Emin Mahmudov 30-u keçdi

15.03.2022 | 4578 dəfə oxunub

"Neftçi"nin futbolçusu Emin Mahmudov Premyer Liqanın XIX turunun "Sumqayıt"la oyununda dubla imza atıb. Stadium.Az xəbər verir ki, yarımmüdafiəçinin ilk qolu ikiqat yubileylə əlamətdar olub.

Emin Premyer Liqada 20-ci qolunu vurub. O, Azərbaycan çempionatında yalnız bir klubda çıxış edib. İkinci dəfə fərqlənməklə qol sayını 21-ə çatdıran yarımmüdafiəçi 109-cu matçını keçirib.

Mahmudovun ilk topu həm də "Neftçi" karyerasında 30-cu olub. O, kubokda 2, avrokuboklarda 8 qola sevinib. “Ağ-qaralar”ın heyətində 136-cı dəfə meydana çıxan futbolçu ikinci topla qol sayını 31-ə yüksəldib.

2017-ci ildən "Neftçi"də çıxış edən Emin həm indiki komandasında, həm də Premyer Liqadakı ilk qoluna həmin il noyabrın 19-da imza atıb. O, Qəbələ ilə ev matçında (2:3) fərqlənib.

"Neftçi" bu görüşdə 2:1 hesablı qələbə qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail