3 aydır uduzmayan "Barselona"dan yeni rekordlar

14.03.2022 | 4297 dəfə oxunub

"Barselona" İspaniya La Liqasının 28-ci turunda "Osasuna"nın məğlub etməklə (4:0) 21-ci əsrin rekorduna imza atıb.

Stadium.Az "Opta"ya istinadən xəbər verir ki, Kataloniya klubunun son qolunu 75-ci dəqiqədə Piki Ruç vurub. Beləliklə, "Barselona"da bu mövsüm 22 fərqli oyunçu rəqib qapılarına yol tapıb. "Barselona" bununla "Real"ın rekorunu qırıb. Madrid klubunda 2019/2020 mövsümündə  21 futbolçusu fərqlənməyi bacarıb.

"Barselona" 27 matçdan sonra 51 xalla üçüncü pillədə qərarlaşıb.

"Barselona"nın daha bir uğurlu seriyası davam edir. Xavi Ernandesin baş məşqçi təyin olunmasından sonra inamlı oyunu ilə seçilən komanda artıq 3 aydır məğlub olmur.

Kataloniya klubu ötən gecə La Liqanın 28-ci turunda “Osasuna”ya 4:0 hesabı ilə qalib gəlib. Bununla da komanda ölkə çempionatında məğlubiyyətsizlik seriyasını 12 matça yüksəltməklə öz göstəricisini yaxşılaşdırıb.

"Barselona" bu matçların 8-də qələbə qazanıb, 4 dəfə heç-heçə edib. Komanda sonuncu dəfə ötən il dekabrın 4-də “Betis”ə səfər uduzub - 0:1.

Hazırda 51 xal olan “Barselona” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail