandırma mərasimində turnirin baş hakimi veteran futbolçu, SSRİ idman ustası, Əməkdar məşqçi Telman Salahov, Şimal Regional Futbol Federasiyasının prezidenti Yaşar Şamilov, Əməkdar məşqçi Sabir Əliyev və “Sumqayıt” Futbol Klubunun baş məşqçisi Bernhard Raab da iştirak edib.

Sonda yarış iştirakçıları ilə xatirə şəkili çəkdirilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail